FACT-INFO.AZ » AKTUAL » Professor Fərrux Rüstəmov: Şuşadan Göyçəyə yollar görünür...
26-10-2024, 19:00 | AKTUAL
Professor Fərrux Rüstəmov: Şuşadan Göyçəyə yollar görünür...

1987-1991-ci illərdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası xalqımızın tarixində ağrılı-acılı hadisələrdən biri kimi yadda qalıb. Azərbaycanlılara qarşı törədilmiş sonuncu etnik təmizləmə, zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər, əslində, 1828-ci ildən başlayaraq ermənilərin xarici ölkələrdən qədim yurd yerlərimizə kütləvi şəkildə köçürülməsi ilə bağlı çar Rusiyasının başladığı və sovet dövründə də davam etdirilən imperiya siyasətinin məntiqi nəticəsi idi.

Bu barədə Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini professor Fərrux Rüstəmov söyləyib.

Professor qeyd edib ki, Türkmənçay müqaviləsindən (1828) sonra Rusiya imperiyası Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün bölgədə demoqrafik dəyişikliklər etməyə başladı. Əsas hədəf azərbaycanlıların sıxışdırılması və onların yerinə yeni gələn ermənilərin yerləşdirilməsi idi. Bütün bu proseslər nəticəsində bölgənin milli tərkibi dəyişdirildi, azərbaycanlılar öz tarixi torpaqlarında azlıq halına salındı. Daşnaksütyun partiyasının ideologiyasından qaynaqlanan erməni millətçiliyi Cənubi Qafqazda separatizm ideyalarını yayaraq “türksüz Ermənistan” yaratmağa çalışırdılar. 1905-1906-cı, 1918-1921-ci illərdə ermənilərin milli balansı dəyişdirmək məqsədilə həyata keçirdikləri etnik təmizləmə, 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlıların bir qisminin Moskvanın qərarı ilə zorla köçürülməsi uzunmüddətli siyasətin tərkib hissəsi idi. 1987-1991-ci illərdə həyata keçirilən sonuncu deportasiya daha amansız və qəddar oldu; soydaşlarımız sonuncu nəfərinə qədər əzəli torpaqlarından qovuldular. Həmin prosesdə 200 nəfərdən çox soydaşımız erməni vəhşiliyinin qurbanı oldu, 400-dən artıq insan ciddi xəsarət aldı, fərdi və ictimai təsərrüfatlara böyük məbləğdə ziyan vuruldu, 300 min nəfərə yaxın insan isti yurd-yuvasından didərgin düşdü. 1987-1991-ci illər deportasiyası yüz illərlə davam edən imperiya siyasətinin nəticəsi kimi başa çatmış oldu. Ermənistan monoetnik bir dövlətə çevrildi. Daşnaksütyun partiyasının zaman-zaman həyata keçirdiyi “böyük Ermənistan”, “türksüz Ermənistan” şüarları on minlərlə Qərbi azərbaycanlının taleyində acı izlər buraxıb. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya və etnik təmizləmə siyasəti sadəcə bir ərazi işğalı və ya milli münaqişə deyil, həm də xalqımızın taleyinə yazılmış humanitar bir fəlakət idi.

Fərrux Rüstəmov qeyd edib ki, özünün boya-başa çatdığı Göyçə mahalının əhalisi də sonuncu deportasiya zamanı erməni cəlladlarının işgəncə və vəhşiliklərinin qurbanı oldu: “Ermənilərin azərbaycanlılara qarşı apardığı ayrı-seçkilik ötən əsrin 80-ci illərinin axırlarında daha da gücləndi, vəzifədə olan azərbaycanlılar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılırdı. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlandı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürdülər. Mitinqlərin üçüncü günü İrəvan şəhərində azərbaycanlılara məxsus bir neçə ev, dükan, məscid binası, orta məktəb və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının avadanlığı yandırıldı. Həmin dövrdə Çəmbərək (Krasnoselo) rayon Partiya Komitəsinin birinci katibi Hamlet Dallakyan idi. Əvvəllər Cil kəndində rus dili müəllimi işləmişdi, Bakı Ali Partiya Məktəbini bitirmişdi. Qatı şovinist və daşnak partiyasının üzvü idi. Erməni katib soydaşlarımızın təhlükəsizliyinə söz versə də, Cil kəndinin camaatı verilən vədlərə inanmayaraq erməni təxribatından qorunmaq üçün gecələr əliyalın və növbəli şəkildə kəndi qoruyurdular. Əhalinin işi-gücü İrəvanda və rayonda baş verənləri müzakirə etmək idi. Heç kim kənddən çıxmaq istəmirdi. 1988-ci ilin mayında kənd klubunda camaatın Bakıdan göndərilmiş nümayəndə ilə görüşü keçirildi. Görüşdə məlum oldu ki, Azərbaycanın ozamankı rəhbərliyi əhalini müdafiə etmək haqqında düşünmür. Həmin dövrdə kənd camaatı gizli şəkildə mitinqə hazırlaşırdı. İyun ayının 15-də Cil, Ardanış, Şorca, Ağbulaq, Toxluca kənd camaatının iştirakı ilə Şorca kəndi ərazisində azərbaycanlıların mitinqi başlandı. Həmin dövrdə İrəvanda Ermənistan SSR Ali Sovetinin iclası keçirilirdi, gündəlikdəki əsas məsələ Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Mitinqdə azərbaycanlılar “Torpaqdan pay olmaz!”, “Qarabağ Azərbaycandır!”, “Göyçə mahalına muxtariyyət verilsin!”, “Eşq olsun Azərbaycana!” və digər şüarlarla çıxış etmişdilər.

Göyçəlilərin 1988-ci il iyunun 15-də başlayan mitinqləri bir həftəyədək davam etdi, hər gün mitinqə yüzlərdə insan qoşulur, yeni şüarlar və tələblər irəli sürülürdü. Mitinqin təşkilat komitəsi rayon rəhbərləri ilə görüşərək xalqın tələbini onlara çatdırırdı. Əhali Azərbaycan televiziyasının azərbaycanlılar yaşayan ərazidə yayımlanması, Ermənistan televiziya və radiolarında Azərbaycan dilində verilişlər hazırlanması, azərbaycanlı həkimlərdən ibarət xəstəxanalar açılması və digər bu kimi tələblər irəli sürürdü. Lakin Azərbaycan hökuməti Göyçə mahalında baş verən hadisələrə biganə qaldı, mitinqçiləri müdafiə etmədi. Gündən-günə Krasnoselo rayonunda vəziyyət gərginləşirdi.

1988-ci ilin noyabr ayı idi, Göyçə gölü buz bağlamış, hər tərəf qarla örtülmüşdü. Kəndə qarşı erməni təxribatları hər gün davam edirdi. Buna baxmayaraq erməni silahlıları kəndə hücuma keçməyə cəsarət etmirdilər. Rus əsgərlərinə kəndi qorumaq həvalə edilən gün hər şey alt-üst oldu. Ermənilər rus əsgərlərinin əli ilə bir həftənin içində 2000-ə yaxın insanı doğma Cil kəndindən çıxartdılar. Onların böyük əksəriyyəti qarlı dağları aşaraq ayaqyalın-başıaçıq Azərbaycana pənah gətirdi. Bu deportasiya ermənilərin ildırımsürətli planının tərkib hissəsi olduğundan iki-üç həftə ərzində indiki Ermənistan ərazisində yaşayan 300 minə yaxın azərbaycanlı öz Vətənindən didərgin salındı. Arxasız, köməksiz qalan böyük bir el yurdundan-yuvasından, elindən-obasından qaçqın oldu”.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və üç il sonra Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı, dövlətimizin suverenliyi tam bərpa edildi: “Hədəflər dəyişdi. 200 il ərzində indiki Ermənistan ərazisindən deportasiya olunmuş, müxtəlif təzyiqlərə məruz qalaraq qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin edən “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası qəbul edildi. Vətən həsrətinə son qoymaq məqsədilə işlərə başlanıldı. İndi Şuşadan Göyçəyə yollar görünür...”




Baxış sayı: 240
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30