FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Arye Qut: Ermənistanın indiki rəhbərliyi faşistlərə pərəstişə geniş meydan açıb
4-11-2016, 10:05 | TƏDQİQATLAR-ANALITIKA
Arye Qut: Ermənistanın indiki rəhbərliyi faşistlərə pərəstişə geniş meydan açıb

Holokost yəhudi xalqının yaddaşı üçün dəhşətli və dözülməz sözdür. Bu söz vəhşiləşmiş və azğınlaşmış faşist rejimi tərəfindən yəhudi xalqının alçaldılması, kütləvi surətdə məhv edilməsi, onun olmazın əzablara, vəhşiliklərə, həqarətlərə qatlaşması deməkdir. Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək, milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüququna müdaxilə etmirik. Amma görəndə ki, dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlara çevrilir, buna susmamalıyıq.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Rusiya, ABŞ və Avropa siyasətçilərinin, ictimai xadimlərinin və ekspertlərinin iştirakı ilə antisemitizmə qarşı mübarizəyə dair “Gələcəyi qoruyaq” Birinci Moskva Beynəlxalq Konfransı çərçivəsində “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasında çıxışında bəyan edib.

Arye Qut deyib: “Deyin görək, Kiyev, Xarkov, yaxud Ternopolda antisemit və quldur Stepan Banderanın abidələrinə, lap bu yaxınlarda Yerevanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə abidə qoyulmasına necə reaksiya verməliyik? Bir ölkə bəşəriyyət əleyhinə cinayətdə müqəssir bilinmiş faşist cinayətkarı öz qəhrəmanı adlandıra bilərmi? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsinə həqarətdir. Bu, şəxsən mənim ürəyimə, babasının bütün ailəsi Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insanın ürəyinə çəkilən çalın-çarpaz dağdır. Məhz bu səbəbdən mənim üçün həm də şəxsi faciədir”.

İsrailli ekspert vurğulayıb ki, Ermənistanda yəhudilər artıq uzun illərdir mənəvi zorakılığa məruz qalırlar. Bu da özünü antisemit ruhlu kitabların nəşrində, televiziya verilişlərinin hazırlanmasında, habelə Yerevanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir edilməsində büruzə verir. A.Qut vurğulayır: “Erməni faşisti və antisemit, general Njdeyə abidə qoyulması bir daha təsdiq edir ki, indiki Ermənistanda həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə pərəstişə geniş meydan açılıb. Onların şərəfinə xatirə sikkələri kəsilir, bədii və sənədli filmlər çəkilir.

Əgər dünya ictimaiyyəti Ermənistanda faşizmin təbliğ olunmasına bundan sonra da sussa, sabah Ermənistan rəhbərliyi Hitlerə də eynən bu cür abidə ucaldacaq. Belə bir məsələni də vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmalar tərəfindən yaradılmır, bu hərəkətlərin ardında dövlət, daha dəqiq desək, indiki Ermənistan Respublikasının rəhbərliyi dayanır”.

A.Qutun sözlərinə görə, vəziyyət o yerə çatıb ki, Ermənistanda Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) Akademiyası yaradılandan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Araşdırmalar İnstitutu bu yeni strukturla əməkdaşlıq etmək arzusunu bildirib. A.Qut deyib: “Zənnimcə, Ermənistan Müdafiə Nazirliyi nəzdində Milli Strateji Araşdırmalar İnstitutuna 30 mindən çox yəhudi məhv etmiş bir faşistin və antisemitin adı verilirsə, daha bundan o yanı yoxdur. Tarix İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibindəki 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Onun təşkilatçılarından biri faşist Njde olub. Burada oturanların çoxu arxiv sənədləri ilə təsdiq edilmiş tarixi faktları yəqin ki, bilmirlər. Minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak etmiş general Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna digər “yararsızları” yaxalamaq və məhv etmək olub. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu “sayəsində” yəhudilərdən təmizlənib. Məgər bundan sonra biz müasir Ermənistanda erməni faşistinin və antisemitin milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərikmi?

Bu gün Ermənistanda Dro və Njde kimi faşistlərin və antisemitlərin təriflərinin hansı məqsədlə göylərə qaldırılmasını erməni ekspertlərindən soruşanda, onlar bildirirlər ki, məqsəd erməni xalqının hərbi-vətənpərvərlik ruhunu yüksəltməkdir. Doğrudanmı ermənilərin faşistlərdən başqa qəhrəmanları qalmayıb, məgər Qızıl Ordu sıralarında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ermənilər olmayıb? Sadəcə başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin təriflərinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər. Bu, müasir Ermənistan üçün biabırçılıq və rüsvayçılıqdır. Hesab edirəm ki, Rusiya Yəhudi Konqresi və Holokost məsələləri ilə məşğul olan dünya, o cümlədən Rusiya yəhudi təşkilatları dövlət səviyyəsində həyata keçirilən bu rüsvayçı hərəkətlərə sərt reaksiya verməlidirlər”.

Arye Qutun faşistlərin və antisemitlərin şəxsiyyətinin ucaldılması faktları və Ermənistanda müasir antisemitizm metodları barədə çıxışı “Gələcəyi qoruyaq” Birinci Moskva Beynəlxalq Konfransı çərçivəsində keçirilən “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasının iştirakçılarını şoka salıb.

“Holokost” İctimai Fondunun prezidenti Alla Gerber Arye Qutun çıxışına reaksiya verərək bildirib ki, faşistlərin və onların əlaltılarının şəxsiyyətinin ucaldılmasının hər hansı formasını başçılıq etdiyi Fond adından pisləyir. O deyib: “Faşistlərə və onların əlaltılarına, Bandera və general Njde kimi cinayətkarlara abidələrin qoyulması, bu cinayətkarların, faşistlərin və antisemitlərin təriflərinin göylərə qaldırılması və onların milli qəhrəman dərəcəsinə çatdırılması bizlər, “Holokost” Fondunun nümayəndələri üçün yolverilməz haldır. Biz ölkələrin və onların rəhbərliyinin belə hərəkətlərini sərt şəkildə və qətiyyətlə pisləyirik”.

 

 




Baxış sayı: 2 035
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031