FACT-INFO.AZ » MEDİA » COP29 viza müraciət sistemi aktivləşdirilib
12-07-2024, 11:00 | MEDİA
COP29 viza müraciət sistemi aktivləşdirilib

Azərbaycanda qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə xüsusi COP29 viza müraciət sistemi yaradılıb.

Fact-info.az xəbər verir ki, bu barədə məlumat COP29-un rəsmi saytında yerləşdirilib.

Bildririlib ki, COP29 xüsusi vizası birdəfəlik giriş vizası olacaq. Əgər iştirakçı Azərbaycanı tərk etmək və COP29-un keçirildiyi müddətdə yenidən Azərbaycana geri qayıtmaq istəsə, o zaman UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq, COP29 xüsusi vizası üçün bir daha müraciət etməli olacaq.

Qeyd edilib ki, COP29 və sessiya öncəsi görüşlər üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti ölkəyə daxil olduqları tarixdən ən azı altı ay sonrakı müddət üçün etibarlı olmalıdır.

Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara e-poçtla UNFCCC qeydiyyatını təsdiqləyən viza üçün müraciət linki göndəriləcək:

“COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq. Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, - məlumatda bildirilib.

Bunun üçün iştirakçılar link vasitəsilə viza portalına daxil olaraq formanı doldurmalı və tələb olunan sənədləri yükləyərək təsdiq üçün təqdim etməlidirlər:
“Təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcəkdir. İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtdakı viza portalı linkindən istifadə edilməlidir”.

Həmçinin iştirakçılar vizaların verilməsi ilə bağlı suallar üçün visas@unfccc.int elektron poçt ünvanına müraciət edə bilərlər.




Baxış sayı: 130
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30