FACT-INFO.AZ » SİYASƏT » Ağdaban qətliamı, Brüssel sammiti və aprel dərsləri
8-04-2024, 14:00 | SİYASƏT
Ağdaban qətliamı, Brüssel sammiti və aprel dərsləri

Ötən əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən ən dəhşətli cinayətlərdən biri Ağdaban qətliamıdır. Ağdaban kəndi Kəlbəcər rayonunun ən səfalı yerlərindən biri olan Ağdaban dağının ətəyində, Ağdaban çayının kənarında yerləşən, zəhmətkeş, səmimi, qonaqsevər və istedadlı insanların yaşadığı gözəl, abad, varlı bir kənd idi. Ağdaban həm də Azərbaycanın saz- söz sənətinə tarixi möhürünü vurmuş Ağdabanlı şair Qurban ocağının layiqli davamçısı Dədə Şəmşirin mənəviyyat dünyasının məbədi idi. Ağdabanın mənəviyyat dünyasının tarixi isə kəndin yaşından çox qədim idi, Şah İsmayıl Xətainin yaxın silahdaşı, Səfəvilər xanədanının böyük dövlət və din xadımı, sufi şairi və haqq aşığı Miskin Abdaldan gəlirdi. Məhz erməni separatçılarının ilk zərbə hədəfi kimi Ağdabanı seçməsinin bir səbəbi də bu idi. Kəlbəcər Qarabağ və Zəngəzurda hansı strateji əhəmiyyətə malik idisə, Ağdaban kəndi də Kəlbəcər rayonu üçün elə bir strateji əhəmiyyət daşıyırdı. Ağdabana birinci zərbə vurmaqla ermənilər bütün Kəbəcər əhalisində xof yaradacaqlarını düşünürdülər. Eyni zamanda Aşıq Şəmşirin ailəsinin və qohumlarının bu kənddə yaşadığını da ermənilər yaxşı bilirdi və Ağdabana hücum planının mərkəzində həm də Dədə Şəmşirin ocağını dağıtmaqla kənd əhalisinin müqavimətini daha asan qırmaq niyyəti dayanırdı.

Düz 32 il əvvəl, 1992-ci ilin aprel ayının yeddisindən səkkizinə keçən gecə erməni quldur dəstələri Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, kəndin 779 nəfər dinc sakininə divan tutdular. Bu qətliam nəticəsində 32 nəfər ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmiş, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri tonqalda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür. Dədə Şəmşirin nəslindən 15 nəfər bu faciənin qurbanı olmuşdur. Ermənilərin törətdiyi ən dəhşətli vandalizm isə Şair Qurbanın və Dədə Şəmşırin zəngin arxivinin dağıdılması, nadir əlyazmalarının yandırılması idi. Doğrudan da, kəndi də bərpa etmək olacaq, daha gözəl, yaraşıqlı binalar da tikiləcək, lakin yandırılmış əl yazmalarını bərpa etmək mümkün olmayacaq. Biz torpaqlarımızı işğaldan azad edəndən sonra -"Qarabağda xristian abidələrindən narahatıq"-, deyərək şivən salan YUNESKO "xanım" görəsən Ağdaban qətliamına, Kəlbəcərdəki muzey- məbədimizin yandırılıb dağıdılmasına heç bir tükünün də tərpənməməsini nə ilə izah edə bilər? Məhz Ağdaban qətliamına biganə münasibət sonrakı daha böyük miqyaslı faciələrə, o cümlədən 1993- cü ilin aprelin 2- sində Kəlbəcərin, daha sonra isə digər rayonlarımızın işğalına yol açdı. Hətta biganəlik və şəriştəsizlik o həddə idi ki, o zaman iqtidarda olan AXC- Musavat cütlüyü Kəlbəcərin işğalından sonra az qala bir sevinc hissi ilə deyirdilər ki, Qərbdəki dostlarımızın dəstəyi ilə BMT qətnamə qəbul edəcək və Ermənistan Kəlbəcəri də, Laçını da, Şuşanı da, eləcə də külli-Qarabağı qaytarıb bizə verəcək, üstəlik təzminat da ödəyəcək. Bəli, Kəlbəcərin işğalı ilə bağlı BMT qətnamə qəbul etdi, daha sonra 3 ayrı qətnamə də qəbul etdi, amma 30 ilə yaxın bir müddət ərzində bir qarış torpağımızı bizə qaytaran olmadı. Beləcə, qərbin ikili oyunlarına, ikili standartlarına öyrəşdik. Düz 2016- cı ilin aprelin ikisinə kimi. 2016- cı il aprelin 2- sində başlayan və 3 gün davam edən döyüşdən sonra rəşadətli ordumuz düşmən səddinin keçilməzliyi mifini qırdı, Lələtəpə yüksəkliyini azad etməklə 2 min hektar ərazini nəzarət altına aldı. O zaman aprel döyüşlərinə ABŞ çox sərt, ermənipərəst reaksiya verdi, hətta ABŞ- ın dövlət katibi Con Kerri və dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycanı açıq şəkildə təhdid etdilər. Baxmayaraq ki, o dövrdə Ermənistan ABŞ-ın deyil, Rusiyanın forpostu idi və bunu utanmaq hissini çoxdan itirmiş Serj Sarksyan hər yerdə "qürurla" söyləyirdi. 2016 -cı ilin 4- cü ayındakı ilk dərsdən 4 il sonra isə 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Milli Ordumuz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə həm Ermənistana, həm də onun havadarlarına tarixi dərs verdi. Məhz bu dönəmdə Ali Baş Komandan İlham Əliyevin Ermənistan rəhbərliyinin ünvanına dediyi sərrast bir ifadə snayper atəşi kimi düz onluğa dəydi: "daban yalayan"! "Kimə yalvarırsan yalvar, kimin ayaqları altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala. Heç kim bizə təsir edə bilməz"! Bu tarixi sözlərin deyildiyi vaxtdan 4 ilə yaxın bir müddət keçib, necə deyərlər, çox sular axıb, çox şeylər dəyişib, çox arzularımız çin olub, çox xəyallarımız gerçəyə dönüb. 2020-ci ilin 10 noyabrında üç tərəfli bəyanata- öz kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri Nikol Paşinyan sonradan müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınsa da, Azərbaycan addım-addlm öz məqsədlərinə inamla yaxınlaşıb. 2023- cü ilin aprelin 23- də Laçında sərhəd- buraxılış məntəqəsini qurmaqla, ərazi bütövlüyümüzü təmin etmişik, indi bütün sərhədboyu yüksəkliklərə bizim Ordumuz nəzarət edir, Xankəndində üç rəngli şanlı bayrağımız qürurla dalğalanır, suverenliyimiz tam bərpa olunmuşdur. Ermənistan isə əllərdə alət olmaqda davam edir, indi yeni ağa axtarışındadır. Dövrəyə isə siyasi əxlaq baxımından Ermənistandan heç də fərqlənməyən Makron Fransası daxil olmuşdur. Avropa Şurası, Avropa İttifaqı isə utanmadan Fransanın yançısı statusunda çıxış edirlər. Kukla teatrının qara pərdəsi arxasından isə ipləri oynadan ABŞ-ın şeytan barmaqları görsənməkdədir. Xalqımızın etimologiyasında bir "qaradaban" ifadəsi var və adətən, bəduğur, gəldiyi ocağa faciələr gətirən gəlin haqqında işlədilir. Hazırda cidd- cəhdlə Cənubi Qafqaza nüfuz etmək istəyən Fransa məhz, ABŞ-ın qaradaban gəlini kimi bölgəyə yeni nifaq toxumu səpməyə çalışır. Ermənistan isə Fransanın qara dabanını yalamaqla ağ günə çıxacağını xəyal edir. Amma unudurlar ki, fransız əsgərinin çəkməsi dəyən yerdə ot bitmir. Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüş Ermənistana hərtərəfli dəstək göstərilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyırdı. O Ermənistana ki, 1992- ci il aprelin 8- də Kəlbəcərin Ağdaban kəndində dəhşətli qətliam törətmişdi, bir il sonra isə aprelin 2- də bütövlüklə Kəlbəcər rayonunu işğal etmişdi. Brüssel görüşünün görünən tərəfi Ermənistana iqtisadi, humanitar və siyasi dəstək göstərmək adı ilə təqdim edilsə də, əsil niyyət Ermənistanı silahlandırmaq, yeni münaqişə ocağı qalamaq və Rusiyanı sıxışdırıb bölgədən çıxartmaqdır. Təbii ki, bu o qədər də asan bir şey deyil və unudurlar ki, bölgədə güclü Azərbaycan və nüfuzlu Türkiyə faktoru ilə hesablaşmadan Qafqazda heç nəyə nail olmaq mümkün deyildir. Brüssel sammiti ərəfəsində narahatlıqla, -"aprelin 5- indən sonra görəsən nə olacaq"-, deyə soruşan həmkarıma çox sakit şəkildə cavab vermişdim:-"Heç nə, aprelin 6- sı olacaq!" Bəli, bizə bu təmkini, bu güvəni verən dövlətimizin güclü olmasıdır, Prezidentimizin beynəlxalq nüfuzu və möhkəm siyasi iradəsidir, yanımlzda qardaş Türkiyənin olması, Türk ailəsinin getdikcə yaxınlaşması və yüksəlişidir.

Bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq işləri aparır, ən müasir görkəmli və təyinatlı kəndlər, qəsəbələr, şəhərlər inşa edirik. Bu gün Kəlbəcər də, Ağdaban da yenidən qurulur, yollar çəkilir, körpülər salınır, yaşıl artım ölkəsinin tələblərinə uyğun infrastruktur yaradılır. Yaxın vaxtlarda Ağdaban camaatı ata-baba yurdlarına qayıdacaqlar, Dədə Şəmşirin ev muzeyini də, məzarını da bərpa edəcəklər, Miskin Abdal ocağı yenə də ziyarətgaha çevriləcəkdir. ...Hər il aprelin 2- sindən sonra 3- ü, 8- dən sonra 9- u gələcəkdir. ...Amma gərək biz heç zaman nə aprelin 2-sini, nə də 8-ini unutmayaq. ...Ən azı düşmənlər aprelin 24- ünü unudana qədər! 

Musa Urud

Milli Məclisin deputatı




Baxış sayı: 140
Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Bu gün, 21:30 MEK elektron xidmətlərini təqdim edir Bu gün, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Bu gün, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930