FACT-INFO.AZ » AKTUAL » ABŞ dünyada müsəlmanlara qarşı təzyiq siyasəti yürüdü
17-09-2023, 10:40 | AKTUAL
ABŞ dünyada müsəlmanlara qarşı təzyiq siyasəti yürüdü

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Birləşmiş Ştatların ali siyasi rəhbərliyi heç gizlətmədən, açıq şəkildə qeyd edir ki, onların dünyadakı maraqları iki cürdür: həyati və ümumi maraqlar. Ümumi maraqların müdafiəsi naminə söz söyləyir, bəyanatlar verir, diplomatik gedişlər edir. Lakin söhbət həyati maraqlarının təminatından gedirsə, Birləşmiş Ştatlar bütün bu addımları atmaqla yanaşı, həm də güc tətbiq edir, bombalama, dağıtma aktlarını həyata keçirir. Birləşmiş Ştatlar 1999-cu ildə rəsmi Vaşinqtonun siyasətinə uyğun gəlməyən bir xətt yürütdüyünə görə Yuqoslaviyanı 78 gün bombaladı və 100 minlərlə insanın həyatına son qoydu. 2003-cü il martın 19-dan 20-ə keçən gecə İraqdakı siyasi rejimi terrorizmi himayədə, kütləvi qırğın silahı əldə etməkdə ittiham edərək ona qarşı müharibəyə başladı. Nəticədə bir milyondan çox insan həlak oldu. Sonralar məlum oldu ki, bütün bu ittihamların heç bir əsası yoxdur. 2011-ci ildə isə Liviyada hakimiyyəti ittiham etdi ki, onların siyasəti ABŞ-ın, rəsmi Vaşinqtonun maraqlarına ziddir. Bu ölkədə və regionda ABŞ-nın strateji maraqlarının təminatına mane olur. Beləliklə, həmin dövlətdə vətəndaş müharibəsi yaratdı, ölkənin siyasi rəhbərliyinin qətlinə aparıb çıxaran addımlar atdı. O vaxtdan indiyədək Liviya xaos içərisində çırpınmaqdadır, orada fəlakət yaşanmaqdadır və insanların sabaha heç bir inamı qalmayıb.

“Birləşmiş Ştatlar bütün bunları bir çox hallarda demokratiya, insan haqları pərdəsi altında həyata keçirir. Bu yerdə ABŞ-ı yaradan şəxslərdən olan Cefersonun fikirləri yadıma düşür. O söyləyirdi ki, Amerikada demokratiya nə olan şeydir? Qeyd edirdi ki, bu, “iki canavarın və bir quzunun axşam yeməyinə nə yeyək?” məsələsini müzakirə etməyə bərabər bir addımdır. İki canavar deyir ki, quzu yeyilsin. Quzu isə deyir, canavarlardan biri yeyilsin. Nəticədə səsə qoyulur və ikinin birə nisbətində “demokratik” yolla səs çoxluğu nəticəsində canavarlar quzunu yeyirlər. Bax, budur ABŞ-ın demokratiyası. XVIII əsrdə səslənmiş bu yanaşma tərzi demək olar ki, XX-XXI əsrdə də ABŞ siyasətinə uyğundur. İraqda, Əfqanıstanda, Liviyada, elə Yuqoslaviyada və digər bölgələrdə Birləşmiş Ştatlar “iki canavarın və bir quzunun axşam yeməyinə nə yeyək?” məsələsində alınan cavab kimi addımlar atır və öz maraqlarını təmin edir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Elman Nəsirov, həmçinin vurğulayıb ki, islamofobiya bu gün Birləşmiş Ştatların siyasətində çox geniş yer alıb. İrqçilik tüğyan edir və XXI əsrdə də Birləşmiş Ştatlarda qaradərili insanlara qarşı cinayət siyasəti yürüdülür. Polisin qaradərililərə qarşı törətdiyi cinayətləri televiziya kadrlarında dəfələrlə izləmişik. Birləşmiş Ştatlarda qaradərililərin tez-tez etirazları baş verir. Dünyanın ayrı-ayrı regionlarında və Birləşmiş Ştatlarda islamofobiya siyasəti “ən yüksək səviyyə”də həyata keçirilir, müsəlmanlara açıq təzyiq göstərilir. Biz bunu məscidlərə qarşı münasibətdə də görürük. Quranın yandırılmasına münasibətdə də biz bu siyasətin şahidi olduq. Bütün bunlar onu göstərir ki, Birləşmiş Ştatlar hansı regiona, hansı bölgəyə gəlirsə, ilk növbədə, öz maraqlarının təminatı əsas məsələdir, bunun üçün hər addımı ata bilər. Oradakı insanların taleyi, onların gələcəyi, rifahı Birləşmiş Ştatlar üçün heç bir məna və əhəmiyyət kəsb etmir. Əsas odur ki, Sem dayının mədəsi dolu olsun. Bax, Birləşmiş Ştatların bu gün dünyada yeritdiyi siyasətin mahiyyəti və fəlsəfəsi bundan ibarətdir.




Baxış sayı: 295
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30