Beynəlxalq Türk Akademiyası qurultayla bağlı Bakıda saxlanılan arxiv sənədlərindən istifadə edərək nəşrlər hazırlayıb, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti ilə birgə bir sıra tədbirlər reallaşdırıb.
Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfransda jurnalistlərə müsahibəsində deyib.
D. Kıdırəli qeyd edib ki, dünya miqyasında tanınmış türkoloq-alimlər 90 il bundan əvvəl Bakıda bir araya gələrək çox mühüm ortaq məsələləri müzakirə ediblər. Qurultayda təmsil olunan türkdilli xalqlar vahid ideya ətrafında toplaşıblar. Bu gün Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması türk dünyasında, eləcə də beynəlxalq aləmdə türkoloji elmlər sisteminin inkişafına xidmət edir.
Baxış sayı: 1 856
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

