FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ekspertlər: “Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması çox təhlükəli tendensiyadır”
16-11-2016, 08:55 | TƏDQİQATLAR-ANALITIKA
Ekspertlər: “Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması çox təhlükəli tendensiyadır”

Bunu politoloq Qabil Hüseynli deyib. Q. Hüseynli bildirib ki, hazırda Rusiya Ermənistanı pulsuz silahla təchiz edir, son aylarda isə Ermənistana orta mənzilli “İsgəndər M” tipli ballistik raketlər, “TOS” tipli ağır odsaçan silahlar və digər taktiki raketlər göndərib: “Yəni, Ermənistan kifayət qədər Rusiya tərəfindən silahlandırılır. Ermənistanın hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiyaya tabe etdirilib və hava hücumundan müdafiə sisteminin qurulması Rusiya mütəxəssisləri tərəfindən aparılır. Ermənistanın sərhədlərini onsuz da Rusiya qoşunları qoruyurdu. Ermənistanın əksər zavodları da borc əvəzində Rusiyanın ixtiyarına keçib. Faktiki olaraq, Ermənistan suverenliyini itirə-itirə gedir. İndi isə qoşunların birləşmiş qruplaşmasının yaradılması adı altında qoşunların birləşdirilməsi prosesi gedir. Yəni Ermənistan qoşun birləşmələri ilə Rusiya qoşun birləşmələri vahid kontingentdə birləşir. Guya birləşmiş qoşunların komandanlığı Ermənistana tapşırılır, amma müharibə prosesində guya bu prosesə Rusiya rəhbərlik edir. Qısası, vəziyyət çox gərgindir. Bu addımlar Cənubi Qafqazı təhdid edən bir şəraitin formalaşmasına şərait yaradır ”. 
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan  ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın son addımları daha çox mövcud  status-kvonun saxlanmasına istiqamətlənib: “2-5 aprel hadisələrindən sonra Azərbaycana vədlər verilməsinə baxmayaraq, bu vədlərin üzərindən sükutla keçildi. İndi isə Rusiyanın yaxından iştirakı ilə regionda hərbi eskalasiya meylləri artır. Bu, çox təhlükəli bir tendensiyadır. Onlar iddia edirlər ki, bu qoşunlar Dağlıq Qarabağ ərazisinə getməyəcək. Amma Dağlıq Qarabağda qulluq edən hərbçilər Ermənistan hərbçiləridir. Dağlıq Qarabağdakı hərbi hissələr Rusiyanın Ermənistana verdiyi silahlarla təchiz olunurlar. Bunlar hamının bildyi reallıqlardır”. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya olub və Moskva müharibənin uzanmasından narahat olaraq hər iki tərəfi atəşkəsə yenidən riayət etməyə çağırıb: “Halbuki, Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləmək imkanları var idi. Bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətinin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi perspektivi Rusiyanı narahat etdiyindən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Bu proqnozlar doğrulmadı. Əksinə, Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında balansı Ermənistanın xeyrinə pozdu. Rusiya birinci addım olaraq Ermənistana “İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın. Rusiya ikinci addım olaraq Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu, o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək. Bu iki addım Azərbaycana qarşıdır”.  
E. Şahinoğlu vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərində səmimi siyasət yürüdür və problem yaşamaq istəmir. Bu, anlaşılan siyasətdir: “Ancaq, bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Azərbaycan Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır. Təbii ki, Rusiya prezidentinin məlum sazişi imzalaması Azərbaycanda narahatlığı artırır. Bu, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişənin həllindəki tərəfsizliyinə kölgə salır. Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını öz xarici siyasətinə bir daha göz gəzdirməyə məcbur etməlidir. Yaranmış disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmasından keçir”. (apa)

 

 

 




Baxış sayı: 1 783
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30