FACT-INFO.AZ » MEDİA » Haber7 telekanalı: COP29 iqlim böhranının həlli üçün son şansdır
1-11-2024, 10:30 | MEDİA
Haber7 telekanalı: COP29 iqlim böhranının həlli üçün son şansdır

Türkiyənin "Haber7" telekanalı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasının - COP29 məqsədləri fonunda bərpaolunan enerji mənbələrindən (BEM) daha fəal istifadənin əhəmiyyəti haqqında reportaj hazırlayıb. Xəbərdə COP29 iqlim böhranını həll etmək üçün son şans kimi qiymətləndirilir. Fact-info.az AZƏRTAC- a istinadən xəbər verir ki, reportajda ölkələrin enerji təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün qazıntı yanacaq növlərindən imtina edilməsi zəruriliyinə diqqət yönəldən ekspert Emrah Özgülün qiymətləndirməsi təqdim olunur.

Türkiyəli ekspertin fikrincə, Türkiyənin ekoloji məqsədlərinə nail olmaq, o cümlədən 2053-cü ilə qədər atmosferə zərərli emissiyaları sıfırlamaq üçün enerji sektoruna xüsusi diqqət yetirilməsi vacibdir.

Özgül BMT Baş Assambleyasının bu il sentyabrın sonunda dünyanın 143 dövləti tərəfindən təsdiq edilmiş “Gələcək naminə Pakt” sənədini xatırladıb. “Bu sənədə əsasən, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, qum-toz fırtınaları, ətraf mühitin çirklənməsi və digər ekoloji problemlər dövlətlərin təbii mühiti və inkişaf perspektivləri üçün ciddi risklər yaradır”, - deyən ekspert vurğulayıb ki, növbəti 10 il qarşıya qoyulan məqsədlərə nail olmaq üçün çox vacibdir.

Dayanıqlı inkişaf, iqtisadi inkişaf, sosial sabitlik və milli təhlükəsizlik, bütün dünyada ölkələrin rifahının təşviq edilməsi sahəsində məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb edən enerjiyə çıxışın və enerji təhlükəsizliyinin təmin edilməsindən bəhs edən “Gələcək naminə Pakt”ın 25-ci maddəsinə xüsusi diqqət yetirilir.

Bununla əlaqədar olaraq, ekspert 2030-cu ilə qədər bütün dünyada bərpaolunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin artırılmasının qlobal orta illik sürətinin iki dəfə artırılması çağırışını xatırladıb.

Reportajda COP28 konfransında qazıntı yanacaq istehlakını azaltmağa hazır olduqlarını bəyan edən ölkələrin vədlərinə əməl etmədikləri, təmiz enerji mənbələrindən istifadə həcminin isə arzuolunandan çox aşağı olduğu göstərilir.

Qeyd olunur ki, Azərbaycanda keçiriləcək konfransın prioritet istiqamətlərindən biri iqlim maliyyələşməsi və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələri üzrə konsensus məsələsi olacaq.

Emrah Özgülün fikrincə, Azərbaycanda COP29 iştirakçıları tərəfindən müzakirə olunacaq “Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) sənədi müstəsna əhəmiyyət kəsb edir.

“COP29-un gündəminin mühüm maddəsi həm də inkişaf etməkdə olan ölkələrə təbii fəlakətlərdən dəyən zərərin ödənilməsinə kömək məqsədilə yaradılmış İtki və Zərər Fondunun effektivliyinin artırılmasıdır”, - deyə türkiyəli ekspert davam edib.

O, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının enerji təchizatının təhlükəsizliyini strateji əhəmiyyətli məsələ kimi qəbul edən Türkiyə üçün də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ekspert uğurlu nümunə kimi Türkiyə liderinin xanımı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən və hazırda ekoloji hərəkata çevrilən, artıq 105 ölkəni əhatə edən “Sıfır Tullantı” təşəbbüsünü göstərib.




Baxış sayı: 95
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30