FACT-INFO.AZ » MEDİA » “NE Global” nəşri: Azərbaycanda keçiriləcək COP29 konfransı sülh, iqlim maliyyəsi, ətraf mühit məsələlərinə fokuslanacaq
25-05-2024, 16:00 | MEDİA
“NE Global” nəşri: Azərbaycanda keçiriləcək COP29 konfransı sülh, iqlim maliyyəsi, ətraf mühit məsələlərinə fokuslanacaq

Qlobal münaqişələrin insanların həyatına və ətraf mühitə ağır zərbə vurmaqda davam etdiyi vaxtda, BMT-nin builki iqlim konfransı - COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan beynəlxalq ictimaiyyətin bütün üzvləri arasında körpü rolunu oynamağa, iqlim maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında ortaq dil tapmağa, eyni zamanda, sülh gündəliyini daha da irəli aparmağa çalışacaq.

 Fact-info.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu ayın əvvəlində Bakıda “NE Global” nəşrinə müsahibəsində bildirib. O qeyd edib ki, onun fəaliyyətinin əsas istiqaməti Ermənistan və Azərbaycan arasında normallaşmadır və burada COP29 müəyyən rol oynaya bilər.

“Ermənistan və Azərbaycan arasında son vaxtlar etimadın möhkəmləndirilməsi tədbirlərindən biri də ötən ilin dekabrında (Dubayda COP28-də) iki ölkə arasında bəzi məhbusların qarşılıqlı azadlığa buraxılması, həmçinin diplomatik dəstək mübadiləsi ilə bağlı əldə edilmiş razılaşmadır. Beləliklə, Ermənistan Azərbaycanın COP29-a ev sahibliyi etmək müraciətinə qoyduğu vetonu ləğv etdi və biz də qarşılıqlı olaraq Ermənistanın həmin qlobal iqlim konfransının icraiyyə komitəsinin üzvü olacağına razılaşdıq. Əlbəttə ki, bu, böyük bir irəliləyiş idi, çünki birbaşa aşağı səviyyəli təmaslar vasitəsilə biz ilk dəfə olaraq etimadın möhkəmləndirilməsinə nail olduq və bu, həm də onu göstərdi ki, hər iki ölkə heç bir üçüncü tərəfin müdaxiləsi olmadan birbaşa, ikitərəfli təmaslar vasitəsilə öz fikir ayrılıqlarını həll edə bilər”, - deyə Elçin Əmirbəyov vurğulayıb.

İndi bütün dünyanın diqqətinin COP29-a ev sahibliyi edən Bakıya yönəldiyi vaxtda Ermənistanın və Azərbaycanın, nəhayət sülh sazişini imzalamaları üçün gözəl fürsət yarandığını vurğulayan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi deyib: “Həm İrəvanın, həm də Bakının bölüşdüyü fikir ondan ibarətdir ki, bu gün daha çox ümidverici şərait yaranıb”.

Elçin Əmirbəyov bildirib: “Sülh sazişi indi gündəmdədir, ona görə də biz işimizi davam etdiririk. Biz inanırıq ki, bu mətn üzrə danışıqları hətta COP29-dan əvvəl yekunlaşdırmaq olar. Məncə, bu, mümkündür. Bu, həm də beynəlxalq aləmə güclü siqnal verərdi ki, Avropa qitəsində postsovet məkanında ən uzun sürən və faciəli münaqişələrdən biri başa çatmaq üzrədir, ona görə də mən hesab edirəm ki, hər iki ölkə və hər iki xalq bu müsbət nəticəyə hazır olmalıdır”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda “NE Global”a müsahibəsində bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin xarici siyasəti baxımından mühüm əhəmiyyət kəsb edir. “Sədrliyimiz münaqişələrin həlli, sülh və iqlim dəyişikliyi arasındakı əlaqəyə fokuslanacaq”, - deyə o qeyd edib.

Fərid Şəfiyev müharibənin fəsadlarına məruz qalan Qarabağ ərazisində minalarla çirklənmə, meşələrin qırılması və su problemi məsələlərini diqqətə çatdıraraq deyib: “Biz minalarla çirklənmə problemi ilə üzləşmişik və bunun da iqlim dəyişikliyi ilə əlaqəsi var”.

Mayın 1-də Bakıda keçirilən həmin forumun əvvəlində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxışında bildirib ki, daha yaşıl, daha dayanıqlı gələcək təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi imkanlar və iqlim məqsədlərinə çatmaq baxımından da vacibdir.

Elçin Əmirbəyov onu da vurğulayıb ki, Azərbaycan COP29-un növbəti uğur hekayəsinə çevrilməsi üçün əlavə səylər göstərəcək: “Həll edilməli olan məsələlərdən biri iqlimin maliyyələşdirilməsi problemidir və burada əsas rollardan biri həmrəylik və beynəlxalq birliyin bütün üzvlərinin məsuliyyət ruhunda müxtəlif fikirlər arasındakı fərqləri aradan qaldırmağa çalışmaqdır. Avropa İttifaqı artıq ev sahibi ölkə kimi Azərbaycanla sıx qarşılıqlı əlaqədə olmağa hazır olduğunu və istəyini ifadə edib. Onlar Bakıda keçiriləcək COP29-un uğurla təşkil olunması üçün ən yüksək səviyyədə dəstək verəcəklərini vəd ediblər”.

Fərid Şəfiyev öz növbəsində bildirib ki, Azərbaycan COP29-a sədrliyi zamanı dəstəyə ehtiyacı olan inkişaf etməkdə olan ölkələrin problemlərini həll etməklə Qlobal Cənubun səsi olmaq istəyir. “Əhəmiyyət kəsb edən digər bir amil odur ki, biz həqiqətən yaşıl enerji gündəminin təşviqi ilə məşğul olan neft hasil edən ölkəyik və biz artıq alternativ enerji layihələrinə başlamışıq”, - deyə Fərid Şəfiyev bildirib.

Elçin Əmirbəyov onu da qeyd edib ki, Azərbaycan Günəş və külək enerjisi baxımından böyük potensiala malikdir. “İmzalanan müqavilələr artıq yaxın illərdə bərpaolunan enerji və ya yaşıl enerjinin istehsalını 5 GVt-a çatdıracaq. Xəzər dənizində külək enerjisi də daxil olmaqla 150 GVt potensial mövcuddur”.

“Biz Qara dənizdə sualtı kabel vasitəsilə elektrik enerjisini ixrac etməyi planlaşdırırıq. Bu, Azərbaycan, Gürcüstan, Rumıniya, Bolqarıstan və Macarıstanı birləşdirən bir layihədir. Biz hidrogen ixracı barədə də düşünürük. Bunlar təkcə Avropaya enerji ixracımızı şaxələndirən layihələr deyil, həm də ölkə daxilində yaşıl enerjiyə keçidi təmin edən layihələrdir”, - deyən E.Əmirbəyov əlavə edib: “COP29 yaşıl enerjiyə doğru irəliləmək və başqalarına nümunə olmaq üçün yaxşı şansımızın olduğunu nümayiş etdirmək baxımından gözəl fürsətdir.”




Baxış sayı: 100
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930