FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Metsamor AES - Fukusimo faciəsinin erməni şüuruna təsiri
8-11-2016, 08:50 | TƏDQİQATLAR-ANALITIKA
Metsamor AES - Fukusimo faciəsinin erməni şüuruna təsiri

Ermənistanın mövcud rəhbərliyinin Ermənistanda yeni AES tikilənə qədər Metsamor AES – nın ömrünün 2027-ci ilədək uzadılması kimi səsləndirdiyi sərsəm fikirlər Ermənistanda birmənalı qarşılanmır. Artıq ölkədə hər kəs başa düşür ki, erməni hökumətinin mövcud siyasəti erməni xalqının mənafeyinə deyil, hakimiyyətin öz siyasi məqsədlərinə xidmət edir. 

 Məlumdurki Ermənistan, Metsamor AES-in mövcudluğunu qorumaqla xarici ölkələrdən investisiyalar və digər pul yardımları qoparmağa çalışır. Bu isə təbii ki xalqın haqlı narazılığına səbəb oldu.

 Bu narazılığın yaranmasının əsas səbəblərindən biri, Yaponiyanın Fukusimo Atom Elektirik Stansiyasında baş verən qəzanın törətdiyi fəsadlar idi.  Yaponiyada baş vermiş 7 ball gücündə zəlzələ və onun yaratdığı sunami nəticəsində  “Fukusima” AES qəzalı vəziyyətə düşmüşdü. Qəza, stansiya ilə heç bir əlaqəsi olmayan, müxtəlif qitələrdə yaşayan milyonlarla insanı radioaktiv şüalanma  təhlükəsiylə üz – üzə qoymuşdu. Faciənin qarşısını almaq üçün  AES-in bütün personalı və peşəkar atomçular səfərbər edilmiş, tez bir zamanda zədələnmiş reaktorlar soyudularaq söndürülmüş, enerji blokları qapadılmışdı. Yaponiya hökuməti stansiyanın ətrafında məskunlaşmış əhalini şüalanma dərəcəsini azaltmaq məqsədiylə  AES-dən 30 km. aralı məsafəyə köçürmüşdü.  

 Müasir, moderinləşmiş BWR-4 tipli reaktorla işləyən, dünyanın 25 ən böyük stansiyalarından biri olan “Fukusima ” AES-in qəzalı vəziyyətə düşməsi, mənəvi cəhətdən köhnəlmiş  BBER-400 tipli reaktorlarla təhciz olunmuş, region üçün ölüm təhlükəsi yaradan Metsamor AES-in fəaliyyətini Ermənistanda da gündəmə gətirdi.

 Fukusimo qəzasından sonra bir çox Ermənistan ziyalıları mətbuat və informasiya orqanlarında öz narahatlıqlarını dilə gətirməyə başlamış, gənclər və yeniyetmələr isə hisslərini küçələrdə kütləvi tədbirlər keçirməklə bildirməyə başladılar.  

Yaponiyanın Fukusimo Atom Elektirik Stansiyasında baş verən qəzadan sonra,  Ermənistandakı Metsamor AES – nın Qafqaz bölgəsində yarada biləcəyi fəlakətlər barədə ilk olaraq Ermənistanın ekoloqları həyəcan təbili çalmağa başladılar.   

Beləki, Ermənistanda fəaliyyət göstərən “Elmi Ekolur” adlı cəmiyyətin prezidenti İnqa Zarafyan erməni xalqı adından, Hökumət rəhbərliyinə müraciət edərək bildirdi ki, “dünyada zəlzələlərin yarada biləcəyi atom faciələrindən heç bir ölkə sığortalanmayıb. 2011-ci ildə Yaponiyanın “Fukusimo – 1” Atom Elektirik stansiyasında zəlzələdən sonra baş verən qəzanın yaratdığı radiasiyanın qarşısını almaq mümkün olmadı. 1986-cı ildə Ukraniyanın Çernobıl AES-da zəlzələdən sonra baş verən qəza yüzlərlə insanın ölümünə səbəb oldu. 1988-ci ildə Ermənistanda Metsamor AES-in 120 kilometrliyində baş verən zəlzələdə 25 min insan həlak oldu, stansiya ciddi zərər çəkdi, bu zərər nəticəsində birinci blokun fəaliyyəti dayandırıldı. İnsanlar radiasiyaya məruz qaldılar. Möcüzə nəticəsində stansiya dağılmadı. Başı üzərində dayanan Metsamor kabusu hər gün erməni xalqını izləyir”.

 Faktiki olaraq Metsamor AES Ermənistanın mövcud enerji təhçizatının 15-20%-ni təmin edə bilir. Beləki bu stansiyasının bağlanması Ermənistanın enerji təhçizatına ciddi ziyan vura bilməz. Əksinə erməni xalqını baş verə biləcək atom fəlakətindən xilas edər.

 Sovet İttifaqı dağıldıqdan dərhal sonra yəni 1990-cı illərdən başlayaraq Ermənistanın qonşu dövlətlərə qarşı yürütdüyü ərazi iddiaları, onun Azərbaycan və Türkiyə tərəfindən sərhədlərinin bağlanmasına və Cənubi Qafqazın enerji ehtiyatlarından istifadə etməkdən məhrum edilməsinə səbəb oldu. 

Ermənistan Hökumətinin mövcud məkirli siyasəti, ölkəni iqtisadi böhrana sürükləndi, bu siyasət nəticəsində ölkə əhalisinin 50%-i öz yerlərini tərk edərək xarici ölkələrə üz tutdular. Bunun da nəticəsində 1990-cı illərlə müqayisədə 2016-cı ildə Ermənistanın enerjiyə olan təlabatı nəinki artmadı əksinə 50% azaldı.

Lakin, stansiyanın mıvcudluğunu qorumağa çalışan Ermənistan Hökuməti, stansiyanın moderinləşdirilməsi barədə heç düşünmürdə. Bu barədə danışan  “Elmi Ekolur” adlı cəmiyyətin prezidenti İnqa Zarafyan Hökumətdən stansiyanın moderinləşdirilməsi barədə rəsmi məlumat ala bilmədiklərini deyir. O daha sonra qeyd edir: “Bizə deyirlərki stansiya yeniləşdirilir, lakin biz bilmirik hansı texnologiyadan istifadə edirlər. Hökumət üzvləri sözlə dediklərini sənədlə təsdiq edə bilmirlər. Stansiyadakı mövcud həqiqətləri bizim bilməmiz çox vacibdir. Amma bu barədə biz heç nə bilmirik”.

 İnqa Zarafyanın narahatlığının əbəs olmadığını Təbii Sərvətlər və Atom Enerjisi Elmi Tədqiqat İnstitunun baş direktoru Vahram Petrosyan da ilə təsdiq edir. O deyir: - Biz istəmirik Ermənistanı məhv edək, amma ölkəmizin digər dövlətlərlə  dəmiryol əlaqələrinin olmaması bizi stansiyanın nüvə materiallarının reaktiv tullantılarını torpaqda basdırmağa məcbur edirki bu da hansısa bir zəlzələ nəticəsində ərazidə radiasiyaların sürətlə yayılmasına və yeraltı suların çirklənməsinə səbəb olacaqdır ki, bunun da fəsadlarını uzun illər aradan qaldırmaq mümkün olmayacaqdır.

Başqa bir ekspert qeyd edir: - Əgər hansısa zəlzələdən fəlakət baş verərsə bunun cavabdehliyini Ermənistanda heç kim daşımayacaq, heç kim məsuliyyətə cəlb edilməyəcəkdir. Lakin bizim susmaqdan başqa çarəmiz də yoxdur.

Ermənistan Hökuməti niyə qəb dövlətlərindən investisiya qopara bilmir?

7 dekabr 1988-ci ildə Ermənistanın Spitak rayonu ərazisində 7 ballıq zəlzələdən sonra atom reaktorlarında yaranan nasazlıqları aradan qaldırmaq üçün,  ABŞ və Avropa dövlətləri 200 milyon dollar Ermənistana yardım etdilər. Stansiyanın bağlanması üçün tələb olunan daha 400 milyon dollar vəsaitin bir hissəsini Ermənistana verilməsini təklif etdilər. Lakin Ermənistan hökuməti qərb dövlətlərinin bu təklifləri ilə razılaşmadı və yeni Atom Elektrik Stansiyasını inşa edəcəyini bildirdi.

Əslində nə stansiyanın bağlanmasna tələb olunan 400 milyon dollar, nədə yeni stansiyanın inşaasına sərf ediləcək 5 milyard dollar vəsait Ermənistanın büdcəsində yoxdur. Faktiki iflic vəziyyətə düşən Ermənistan iqtisadiyyatı Ermənistanı büdcə gəlirlərindən məhrum edir. Hələ üstəlik qarşılıqlı borc hesabına ölkədəki iri sənaye müəsisələrinin Rusiyanın tabeçiliyinə verilməsi ölkəyə investisiya qoyuluşunu ləngidir. Erməni aliqarxlar isə Ermənistanda yeni AES-nın tikintisini prespektivsiz layihə hesab etdiklərindən bu sahəyə qətiyyən vəsait xərcləmək istəmirlər. Ermənistan rəhbərliyinin yeganə ümidi xarici investorlardır ki, onlarında iqtisadiyyatı iflic olmuş Ermənistana investisiya qoyacaqları xəyal kimi görünür.  Ermənistanın fəlakətdən yeganə qurtuluş yolu Metsamor AES – nı bağlamaqdır.

Lakin Ermənistan Metsamor AES-in bağlanması qarşılığında ikinci AES tikintisinə Qərb Dövlətlərinin razılığını ala bilmir.

 Ermənistan Amerika iqtisadi əməkdaşlıq işçi qrupunun rəhbəri Tom Adams Metsamor AES bağlanması barədə fikirlərini bölüşərkən bildirmişdi ki bu stansiya region dövlətlərinə təhlükə yaratdığına görə, ABŞ Ermənistanda ikinci AES-nın tikintisinə qətiyyən razılıq verə bilməz.

 Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan, Avstriyanın xarici işlər naziri Hans Vinklerlə danışıqları zamanı, diplomat Ermənistanın öz büdcəsi hesabına ikinci daha etibarlı AES inşa edəcəyinə qərar versə Avropanın buna etiraz etməyəcəyini və Metsamor AES-nın bağlanması üçün Avropa İttifaqının 100 milyon evro yardım edə biləcəyini vurğulamışdı. Lakin erməni tərəfin bu məbləğin az olduğunu bəhanə gətirərək Stansiyanın bağlanmasının mümkün olmayacağını bildirmişdi.

 Bununlada Ermənistanın xarici dövlətlərin büdcəsi hesabına özünə ikinci AES tikmək istəməsi planı iflasa uğradı. Çünki,  Yeni Atom Elektirik stansiyası tikmək  Ermənistanın imkanı xaricindədir.

 Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki

Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı

ictimai birliyinin sədri

 

 




Baxış sayı: 3 440
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30