FACT-INFO.AZ » MEDİA » Əcnəbi media 20 Yanvar faciəsindən yazıb
23-01-2025, 10:30 | MEDİA
Əcnəbi media 20 Yanvar faciəsindən yazıb

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Serbiyanın “Ekspres” xəbər portalında “Azərbaycanın Milli Hüzn Günü: Qara Yanvarın xatirəsi” sərlövhəli məqalə dərc edilib.

Fact-info.az xəbər verir ki, yazıda Azərbaycan xalqının qanlı yanvar faciəsinin 35-ci ildönümünü qeyd etdiyi, 1990-cı ilin 20 yanvarında Bakıda baş verən hadisələr zamanı dinc əhaliyə qarşı tətbiq olunan hərbi gücün tarixdə silinməz iz buraxdığı vurğulanıb.

Bildirilir ki, həmin dövrdə müstəqillik və suverenlik uğrunda mübarizə geniş vüsət almışdı. Lakin bu mübarizəni boğmaq məqsədilə Sovet qoşunları yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olub. Qoşunların ağır texnikalar və döyüş sursatlarından istifadə etməsi nəticəsində 150 nəfər həyatını itirib, 744 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb. Bu faciə Azərbaycan xalqının müstəqillik iradəsini sarsıda bilmədi.

Diqqətə çatdırılır ki, qanlı yanvar hadisələri milli azadlıq hərəkatında dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin faciənin təsiri altında Azərbaycan xalqı daha da birləşərək müstəqillik yolunda irəlilədi. 1991-ci ildə ölkə müstəqilliyini elan edərkən 20 Yanvar şəhidləri xüsusi ehtiramla yad olundu.

Məqalədə qeyd edilir ki, hər il yanvarın 20-si minlərlə insan Bakının Şəhidlər xiyabanına üz tutur. Burada 20 Yanvar faciəsinin qurbanları ilə yanaşı, Azərbaycanın digər qəhrəman övladları da dəfn olunub. Xiyabanda məzarlar önünə gül dəstələri düzülür, dualar edilir və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Xəzər dənizinə açılan mənzərəsi ilə Şəhidlər xiyabanı xalqın müstəqillik iradəsinin simvolu kimi böyük əhəmiyyət daşıyır.

Bildirilir ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik və suverenlik uğrunda etdiyi qurbanların xatırlandığı mühüm bir gündür. Bu tarix həm xalqın azadlıq dəyərlərinə sadiqliyini, həm də müstəqillik yolunda qarşılaşdığı çətinlikləri bütün dünyaya nümayiş etdirib.




Baxış sayı: 110
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30