FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Könlüm keçir Qarabağdan..."
25-11-2023, 10:00 | MƏDƏNİYYƏT
"Könlüm keçir Qarabağdan..."

Aydındır ki, hər bir rəssamın sevimli mövzusu, bədii həllini axtardığı yaradıcılıq məsələlərivardır. Bu mənada, tanınmış fırça ustası Əməkdar rəssam Elşən Hacızadənin yarım əsri əhatə edən yaradıcılığının doğma Qarabağa həsr olunmasını da təbii saymaq olar. Qənaətimizcə, təkcə elə dayısı - görkəmli musiqi tədqiqatçısı Firudin Şuşalıdan Qarabağ və onun insanları barəsində eşitdikləri o vaxtlar çox gənc olan rəssamı duyğulandıra və rənglərlə baş-başa qalmağa məcbur edə bilərdi. Amma bundan əlavə, özünün yurdumuzun Qarabağ kimi əsrarəngiz guşəsinə səyahətləri ilə yanaşı, məkanın işıqlı əməlləri hər birimizdə qürurvericilik hissi oyadan görkəmli şəxsiyyətləri barəsində əldə etdiyi informasiyalar da onun üçün tükənməz ilham mənbəyinə çevrilə bilərdi. Bu gün duyulası zaman distansiyasından arxada qalan yaradıcılıq yoluna nəzər salsaq, onda toplanan materialların rəssama Qarabağın uzaq-yaxın keçmişi, insanları və təbiəti barəsində yaddaqalan rəngkarlıq əsərləri yaratmağa imkan verdiyini deyə bilərik.

Elşən Hacızadənin Şuşa ünvanlı əsərlərinə mövzunun janrların vəhdəti ilə ifadə edilməsi səciyyəvidir, desək yanılmarıq. Bu mənada "Şuşam mənim" (2015) tablosunu xüsusilə qeyd etmək istərdik. Üfüqi formatlı kompozisiyanı üç hissəyə bölən müəllif onun mərkəzində Şuşanı təsvir edib, aşağı mərkəzi hissədə tar, kaman və qavalı əhatələyən musiqiçilərlə onlara qulaq kəsilmiş tamaşaçıları, yuxarı hissədə isə Azərbaycan bayrağı fonunda Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Cabbar Qaryağdıoğlunu görüntüyə gətirib. Kompozisiyanın tərtibində istifadə olunmuş əsas təsvirlərin müxtəlif ayrıtılarla qovşağının yaratdığı qürurdoğuruculuq kifayət qədər görünən və yaddaqalandır.

Onun "Azərbaycan muğamının Cabbarı" (2016) əsərinin də kompozisiya həlli diqqətçəkəndir. Belə ki, bu dəfə şaquli formatı üç yerə bölən müəllif, əli qavallı xanəndəni aşağıdan öz məşhurluğunu təsdiqləyən Qarabağ atının, yuxarıdan isə Şuşanın təsviri ilə tamamlayaraq, məkanın "tanıma nişanı"na çevrilən dəyərləri qabartmağa nail olub.

Elşən Hacızadənin "XVIII əsrdə Şuşada musiqi məclisi" tablosunda isə qədim yurdun sorağı bütün dünaya yayılmış musiqi həyatına gözoxşayan, duyğulandırıcı bədii görkəm verilib. Musiqiçi və dinləyici çöhrələrinin bələndiyi nikbinlikdə bunu duymaq elə də çətin deyil.

Elşən Hacızadənin sonrakı illərdə ərsəyə gətirdiyi bir neçə əsərin timsalında onun tezliklə Şuşanın düşmən tapdağından azad olunacağına inamlı olduğunu söyləmək mümkündür. Belə əsərlərdən biri "Dua" (2019) adlanır. Qarabağdan uzaqlarda olsa da, xəyalən özünü Şuşada təsəvvür edən və doğma yerlərə qayıtmaq ümidini bir an belə itirməyən ananın Yuxarı Gövhər ağa məscidinin fonunda oxuduğu duaların tezliklə eşidildiyi bu gün artıq hamıya məlum məsələdir. Hər halda rəssamın öz uzaqgörənliyinə verdiyi bədii görkəmin təsirli olması  danılmazdır.

Onun azadlığına qovuşmuş Şuşaya həsr etdiyi "Qələbə" (2020) lövhə də bədii tutumuna görə yaddaqalandır. Böyük Zəfərdən dərhal sonra işlənmiş tabloda milyonların sevinci ana və balanın timsalında ifadə olunub. Bu iki fiquru əhatələyən qalib əsgərin, şəhər mənzərəsinin və sülh göyərçinlərinin təsviri də əsərdən alınan qələbə təəssüratını gücləndirməsi də görünəndir...

Rəssamın "Günəşli Şuşam" (2020) və "Musiqi beşiyi" (2021) adlı əsərlərində isə işğaldan azad olunmuş doğma şəhərin nikbin ovqatlı mənzərəsi yaradılıb. "Xarıbülbül" (2010) əsərindəki nisgilin heç şübhəsiz rəssamın şəhərin işğaldan azad olunması istəyi ilə bağlı olduğunu söyləmək olar.

Rəssamın "Tarixi görüş" (2021) əsərində isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş Şuşaya səfərindən və onun  Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə "Şuşa Bəyannaməsi"ni imzalamasından sonrakı durum öz əksini tapıb. Əl-ələ dayanmış prezidentlərin sevinc dolu çöhrələri Türkiyə və Azərbaycan bayraqlarının dalğalandığı qədim qala divarlarının və  Gəncə qapısının fonunda çox qürurverici və təsirli görünür.

Rəssamın Qarabağın görkəmli ziyalılarından sayılan Xalq yazıçısı İlyas Əfəndiyevə həsr etdiyi portret də yaradıcı insan psixologiyasına təsirli bədii nüfuz nümunəsi kimi göz oxşayır.

Yuxarıda qeyd olunanları ümumiləşdirməli olsaq, onda rəssamın Qarabağın gözəlliyi ilə yanaşı, onun dərdlərinə, Xocalı faciəsinə yaddaqalan bədii tutum verməsinin nəticəsidir ki, bütünlükdə bu əsərlər illərlə yaradılan "Bədii Qarabağnamə"yə yaddaqalan töhfə hesab olunmaqdadır.

Tiflis Rəssamlıq Akademiyasında təhsilini çəkdiyi rəngkarlıq əsəri ("Tibb elmləri doktoru Fikrət Zərgərlinin portreti", 1981) ilə yekunlaşdıran Elşən Hacızadənin sonrakı illərdə baş tutan yaradıcılığında portretlə yanaşı, digər janrlarda çəkilmiş əsərlərin də geniş yeri var. Bu mənada, rəssamın müxtəlif illərdə ərsəyə gətirdiyi "Tibb elmləri doktoru Hüsniyyə Namazovanın portreti" (2019), "Ümid" (2014), "Texnika elməri doktoru Məhəmməd Məhəmmədov" (2000), "Həkim Tariyel Qasımovun portreti" (2020), "Oğlum Əbülfətin portreti" (2018), "20 Yanvar" (2015), "Xocalı harayı" (2016) və sair rəngkarlıq tablolarının adını çəkmək mümkündür.

Bu çoxsaylı süjetli kompozisiya, portret və mənzərələrdən qabarıq duyulan rəssamın dəst-xəttindəki evolyusiyadır. Belə ki, əgər diplom işində "sərt üslub" estetikasına tapınma güclüdürsə, onun təhsilsonrası ərsəyə gətirdiyi portret janrlı əsərlərində milli klassik irsə - miniatür üslubu bədii prinsiplərindən ilhamlanma görünməkdədir. Bütünlükdə isə, Elşən Hacızadənin müxtəlif janrlı əsərlərini özündə ehtiva edən bədii irsini realizmin ifadə imkanlarının genişləndirilməsini əyaniləşdirən mənəvi saxlanc kimi dəyərləndirmək olar.

Rəssamın əsərlərinin bu gün respublikanın müxtəlif muzey və qalereyalarını bəzəməsi də ilk növbədə onun yaratdıqlarında milli ruhun güclü olmasının nəticəsidir. Hazırda Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində çalışan Elşən Hacızadənin "Azərbaycan Respublikasının Əməkdar rəssamı" fəxri adına layiq görülməsini də ilk növbədə onun milli təsviri sənətimizin inkişafına verdiyi layiqli töhfələrin rəsmi səviyyədə dəyərləndirilməsi hesab etmək olar. 

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru





Baxış sayı: 160
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30