FACT-INFO.AZ » AKTUAL » “Ermənistan deputatlarının sualları onların dəyərlərini nümayiş etdirir”
21-11-2016, 10:30 | AKTUAL
“Ermənistan deputatlarının sualları onların dəyərlərini nümayiş etdirir”

Türkiyənin NATO Parlament Assambleyasındak (PA) nümayəndə heyətinin sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə millət vəkili Osman Aşkın Bakın müsahibəsi.

- NATO-nun 2004-cü ilin iyununda  İstanbulda keçirilən zirvə toplantısında önəmli qərarlar qəbul edilmişdi. Ötən dövrdə o qərarların yerinə yetirilməsi sahəsində nə dərəcədə irəliləyişlər oldu? 

- NATO bir müdafiə paktıdır. Ancaq NATO-nun fəaliyyətindəki irəliləyişlər NATO  Parlament Assambleyası (PA) tərəfindən dəyərləndirilir. NATO PA  Alyansa üzv olan ölkələrin parlamentarilərinin bir araya gəldiyi bir strukturdur. Bu strukturda Alyansa  üzv olan ölkələrdəki proseslər ətraflı şəkildə analiz edilir. Türkiyə öz coğrafi mövqeyi və Alyansa verdiyi töhfələr baxımından  NATO-nun önəmli ölkəsidir. Bu toplantının İstanbulda keçirilməsi də bizim üçün önəmlidir. Biz bölgəmizi maraqlandıran məsələlərdə azərbaycanlı qardaşlarımızla birlikdə hərəkət etdiyimizə inanırıq. Bu toplantılardakı prosesləri “Bir millət, iki dövlət” prinsipindən dəyərləndiririk. Azərbaycanlı millət vəkili dostlarımızla bölgədə cərəyan edən prosesləri təhlil edirik. Azərbaycanın tələblərini dəstəkləyirik, onlarla daima həmrəylik içindəyik. Bu bir həqiqətdir ki, buralar parlament diplomatiyası üçün önəmli məkanlar, problemləri başqalarına izah etmək, fikir mübadilələri aparmaq üçün önəmli tribunalardır. Parlament dialoqunun davam etməsi üçün bu cür toplantıların önəmli olduğuna inanırıq. Dünyanın müştərək problemlərinin müzakirə edilməsi üçün  bura NATO PA önəmli platformadır. 

- NATO PA-da çıxışlarda “ultra miqrasiya”dan bəhs edildi. Bu barədə nə  demək istərdiniz?

- Hamı deyir ki, qaçqınlar məsələsində Türkiyə çox mühüm işlər görür, ancaq heç kim Türkiyənin daşıdığı yükü bölüşmək istəmir. Biz 3 milyon qaçqına ev sahibliyi edirik, ancaq heç kim bu yükü bizimlə bölüşmür. Bu, təkcə Türkiyənin problemi deyil, Avropanın və dünyanın da bu məsələ ilə bağlı ciddi addımlar atması lazımdır. Yaşadığımız hadisələr bunu göstərir.  Aralıq dənizində qaçqınlar boğulur, Afrikadan gələn qaçqınlar var, Suriyadan gələnlər var. Təbii ki, heç kim bölgədə bu qeyri-sabitliyi istəməz. Terror təhdidi var. Xüsusilə, bu iclasın İstanbulda keçirilməsi Türkiyənin terrora qarşı mübarizəsinə önəmli dəstəkdir. Türkiyə PKK, YPG, DAEŞ ilə ən ciddi şəkildə mübarizə aparan bir ölkədir. Toplantıda bunu da xüsusi şəkildə vurğuladıq ki, xalqımız 15 iyulda terrora qarşı qəhrəmanlıqla mübarizə apardı və biz bu toplantıda xalqımızın qəhrəmanlığını dünyaya nümayiş etdirmək üçün önəmli fürsət əldə etdik. Suallar, tənqidi məqamlar var, ancaq bu məsələləri də həll edirik, həqiqətləri deyirik və deməyə davam edəcəyik. 

- 2004-cü ildəki NATO zirvəsindən üzü bəri Türkiyə Ermənistana qarşı qonşuluq münasibəti göstərməyə çalışdı. Ancaq Ermənistanın o zamankı prezidenti Robert Koçaryan “düşmən ölkədə keçirildiyinə görə” NATO zirvəsinə gəlməyi rədd etdi. İndi sessiyaya gələn Ermənistan deputatları da təxribat xarakterli suallar verməklə məşğuldurlar.

-O sualları  verən erməni millət vəkillərini biz də,  digər ölkələrin millət vəkilləri də görürlər. Bəsit, dar düşüncə ilə verilən suallar. Lazımi cavabları verdiyimizi də görürsünüz. Biz onların yalanlarını heç  kimin qəbul etmədiyini görürük. Onların bizə qarşı ittihamlarının doğru olmadığını NATO PA üzvü olan o biri ölkələrin millət vəkillərinin hamısı görürlər. NATO PA-nın İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistan deputatlarının sualları onların dəyərlərini nümayiş etdirir.
APA

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 822
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30