FACT-INFO.AZ » QHT » Azərbaycana qarşı qərəzli qərarlar göstərir ki, Avropa və Qərb onun uğurlarını görmək istəmir
4-02-2024, 10:30 | QHT
Azərbaycana qarşı qərəzli qərarlar göstərir ki, Avropa və Qərb onun uğurlarını görmək istəmir

Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması ölkəmizin ədalətsizliyə qarşı mübarizəsinin daha bir göstəricisidir. Bu quruma daxil olduğumuz ildən bu günədək AŞPA Azərbaycana ancaq təzyiq etmək yolunu tutub. Yəni, bu qurum daim ermənilərin, onları müdafiə edənlərin diktəsi ilə qərarlar qəbul edirdi. Keçən ilin oktyabrında da biz onların ədalətsiz münasibətini gördük. Bütün bunlar Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. Yəni, AŞPA-nın sanki Azərbaycana təzyiq etməkdən başqa vəzifəsi yoxdur.

Fact-info.az-ın məlumatına görə,  bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Bu gün Avropada insan hüquqlarının tapdalandığını, Fransa da daxil olmaqla, bir sıra ölkələrdə kənd təsərrüfatı işçilərinin yürüşlərinin keçirildiyini vurğulayan deputat deyib ki, həmin etirazlara artıq zirehli texnikalar vasitəsilə müdaxilələr olunur. Bəs niyə Avropa Şurası onlarla bağlı hər hansı bir qərar çıxarmır? Amma Azərbaycan öz hüquqlarını qorumaq əzmində olduğu, torpaqlarını işğaldan azad etdiyi, bütövlükdə dünyanın separatizmdən əziyyət çəkdiyi bir vaxtda bir presedent yaradan, separatizmin kökünü kəsən ölkəmizə qarşı təzyiqlər artır. Avropa və Qərb Azərbaycanın uğurlarını görmək istəmir. Çünki Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi ölkəmizin vəziyyətində olan, illərlə dondurulmuş münaqişələri alovlandırdı. Azərbaycan sübut etdi ki, hazırda güclü olmaq, ədalətli olmaq dəyərə çevrilib. Yəni, güclü olmaq lazımdır. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə xüsusi əlaqələr qurması, ölkəmizin qitənin enerji təchizatı ilə yanaşı, enerji siyasətində də mühüm rol oynaması onlar tərəfindən qəbul edilmir. Hazırda Fransanın müstəmləkəsi altında olan ölkələrin mübarizəsi genişlənir. Onlar mübarizəyə başlayıblar, müstəmləkəçilik siyasətinə, haqsızlığa etiraz edirlər.

Komitə sədri qeyd edib ki, ölkəmiz Avropa ilə Asiyanın ticarət əlaqələrinin qurulmasında mühüm rola malikdir. Hazırda Çindən ixrac olunan məhsul Avropaya 55-60 günə çatırsa, Azərbaycanın təklif etdiyi variantda bu müddət 15 günə enir. Azərbaycanın əməkdaşlıq təklifindən bütün region, Avropa, Asiya ölkələri yararlanacaq. Bu isə bəzi qüvvələri narahat edir.

“Ölkəmizə qarşı qəbul edilən bütün qərəzli qərarlar Azərbaycanın uğurlarının qarşısını almaq üçündür. Bu, Azərbaycan xalqının, dövlətinin və hakimiyyətinin birliyini, ölkəmizin öz torpaqlarına sahiblənməsini həzm etməmək deməkdir. Məsələn, AŞPA-da nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənməməsinə səbəblərdən biri kimi Azərbaycanın Laçın dəhlizində keçid məntəqəsi qurması göstərilir. Məgər biz Fransaya təyyarəyə bilet alıb gedə bilirik? Əlbəttə ki, Fransa hökumətinin icazəsi tələb olunur. Bəs yaxşı, Azərbaycan özünə münasibətdə, torpaqlarına keçiddə belə bir məsələni qoyursa, bu ədalətsizlikdir. Ona görə bu kimi məsələlərə baxdıqda itirən heç də Azərbaycan deyil. Bu, Azərbaycanın, eyni zamanda, nüfuzunun göstəricisidir. Azərbaycan güclü dövlətdir, ölkəmizdə xalq, dövlət, hakimiyyət birliyi var. Bizim AŞPA-da öz fəaliyyətimizi dayandırmağımız Azərbaycanın bir daha nüfuzunun göstəricisi kimi xarakterizə olunmalıdır. Ölkəmizin ərazi bütövlüyünü, suverenliyini həzm edə bilməyənlər anlasınlar ki, artıq qarşılarında güclü Azərbaycan var”, - deyə S.Qurbanov əlavə edib.




Baxış sayı: 230
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031