Bu fikri AZƏRTAC-a Qazaxıstan Parlament Məclisinin deputatı Məhərrəm Məhərrəmov səsləndirib. Deputat bildirib ki, Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsi, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan dövlətinin sülhpərvər siyasət yeritməsinin göstəricisidir. Qazaxıstan Parlament Məclisinin deputatı deyib ki, dünyada baş verən qlobal proseslər fonunda, xüsusilə bəzi İslam ölkələrinə qarşı ciddi təhdidlərin olduğu bir dövrdə İslam həmrəyliyinin önəmi olduqca artır. Azərbaycan dövləti üzərinə çox məsuliyyətli, şərəfli vəzifə götürüb və onun öhdəsindən layiqincə gəlməyə qadirdir.
Məhərrəm Məhərrəmov bildirib ki, dünyada sülhün yaranmasına töhfə verən Qazaxıstan İslam həmrəyliyi məsələsində Azərbaycanın irəli sürdüyü ideyaya hər cür dəstək verəcək.
Baxış sayı: 1 731
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

