FACT-INFO.AZ » AKTUAL » Şuxrat Salamov: Ermənilər məni tarixi faktları saxtalaşdırmaqda, millətçilikdə və pantürkizmdə ittiham edirlər
2-02-2017, 09:30 | AKTUAL
Şuxrat Salamov: Ermənilər məni tarixi faktları saxtalaşdırmaqda, millətçilikdə və pantürkizmdə ittiham edirlər

Mən “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitablarına və bu mövzuda yazdığım çoxsaylı məqalələrimə görə təqib olunuram.

Bu sözləri AZƏRTAC-ın müxbirinə özbək tarixçisi, publisist Şuxrat Salamov (Barlas) deyib.

Bildirib ki, birinci kitabda əsasən ermənilər tərəfindən Fərqanə vadisində özbəklərə qarşı törədilən qətliamdan bəhs olunur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılır. İkinci kitabda isə erməni daşnaklarının köməyi ilə insanları ideoloji müharibəyə necə hazırlamaları barədə tarixi faktları göstərməyə çalışmışam.

Ş.Salamov qeyd edib ki, ötən il dekabrın 19-da Daşkənddə rus dilində çap olunan “Fundamentalnaya ekonomika” jurnalında sovet tarixçisi Rüstəm Abdullayevin “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” sərlövhəli məqaləsi çap edilib və mənə qarşı olan hücumlar da bundan sonra başlayıb. Qəribədir ki, əvvəllər erməniləri haqlı olaraq tənqid edən bu alim, birdən-birə mövqeyini dəyişir və bu kitab və məqalələri yazdığıma görə mənə hücum edir. Sual yaranır, necə oldu ki, bu alim öz mövqeyini dəyişdi? Məncə aydındır, məsələ ermənilər tərəfindən ələ alınıb.

R.Abdullayev nəyə görə erməni daşnaklarının Fərqanədə, Türkiyə ərazisində, ən nəhayət XX əsrin sonunda dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən erməni cəlladlarının qanlı əməllərini görmür və görmək istəmir.

Ermənilər məni tarixi faktları saxtalaşdırmaq, falsifikasiya, millətçilik, pantürkizm, fırıldaqçılıqda ittiham edir, haqqımda əsassız böhtanlar yayırlar, şərəf və ləyaqətim təhqir olunur. Ermənilər hətta evimi daşa basıb, ailəm təhqir olunub.

Bilirəm ki, Azərbaycan mətbuatı mənim müdafiəmə qalxıb, Milli Elmlər Akademiyasının Tarix İnstitutu Elmi Şurasının iclasında bununla bağlı bəyanat qəbul edilib. “Məni müdafiə etdiklərinə görə Azərbaycandakı dostlarıma minnətdaram. Mən bundan sonra da tarixi saxtalaşdıran erməni daşnaklarına qarşı mübarizəmi davam etdirəcəyəm”, - deyə Şuxrat Salamov vurğulayıb. 




Baxış sayı: 2 040
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30