FACT-INFO.AZ » XƏBƏR » İsa Hüseynov kimi ər oğulları tanıyaq və tanıdaq!
17-08-2024, 09:00 | XƏBƏR
İsa Hüseynov kimi ər oğulları tanıyaq və tanıdaq!

1988-ci ilin əvvəllərində Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edəndə könüllü olaraq Dağlıq Qarabağ və düşmən ölkə ilə həmsərhəd bölgəyə yollananların arasında mən də vardım. O zaman Ölkəmiz keçmiş SSRİ-nin tərkibində idi. SSRİ Rəhbərliyi, başda M.S.Qorbaçov olmaq şərtilə işğalçı Ermənistanı müdafiə edirdi.O zaman Azərbaycan yenicə öz dövlət müstəqilliyini bərpa etmişdi. Dövlətin maliyyə imkanları məhdud idi. Silahlı Qüvvələr yenicə formalaşmağa başlamışdı. Buna görə də biz, düşmənə layiqli cavab verəmmədik. 1991-1994-cü illərdə torpaqlarımızın 20 faizdən çoxu işğal edildi. 1 milyondan artıq insan qaçqın və məcburi köçkün olaraq məşəqqətli həyat yaşadı.Sabiq Dövlət Başçısı Heydər Əliyev 1994-cü ilin mayında döyüşən tərəflər arasında atəşkəs haqda müqavilənin bağlanmasına razılıq verdi. Bu, ilk növbədə Ölkə iqtisadiyyatının yenidən qurulmasına, Silahlı Qüvvələrin normal qaydada formalaşmasına şərait yaratdı.

2003-cü ildə Dövlət Başçısı seçilən İlham Əliyev Dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyini bildirdi. İ.Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbir və görüşlərdə Azərbaycanın işğal edilən əraziləri, həmçinin, ev-eşiklərindən didərgin düşənlərin acınacaqlı durumlarından söhbət açıldı. Təşkil olunan beynəlxalq tədbirlər zamanı əsl həqiqətlərdən bixəbər olan dünya dövlətlərinin başçıları və ya rəsmi nümayəndələri  zəruri informasiyaları əldə etdilər. 2016-cı ilin aprelində həyata keçirilən 4 günlük savaş zamanı 44 günlük tarixi Qələbənin bünövrəsi qoyuldu. 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri, General-mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev və digər rütbəli zabitlərin şəhidlik zirvəsinə ucalmaları Azərbaycan xalqının ayağa qalxmasına zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaş zamanı bütün qüvvələr səfərbərliyə alındı. II Vətən savaşında iştirak edən oğulların arasında İsa Sahib oğlu Hüseynov da vardı.

İsa 2001-ci il noyabrın 19-da Saatlı şəhərində doğulub. Orta təhsilini S.Vurğun adına Saatlı şəhər 1 saylı tam orta məktəbdə alıb. O, anasının və özünün arzusu ilə Ali hərbi məktəbə qəbul olmaq istəyirdi. Müəyyən səbəblərdən lazımi sənədləri zamanında toplayammadı. Buna görə də əczaçılıq kursunda təhsil aldı. 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə çağırıldı. Ayaq nahiyyəsində yanıq yarası olduğundan 3 ay müddətinə ona evdə qalmağa icazə verdilər.İsa razılaşmadı:”mən həqiqi hərbi xidmətə yola düşməliyəm”-dedi. Onun israrlı xahişindən sonra dövlət qurumlarının əməkdaşları İ.Hüseynovun həqiqi hərbi xidmətə yola düşməsinə razılıq verdilər.Sıravi əsgər İ.Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmətə başladı. O, qısa müddətdə hissə komandanlığının rəğbətini qazandı.

II Vətən savaşı başlananda mənfur düşmənə layiq olduğu dərsi verənlərin arasında İsa Hüseynov da vardı. O, Füzuli və Cəbrayıl rayonları, Hadrut qəsəbəsi və Şuşanın azadlığı uğrunda gedən ölüm-dirim savaşında iştirak etdi. Şuşa uğrunda həlledici döyüş zamanı İsaya məlumat verildi ki, ailənin tək oğlu olaraq o, bu döyüşdə iştirak etməyəcək.Lakin cəsur Azərbaycan oğlu yenə etiraz etdi. Və savaş meydanına daxil oldu. XTQ əməkdaşı olaraq mühüm tapşırıqları can-başla yerinə yetirdi. Növbəti gün-noyabrın 9-da -  Şuşa şəhərinin azadlığı uğrunda gedən ölüm-dirim savaşında qəhrəmancasına həlak oldu.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən İsa Hüseynov “Azərbaycan bayrağı” ordeninə, həmçinin, “Vətən uğrunda” , “Cəbrayılın azadlığı uğrunda”, “Şuşanın azadlığı uğrunda” medallarına layiq görülüb. Saatlı şəhərindəki küçələrdən birinə cəsur Azərbaycan əsgəri, şəhid İsa Sahib oğlu Hüseynovun adı verilib.

...Dəyərli dostlar, nə qədər ki, müstəqil Azərbaycan Respublikası mövcuddur, nə qədər ki, qədirbilən Türk dünyası var, İsa Hüseynov kimi ər oğullar yaşayacaq!

Ruhun şad olsun, Şəhidim!

Qeyd:İsa Hüseynovu yaxından tanıyan sabiq xidmət yoldaşları, xahiş edirəm, mənimlə əlaqə saxlayın:+994 70 547 04 08(həm də wotsap)

 Şamil Sabiroğlu,

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist




Baxış sayı: 465
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031