FACT-INFO.AZ » AKTUAL » “37 il əvvəl əməliyyat olunan xərçəng xəstəsi hələ də qəbuluma gəlir” – Baş həkim
4-02-2017, 21:45 | AKTUAL
“37 il əvvəl əməliyyat olunan xərçəng xəstəsi hələ də qəbuluma gəlir” – Baş həkim

Bədxassəli şişləri xarakterizə edən əlamətlər xəstəliyin gec dövründə ortaya çıxır. Bu da xəstəliyin ilkin mərhələdə aşkarlanmasını gecikdirir. Belə olan təqdirdə, insanlar bəşəriyyətin ən qorxulu xəstəliklərindən biri sayılan xərçəngə qarşı necə mübarizə aparsınlar? Hansı əlamətlərdən şübhələnib həkimə getmək lazımdır? Xərçəng – mütləq ölüm deməkdirmi?

Bu və digər sualları 4 fevral – Xərçəng Xəstəliyinə qarşı Ümumdünya Mübarizə günündə Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi, dosent Nəsimi Qasımova ünvanladıq. Hər kəsi maraqlandıran bu mövzuda müsahibəni təqdim edirik:

– Statistika dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda ildən-ilə onkoloji xəstəlikdən əziyyət çəkən adamların sayının artdığını göstərir. Bunun səbəbi nə ilə əlaqədardır? İnsanların özlərinin asğlamlığına biganə olması, yoxsa həqiqətən yaşayış tərzimizlə bağlıdı?

– Doğrudan da, dünya əhalisində bədxassəli şişə yoluxanların sayı ilbəil artır. Bununla bağlı bu yaxınlarda ölkəmizdə keçirilən beynəlxalq forumda bir Nobel mükafatçısının cavabını təkrarlamaq istəyirəm. Ona da belə bir sual olunmuşdu ki, “Nobel mükafatçısı olaraq bədxassəli şişin belə artmasının səbəbini nədə görürsünüz?” Və o cavabında bildirmişdi ki, eramızdan əvvəl insanların orta yaş həddi 35 yaş, 19-cu əsrdə çar Rusiyasında orta ömür 43,7 yaş idi. 100 il keçdikdən sonra yəni 2013-cü ildə insanların orta ömrü 79 yaşdan yuxarı hesab olunur. Yəni bununla demək istəyirəm ki, 100 il ərzində insanların ömrü 2 dəfə artıb. Belə olanda, xəstə sayının artımı da təbiidir.

1989-cu ildə Ümumittifaq Onkoloji Mərkəzin direktoru, akademik Nikolay Nikolayeviçin bir sözü var idi: “XX əsrin sonu, XXI əsrin əvvəllərində hər kəs öz xərçənginə tutulana qədər yaşamalıdır.” Yəni, insan ömrü o qədər uzun olmalıdır ki, orqanizmdə baş verən proseslər nəhayət hüceyrələrin mutasiya olunaraq bədxassəli şişə keçməsinə səbəb olsun.

“Hər bir avtomobil kanserogen maddəni atmosferə buraxır”

Lakin, təbii ki, ömür yaşının artması xərçəngin yayılmasının yeganə və əsas səbəbi deyil. Bədxassəli şişlərin belə geniş yayılması həm də müasir həyatın texniki cəhətdən zənginləşməsi, sosial həyatın yaxşılaşması, istehsalın artması ilə əlaqədardır. Belə ki, artıq ətraf mühitin çirklənməsi bizdən asılı olmayaraq, ilbəil-günbəgün artır. Sənayəni nə qədər əhalinin yaşayış sahəsindən kənara aparsaq da, bu mümkün deyil.Məsələn, avtomobilsiz yaşamaq mümkün deyil. Hər bir avtomobil də kanserogen maddə olan 3-4 benzipiril atmosferə buraxır. İnsanların böyük əksəriyyəti siqaret çəkir, bu da ağciyər xərçənginin yaradan vasitələrdən biridir. Qadınlarımız normal doğuşla nəticələnən hamiləliklərin sayını kifayət qədər azaldıblar. Əgər əvvəl ailədə uşaq sayı 5-7 idisə, indi bu uşaqların sayı 1-2-dir. Qidalanma faktoru: ət və ət məhsullarının qəbulu gündəlik rasionda kifayət qədər artıb, süd məhsulları, meyvə-tərəvəz qəbulu olduqca azalıb. Bütün bunların xəstəliyin artmasına təsiri olur.

Rəqəmlərə nəzər salaq: 1996-cı ildə Azərbaycanda hər il 5498 xəstə aşkar olunurdusa, 2015-ci ildə aşkar olunan xəstə sayı 10.354 nəfərdir. Demək ki, 20 il ərzində təqribən 2 dəfədən çox artım aşkar olunur. Hələ mən bu statistikanın tam dəqiq olduğunu deməzdim, çünki Azərbaycan ərazisinin 20%-dən çoxu mənfur düşmənlərimiz tərəfindən işğal olunub. Miliyondan yuxarı qaçqın və məcburi köçkünlərimiz var. Onların statistikasının nə qədər düzgün olduğunu demək, mənim üçün çətindir. Xərçəng nəinki dünyada, bizim ölkədə də artan xəstəlikdir.

“Klinikamıza orta hesabla 10 min xəstə müalicə edir”          

– Ölkəmizdə ən çox hansı orqanlarda (hansı növ) onkoloji xəstəliklər yayılıb? Məsələn, bizim klinikaya ən çox hansı yönümlü xərçəng xəstələri müraciət edir?

-2015-ci ilin hesabatında 10.354 nəfərin bədxassəli şiş diaqnozu qoyulub. Bunlardan çoxu süd vəzinin bədxassəli şişidir- 1751 nəfərdə, II yerdə ağciyər xərçəngi – 1151 nəfərdə, III yerdə mədənin xərçəngi 1073 nəfərdə aşkarlanıb. Və  bu dünyada da göstəricilər təqribən üst üstə düşür. Və nəzərə alsaq ki, bizim ölkə də İnkişaf edən ölkədir (İEÖ), dünyada qəbul olunmuş statistik məlumatlara görə bədxassəlişiş məhz İEÖ-də artmağa başlayır. Çünki bir sra öplkələr artıq inkişaf edib, orda müəyyən stabillik var. Bizim ölkə müstəqillik qazandıqdan sonra günügündən təhsili ilə, sərvətləri ilə sürətlə inkişaf edir.

Klinikamıza müraciət edən xəstələrin də əksəriyyəti əsasən bu 3 növ xərçəngdən əziyyət çəkir. Lakin onlar arasında onko-ginekoloji yönümlü müraciətlər üstünlük təşkil edir. İl ərzində orta hesabla xəstəxanamıza on min nəfərə qədər insan bədxassəli şişlə müraciət edir. Bunların böyük əksəriyyəti kimyəvi dərman terapiyası alır. Ötən ilki hesabata əsasən, 2600 nəfərə qədər xəstə isə əməlliyyat olunub.

– Elə simptomlar varmı ki, yalnız bu xəstəliyə aid olsun?  Yəni, insanlar hansı əlamətləri müşahidə edəndə narahat olub mütləq həkimə müraciət etməlidirlər?

“Yaşı 35-dən yuxarı insanlar ildə bir dəfə tam müayinə olunmalıdırlar”

-Bədxassəli şişləri xarakterizə edən simptomlar onların gec dövrünə təsadüf edir. İlkin dövdə hər orqana xas olan simptomlara bəzən rast gəlinir. Əgər söhbət süd vəzindən gedirsə, hər bir qadın öz-özünü müayinə etməlidir. Mədə-bağırsaqda da insanlar nəsə narahatlıq hiss etdikləri an həkimə müraciət etməlidirlər. Nəcisdə, sidikdə qan olduqda, bəlğəmdə qan olduqda şübhələnmək lazımdır. Hərçənd ki, bunlar da ilk simptomlar deyil. Yəni insanlar öz-özlərinə diqqət yetirməlidirlər. Xəstəliyi tez aşkar edə bilmək üçün yaşı 35-i keçmiş insanlar ildə bir dəfə özlərini tam müayinə etdirməlidirlər.

Həmin ATU-nun Onkoloji Klinikası, Həm də Milli Onkologiya Mərkəzində bunun üçün hər bir şərait var. Klinikaya gəlməyə vaxtı olmayanlar yaxınlıqda yerləşən poliknikalara müraciət edib, ağciyərlərin rentgenini, süd vəzilərini müayinə edə bilərlər. 10 mərtəbəli Klinikamızda 90 stasionar çarpayısı, 10 gündüz stasionar çarpayısı var. Binanın iki mərtəbəsi diaqnostik, digər iki mərtəbəsi isə poliklinik xəstələrin qəbulu üçündür. Müasir cərrahi müdaxilə mərkəzimiz var. Bədxassəli şişlərin diaqnostikası üçün bütün laboratoriyalarımız mövcuddur: Endoskopik, ultrosonoqrofik, kardioloji, mammoqrafiya və s.

Bir şeyi də qeyd edim ki, kimyəvi dərman terapiya təchizatı artıq uzun müddətdir ki, dövlət tərəfindən aparılır.

– Xərçəngin yaranmaması üçün hansısa profilaktik tədbirlər varmı? 

– Bu mənada profilaktika əsasən iki hissəyə bölünür. Birincisi – dövlət tərəfindən görülən işlərdir. Bunlara ətraf mühitin çirklənməməsi üçün iri sənaye mərkəzlərinin əhalinin sıx yaşadığı ərazilərdən kənara aparması, yaşılllıq zonalarının salınması, siqaret, tütün və spirtli içkilərin reklamının qadağan olunması və s. daxildir.

İkinci növ tədbirlərə isə profilaktik müayinələr aiddir. Bunlar müəyyən tibb idarələri tərəfindən kütləfi şəkildə həyata keçirilir. Amma yenə də çox şey insanın özündən asılıdır. Profilaktik baxış keçirilməlidir ki, hansısa bir xəstəlik aşkar olunduqda, erkən mərhələ olsun və onu müalicə etmək də asan olsun.

Bədxassəli şişlər ilkin mərhələdə demək olar, simptomsuz inkişaf edən xəstəlikdir. Xəstəlik müəyyən vəziyyətə gəldikdən sonra aşkarlarnır. Bunda da artıq III-IV mərhələ olur. Bunda da müalicə mümkündür, amma müəyyən çətinliklərlə qarşılaşa bilərik.

Odur ki, hər kəsi 35-40 yaşından sonra ildə 1 dəfə ümumi həkim müayinəsindən keçməyə çağırıram.

– Xərçəng xəstəliyi mütləq ölümlə nəticələnirmi?

– Bu cür yanaşmanı düzgün hesab etmirəm. İstənilən xəstəlik nə vaxtsa ölümlə nəticələnə bilər, o cümlədən xərçəng. İnsan təbii ki, fizioloji olaraq, heç bir xəstəliyə tutulmasa belə, müəyyən yaşa çatdıqda dünyasını dəyişir. Xərçəng xəstələri də haçansa dünyasını dəyişə bilər. O qədər xəstəmiz var ki, onlar bədxassəli şişdən müalicə olunaraq yaşayıb, amma infarktdan dünyalarını dəyişirlər.

– Dəfələrlə mətbuatda “Xərçəngin dərmanı tapıldı” kimi xəbərlər yayılır. Həqiqətdə necədir – hazırda bu xəstəlikdən, bədxassəli şişlərdən tam müalicə metodu mövcuddurmu?

-Hələ ötən əsrin 50-ci illərin əvvəllərində, 40-cı illərin sonunda Çin Xalq Respublikasında, İsraildə xərçəngin çarəsi tapılması haqqında xəbərlər dolaşıdrıd. Amma sonra xəbər yalanlanırdı.

Bu gün bədxassəli şişlərin müalicəsi mövcuddur. Yəni, demək olmaz ki, müalicəsi yox idi, indi tapıldı. Bu xəstəliyin aşkar olunması üçün əlimizdə kifayət qədər müayinə metodları var. Bu xəstəliyin müalicəsi üçün istərsə əməliyyat, istərsə şüa terapiyası, istərsə də kimyəvi dərman terapiyaları elmə məlumdur.

Ölkəmizdə bədxassəli şiş xəstələrinə yardım göstərmək üçün kifayət qədər geniş imkanlar var. Deyə bilərəm ki, MDB məkanında bu baxımdan ən yaxşı şərait bizdədir.

“37 il əvvəl əməliyyat etdiyim xəstə hələ də müayinəyə gəlir”

– Bu günə qədər üzləşdiyiniz hansı xəstə hələ də yaddaşınızdadır?

Adətən həkim-onkoloqun yaddaşında uzun müddət yaşayan xəstələr qalır. Yaxud da əməliyyat vaxtı çətinə düşdüyümüz və ya əməliyyatdan sonra ağırlaşması olan xəstələr. Həkimlik fəaliyyətimdə məni sevindirən hallardan biri hələ gənc ikən əməliyyat etdiyim xəstələrin hələ də müayinəmə gəlmələridir. Bircə fakt deyim – 37 il əvvəl – 1979-cu ildə əməliyyat etdiyim şəxs hazırda da xəstəmdir. 15 ildən çox yaşayan xəstələrimiz də var. Və biz bu xəstələrimizin köməyilə indi müalicə etdiyimiz xəstələri də ruhlandırırıq.

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 920
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031