FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » ABŞ-Azərbaycan-Türkiyə münasibətləri:konstruktiv əməkdaşlığın inkişafı
29-11-2016, 08:45 | TƏDQİQATLAR-ANALITIKA
ABŞ-Azərbaycan-Türkiyə münasibətləri:konstruktiv əməkdaşlığın inkişafı

Bu sırada rəsmi Vaşinqtonun Azərbaycan və Türkiyə istiqamətində ata biləcəyi addımlar üzərində dayanırlar. Bu zaman bir məqama diqqət çəkirlər ki, Donald Tramp hətta bir sıra Avropa dövlətləri başçılarından əvvəl Azərbaycan və Türkiyə rəhbərliyi ilə telefonda danışıb. Özü də ABŞ-ın yeni Prezidenti hər iki ölkə ilə əməkdaşlığı daha da inkişaf etdirmək fikrində olduğunu açıq deyib. Bunlara ekspertlər müxtəlif qiymətlər veriblər. Erməni mütəxəssislərin isə qısqanclığı və qeyri-obyektivliyi aydınca hiss olunur. Onlar Amerikanın regionda iki müsəlman ölkəsinə daha çox üstünlük verməsini həzm edə bilmirlər. Lakin reallıq budur və məhz Azərbaycanla Türkiyə müstəqil siyasət yeridir, bütün dövlətlərlə bərabərhüquqlu konstruktiv əməkdaşlığa üstünlük verirlər.
Azərbaycanın müstəqil siyasəti: Tramp rəğbətini bildirib
Dünya siyasətində müşahidə edilən ciddi dəyişikliklər fonunda Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin daha da artdığını görürük. Ekspertlər ABŞ-dakı prezident seçkisindən sonra bu tendensiyanın daha da güclənəcəyi qənaətindədirlər. Bunun bir neçə geosiyasi səbəbi vardır. İlk növbədə Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində bu regionun hiss ediləcək rol oynadığına diqqət çəkirlər. Digər məsələ terrorla mübarizə ilə əlaqəlidir. Amerika həmin istiqamətdə səylərini artırmağı planlaşdırır. Nəhayət, Ağ ev üçün etibarlı tərəfdaşların olması mühüm şərtdir.

Şübhəsiz, Amerikanın xarici siyasətinin bütün incəliklərini bir yazıda təhlil etmək mümkün deyil. Ancaq yuxarıda vurğulanan məqamlar üzrə Vaşinqtonun ata biləcəyi addımlar üzərində dayanmaq mümkündür. Hər şeydən əvvəl, analitiklər qlobal siyasətdəki risklərdən ABŞ-ın necə sığortalanmaq istədiyini dərk etməyə çalışırlar. "Realpolitik" tərəfdarları daha sərt xarici siyasət yeritməklə hər yerdə Amerikanın marağını müdafiə etməyi təklif edirlər. İdealistlər isə amerikan dəyərlərini yaymağa üstünlük verir, ancaq bu zaman maneə yarandıqda, hərbi güc tətbiq etməyi istisna etmirlər. Henri Kissincer bu iki yanaşmanın sintezini tapmaq ideyasını irəli sürüb. Konkret olaraq, Vaşinqton öz geosiyasi maraqları ilə dəyərlərini bir-birinə uyğunlaşdıraraq dünyaya qəbul etdirməlidir. Cozef Nay isə həmin məqsədə çatmaq üçün "yumşaq güc"lə "sərt güc"ün sintezi olan "ağıllı güc"ü tətbiq etmək ideyasını irəli sürüb.
İndi analitiklər D.Trampın bu yanaşmalardan hansına üstünlük verəcəyi ilə bağlı təhlillər aparırlar. Gözlənilir ki, Amerikanın yeni rəhbərliyi "realpolitik"lə idealizmin sintezinə üstünlük verəcək. Bu isə o deməkdir ki, əvvəlki dövrlərdən fərqli olaraq, hər bir regionda real gücə malik etibarlı dövlətlərlə əməkdaşlığa daha çox yer verilə bilər. Burada əvvəlki mərhələlərdə olduğu kimi, dini təəssübkeşliyə yer olmamalıdır. Belə olsa, Vaşinqtonun siyasəti bütün dünyada fiaskoya uğrayacaq. Onun reallığı nəzərə alaraq xarici siyasət yeritmək planı boşa çıxacaq. Artıq Vaşinqtonun daha realist mövqedən çıxış etmək kursuna meyilləndiyini göstərən əlamətlər özünü göstərir.
Həmin kontekstdə bir sıra ekspertləri ABŞ-ın Türkiyə və Azərbaycan siyasəti daha çox maraqlandırır. Onlar Amerikanın yeni Prezidentinin bu ölkələrin rəhbərləri ilə ünsiyyətini qiymətləndirməyə çalışırlar. Maraqlıdır ki, D.Tramp həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğanla artıq telefonla danışıb. Özü də bunu bir sıra Avropa dövlətlərinin başçıları ilə əlaqə qurmazdan öncə edib. Azərbaycan Prezidenti ilə danışığında Amerikanın dövlət başçısı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını xüsusi vurğulayıb. D.Tramp ayrıca Azərbaycan Prezidenti İlham Əliyev haqqında çox xoş sözlər eşitdiyini dilə gətirib (bax: Переговоры Ильхама Алиева и Дональда Трампа: значимость Азербайджана для США растет / "Day.az", 21 noyabr 2016).

Təbii ki, bu münasibət rəsmi Vaşinqtonun Azərbaycanla konstruktiv əməkdaşlıq müstəvisində münasibətləri inkişaf etdirmək istəyini ifadə edir. Bəzi dairələrin, xüsusilə ermənilərin gözlədiyinin əksinə olaraq, Amerikanın yeni Prezidenti də Azərbaycanın dövlət başçısına bir siyasətçi və ölkə rəhbəri kimi böyük hörmətini ifadə edib. Özü də bunu Ermənistan rəhbərliyi ilə ünsiyyət qurmazdan öncə edib.
Ankara və Bakı: Amerikanın daha çox maraq göstərdiyi ünvanlar
Belə çıxır ki, ABŞ Azərbaycan rəhbərliyi ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdə qərarlıdır. Bu mövqeyi Prezident İlham Əliyevlə Bakıda görüşərkən ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki də nümayiş etdirib. Amerika rəsmisi "ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu" ifadə edib (bax: Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib / AZƏRTAC, 22 noyabr 2016).
Ekspertlər rəsmi Vaşinqtonun Azərbaycanla enerji, terrorla mübarizə, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, müdafiə və başqa sahələr üzrə əməkdaşlığı yeni səviyyəyə yüksəltmək niyyətində olduğunu vurğulayırlar. Bunun üçün geniş imkanlar olduğu ayrıca qeyd edilir. Yəni mütəxəssislər ABŞ-ın əvvəlki rəhbərlərinin bir sıra hallarda yol verdikləri qərəzli yanaşmalar və əsassız ittihamlardan D.Trampın imtina etmək istədiyini önə çəkir, bu bağlılıqda Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış təhlükəli vəziyyətdən Bakı ilə Vaşinqtonun xilas yolu axtarması ehtimalını yüksək qiymətləndirirlər.
Məsələnin digər aspekti ABŞ-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi imkanları ilə bağlıdır. D.Tramp R.T.Ərdoğanla da telefon vasitəsilə əlaqə saxlayıb. Hər iki lider ölkələr arasında münasibətlərin daha da yaxşılaşdırılması barədə fikirlərini ifadə ediblər. D.Tramp Türkiyə Prezidentinin şəxsiyyətinə hörmət etdiyini ayrıca vurğulayıb. O, ümumiyyətlə, öz ailəsində Türkiyə rəhbərliyinə rəğbətin olduğunu açıq deyib. Bununla da Amerikanın yeni dövlət başçısı Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyə rəhbərinə də simpatiyasının olduğunu ifadə edib.
Bütün bunlar artıq ekspertlərin diqqətindən yayınmır. Onlar ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə nikbinliklə baxırlar. Lakin bir sıra dairələrin də artıq böhtan, qarayaxma kampaniyasına başladığını demək lazımdır. Xüsusilə erməni KİV-i Amerikanın iki müsəlman ölkəsinə böyük diqqət yetirməsini həzm edə bilmir. Ermənistan mətbuatında Donald Trampın daha əvvəl Serj Sarkisyanla deyil, İlham Əliyevlə telefon danışığı aparmasını izah edə bilmirlər. Onlar müxtəlif bəhanələr uyduraraq, hadisənin əhəmiyyətini azaltmağa çalışırlar. Lakin fakt faktlığında qalır.

Ermənistan ekspertləri apardıqları "təhlillərdə" Türkiyə və Azərbaycanın Amerika ilə münasibətlərini xeyli dərəcədə saymazyana və tabeedici tonda təqdim etməyə cəhd edirlər (bax: məs., Игорь Мурадян. Американо-турецкие отношения: влияние на Ближний Восток и Южный Кавказ / "Lragir.am", 22 noyabr 2016). Guya ABŞ Türkiyə və Azərbaycana müstəqil siyasət yeritməyə imkan verməyəcək, onların fəaliyyətinə ciddi nəzarəti həyata keçirəcək.
Görünür, Ermənistanda Azərbaycanın müstəqil xarici siyasət yeritməsini heç cür həzm edə bilmirlər. Özləri buna əngəl ola bilmir, ona görə də başqalarının onu etməsini xəyal edirlər. Çünki Azərbaycan öz sözünü deyib, milli mövqeyini hər dəfə ortaya qoyduqca həm dünyada nüfuzu daha da artır, həm də Ermənistanın mövqeyi zəifləyir. Bu səbəbdən erməni siyasi rəhbərliyi ilə yanaşı, ekspert dairələri də bəsit məntiqi iddialarla real vəziyyəti təhrif etməyə çalışırlar.
Ancaq bütün bu cəhdlərin uğursuz olacağına şübhə yoxdur. İllərdir ki, Azərbaycan öz müstəqil xarici siyasəti ilə ona əngəl olmaq istəyənlərin hamısına layiqli cavab verib. Bakı ilə Ankaranın bir yerdə daha müstəqil xətt yeridəcəklərinə kimsə şübhə etməməlidir. Bu mənada Amerikanın yeni rəhbərliyi də ilk növbədə məhz bu dövlətlərlə əməkdaşlıq etməlidir. Təcrübədə dəfələrlə sübut olunub ki, Azərbaycan və Türkiyə ədalətin, haqqın, bərabərhüquqlu əməkdaşlığın tərəfdarlarıdır. Bunu dərk etməyənlər həmişə sonradan səhv etdiklərini anlayıblar. Yəqin ki, ABŞ-ın yeni administrasiyası bu səhvi təkrarlamaq istəməz.
Bunu regiondakı və dünyadakı reallıq da tələb edir. Qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq olmasa, Yaxın Şərqdə və sonra da Cənubi Qafqazda mövcud vəziyyət daha da ağırlaşa bilər. O cümlədən erməni işğalçılığının qarşısı alınmasa, dünyada sabitliyi bərpa etmək mümkün olmayacaq. Yeni Amerika rəhbərliyi bunları dərk edə biləcək dərəcədə müdrikdir.
Newtimes.az

 

 




Baxış sayı: 1 728
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30