Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında dərc olunmuş əsassız məlumatlarla bağlı açıqlama yayıb.
Fact-info.az açıqlamanı təqdim edir: "Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır.
Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib.
Medianın peşəkarlıq və beynəlxalq etik dəyərləri ilə ziddiyyət təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk.
Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə çağırırıq".
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
