14-6-2025 10:31
FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ankarada I Bakı Türkoloji Qurultayı anıldı
21-12-2016, 10:50 | TƏDQİQATLAR-ANALITIKA
Ankarada I Bakı Türkoloji Qurultayı anıldı

Məlum olduğu kimi, türk xalqlarının mədəni həyatında ən əlamətdar hadisələrdən biri kimi tarixin yaddaşına əbədi möhürünü vuran I Bakı Türkoloji Qurultayının 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. 
Azərbaycan prezidenti İlham Əliyev 1926-cı ildə Bakıda keçirilmiş bu mötəbər və möhtəşəm toplantıya dövlət səviyyəsində hüquqi qiymət verib və 18 fevral 2016-cı ildə həmin tarixi hadisənin 90 illik yubileyinin keçirilməsi haqqında xüsusi sərəncam imzalayıb. Sərəncamdan bir qədər sonra mart ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutu AMEA-nın vitse prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirib. Bu ilin may ayının 2-də isə Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universiteti I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” adlı Beynəlxalq Konfrans təşkil edib.

I Bakı Türkoloji Qurultayının 90 illik yubileyi ilə bağlı ölkəmizdə keçirilən  tədbirlər sırasında AMEA-nın Rəyasət Heyəti ilə Nəsimi adına Dilçilik İnstitututunun, Nizami adına Ədəbiyyat İnstitutunun və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə bu ilin noyabr ayının 14-15-də “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar”  mövzusunda keçirilən Beynəlxalq Konfransı xüsusi olaraq qeyd etmək lazımdır. Möhtəşəmliyi ilə yadda qalan bu konfransda 270-ə yaxın iştirakçı təmsil olunub ki, onların sırasında Türkiyə, Özbəkistan, Qazaxıstan və Rusiya Federasiyasından gəlmiş türkoloq alimlər də yer alıb.

I Bakı  Türkoloji Qurultayı keçmiş Sovetlər İttifaqı məkanında yaşayan bütün türk xalqları üçün bir sıra taleyüklü məsələlərin, ilk növbədə də ortaq latın əlifbasına keçidin elmi-metodoloji prinsiplərinin hazırlanması və həyata keçirilməsi ilə əlamətdar olub. Məhz buna görə də adı çəkilən möhtəşəm tarixi qurultayın 90 illik yubileyi Azərbaycanla yanaşı, digər ölkələrdə də geniş şəkildə qeyd edilib. Bu ilin may ayında Beynəlxalq Türk  Akademiyasının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirdiyi I Beynəlxalq Humanitar Forumunun ayrıca bir paneli həmin yubileyə həsr olunub. AMEA-nın vitse-prezidenti akdemik İsa Həbibbəylinin moderatorluq etdiyi həmin paneldə ABŞ, Türkiyə, Koreya və Rusiyadan gəlmiş türkoloq alimlər I Bakı Türkoloji Qurultayının çağırışları işığında ortaq türk əlifbası, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı kimi qlobal məsələlər ətrafında məruzələrlə çıxış etmiş, fikir mübadiləsi aparmışlar.

I Bakı Türkoloji Qurultayı bu ilin sentyabr ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən XII Böyük Türk Qurultayında da diqqət mərkəzində olmuşdur. Türkiyənın məşhur Bilkənd Universitetinin, Yunus Əmrə İnstitutunun və Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən bu Qurultayda Azərbaycan nümayəndə heyəti 8 nəfər elm adamı ilə təmsil olunmuşdu ki, onlara bu sətirlərin müəllifi rəhbərlik edirdi. Qurultayın plenar iclasında biz xüsusi olaraq I Bakı Türkoloji Qurultayının əhəmiyyətindən, bu möhtəşəm toplantının 90 illik yubileyi ilə bağlı Azərbaycanda keçirilən tədbirlərdən söz açdıq. Beynəlxalq konfransın sonunda isə bizim təklifimizlə toplantının qətnaməsinə I Bakı Türkoloji Qurultayı ilə bağlı ayrıca maddə də əlavə olundu.

I Bakı Türkoloji Qurultayının 90 illik yubileyi bu ilin oktyabr ayında Ankarada Türkiyə Bilim Akademisinin təşkilatçılığı ilə keçirilən Asiya ölkələri Akademiya Birliklərinin toplantısında da ayrıca bir paneldə qeyd olundu. Həmin paneldə Türkiyə, Qazaxıstan alimləri, eləcə də AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli və bu sətirlərin müəllifi məruzələrlə çıxış etdilər.

Lap bu yaxınlarda - 9 dekabr 2016-cı  il tarixində Türkiyənin paytaxtı Ankara şəhərindəki Hacəttəpə Universitetində keçirilən “Türkologiyanın bu günü və gələcəyi” adlı Beynəlxalq konfrans I Bakı Türkoloji Qurultayının 90 illiyinə həsr olunmuş sonuncu mötəbər tədbirlərdən biri kimi diqqətə layiqdir. Qeyd edək ki, 50 il bundan öncə Türkiyənin məşhur elm adamı professor Ehsan Doğramacının yaxından iştirakı ilə təməli qoyulan Hacəttəpə Universiteti Türkiyənin ən nüfuzlu və qabaqcıl təhsil ocaqlarından biri sayılır. Bu tanınmış təhsil ocağında  50 min nəfər tələbə təhsil alır ki, onların  sırasında dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Azərbaycandan gələn gənclərin də xüsusi çəkisi vardır. Ayrıca xəstəxanası və tələbə yataqxanası olan Universitetin tələbə sayına görə öndə gedən fakültələrindən biri də 5 min tələbənin təhsil aldığı ədəbiyyat fakültəsidir. Bu fakültənin ilk dekanı elə Ehsan Doğramacının özü olmuşdur. Hazırda isə bu vəzifəni 12 il müddətində Türk Dil Qurumuna rəhbərlik etmiş, tanınmış dilçi alim Şükrü Haluk Akalın daşıyır. Universitetdə təşkil olunan Beynəlxalq konfransın əsas təşəbbüskarından biri də məhz professor Şükrü Haluk Akalın olmuşdur.

Azərbaycanın tanınmış elm adamlarından akademik Kamal Abdullanın, akademik İsa Həbibbəylinin və bu sətirlərin müəllifinin üzv olduğu Beynəlxalq səviyyəli Təşkilat Komitəsinin düzənlədiyi bu konfransda Türkiyə alimləri ilə yanaşı, Azərbaycandan, Serbiyadan, Moldovadan gələn nümayəndələr də iştirak etmişlər. Konfrans üç iclasda öz işini davam etdirmişdir. Azərbaycanın görkəmli dövlət xadimi Səməd Ağamalıoğlunun şərəfinə təşkil olunmuş ilk iclasda Hacəttəpə Universitetinin professorlarından Dilək Yalçın və Şükrü Haluk Akalın, İstanbul Universitetindən professor Osman Fikri Sərtqaya və bu sətirlərin müəllifi Birinci Bakı Türkoloji Qurultayı ilə bağlı məruzələrlə çıxış etmişlər. Qeyd edim ki, iclas Birinci Bakı Türkoloji Qurultayının görüntülərini əks etdirən sənədli filmlə başlamış və bu tarixi kadrlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Bu sətirlərin müəllifi öz məruzəsində I Bakı Türkoloji Qurultayın tarıxı əhəmiyyətini vurğulayaraq  belə bir mötəbər toplantının  1926-cı ildə Bakıda təşkil olunmasının səbəblərini açıqladı və qurultayın çağrışlarının yaşadığımız günlərdə böyük əhəmiyyətini və xüsusi aktuallıq kəsb etməsini diqqətə çatdırdı. Məruzədə o da qeyd olundu ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində qiymət verilmiş və bu sahədə bir sıra mühüm işlər görülmüşdür. Diqqətə çatdırıldı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz çıxışlarında Birinci Türkoloji Qurultaya yüksək dəyər vermişdir.  Eləcə də ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yuxarıda qeyd olunduğu kimi, bu möhtəşəm toplantının 90 illik yubileyinin geniş miqyasda qeyd olunması haqqında 18 fevral 2016-cı ildə sərəncam imzalamışdır.

Hacəttəpə Universitetində keçirilən Beynəlxalq konfransdakı iclasların ikisi isə görkəmli Türkiyə alimi Fuad Köprülünün və məşhur Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin xatirəsinə həsr olunmuşdu. Həmin iclaslarda təqdim  edilən məruzələr Birinci Türkoloji Qurultayın iştirakçılarından olan qazax alimi Qasım Tınıstanovun fəaliyyətinə, Serbiyada aparılan Türkoloji araşdırmalara, Qaqauz Türkcəsinin əlifba problemlərinə, Altayşünaslıqla bağlı elmi tədqiqatlara həsr olunmuşdu və  böyük maraqla qarşılandı.

Diqqətəlayiq haldır ki, Hacəttəpə Universitetindəki konfransda təqdim edilən məruzələrin üçü bilavasitə Azərbaycan ədəbiyyatı və onun görkəmli nümayəndələrinin bədii yaradıcılığına həsr olunmuşdu. Həmin məruzələrdən biri tanınmış Azərbaycan şairi, günahsız repressiya qurbanı Əhməd Cavadın məşhur “Çırpınırdı Qara dəniz” şeirinin avtoqraf əl yazısının təhlili haqqında idi.  Professor O.F.Sərtkayanın görkəmli Azərbaycan ədibi, şairi və mütəfəkkiri Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımdan əldə etdiyi bu şeirin əl yazısı ilə onun məlum mahnı variantı arasındakı fərqlər, bu yöndə aparılan təhlillər dinləyicilərin böyük marağına səbəb oldu.

Universitetin iki nəfər gənc araşdırıcısının məruzəsi isə bilavasitə müasir Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlərə həsr olunmuşdu. Bunlar Nurtac Ergün Atbaşının “Türkiyədə çağdaş Azərbaycan ədəbiyyatı çalışmaları” və Koray Üstünun “Çağdaş Azərbaycan ədəbiyyatının öncü ismi: Anar” adlı məruzələri idi. Hər iki məruzənin rəngli  slaydlarla təchiz olunması da onların təsir gücünü artırmağa yardımçı olur və ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatı haqqında müəyyən qədər təsəvvür əldə etməyə imkan yaradırdı.

Türkiyənin məhşur Hacəttəpə Universitetinin ədəbiyyat fakültəsinin və fakültənin nəzdindəki lüğətçiliyin tətbiqi və araşdırma mərkəzinin birgə təşkil etdikləri I Bakı Türkoloji Qurultayının 90 illiyinə həsr olunmuş Beynəlxalq konfransın sonunda toplantının işinə yekun vuruldu və bu cür müştərək tədbirlərin gələcəkdə də keçirilməsinin xüsusi əhəmiyyət daşıması qeyd olundu.

Möhsün NAĞISOYLU 
AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru 

 

 

 

 

 

 




Baxış sayı: 1 842
Qurtuluş məfkurəsi: müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi Bu gün, 11:30 İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb Bu gün, 11:00 İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb Bu gün, 11:00 Levon Mnatsakanyan: Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq – MƏHKƏMƏ Bu gün, 08:00 Ürək çatışmazlığına çarə tapıldı Bu gün, 07:30 Şuşa Bəyannaməsi – dostluqdan strateji əməkdaşlığa gedən yol Dünən, 16:00 İran İsrailin hücumuna görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib Dünən, 14:30 TDT-nin mülki müdafiə mexanizminin təsis edilməsi haqqında saziş ratifikasiya edildi Dünən, 12:00 Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib Dünən, 12:00 Prezident İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarını təbrik edib Dünən, 12:00 Xankəndində iclas keçirilib Dünən, 09:00 Kazakh President meets with Speakers of Parliaments of TURKPA member states 12-06-2025, 17:00 На суде раскрыты новые факты, касающиеся мин, установленных на некогда оккупированных территориях Азербайджана 12-06-2025, 17:00 Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb 12-06-2025, 16:00 “Füzuli qəzəlləri Azərbaycan musiqisində” 12-06-2025, 11:30 Prezident: Azərbaycan və Rusiya xalqlarını sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir 12-06-2025, 11:30 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib 12-06-2025, 11:30 Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub 12-06-2025, 11:00 Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib 12-06-2025, 10:30 Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır 12-06-2025, 08:00 TDT-nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib 12-06-2025, 07:30 Vətən müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib 11-06-2025, 20:30 На международном мероприятии в Будапеште представлена информация об истории вопроса Западного Азербайджана 11-06-2025, 15:00 New edition of IRS-Heritage magazine published in German 11-06-2025, 15:00 “İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür 11-06-2025, 15:00 “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb 11-06-2025, 14:30 Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir? 11-06-2025, 14:30 Aygün Əliyeva: Qərbi Azərbaycan qayıdış mövzusu dövlət siyasətinin əsasını təşkil edir 11-06-2025, 11:00 Ağdam Muğam Mərkəzində ilk dəfə “Muğam” Televiziya Müsabiqəsi keçirilib 11-06-2025, 10:30 Macarıstanda “Qafqazın açarı: Geosiyasət və Azərbaycanın humanitar siyasəti” adlı konfrans keçirilib 11-06-2025, 10:30
Köşə yazarları
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30