FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Metsamor AES: Erməni xalqının ölüm kabusudur, yoxsa enerji qalxanı?
2-11-2016, 10:20 | TƏDQİQATLAR-ANALITIKA
Metsamor AES: Erməni xalqının ölüm kabusudur, yoxsa enerji qalxanı?

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası artıq bir neçə ildir ki, ciddi təhlükə mənbəyinə çevrilsə də, onun fəaliyyətinin dayandırılması istiqamətində Beynəlxalq təşkilatlar tərəfindən heç bir ciddi addım atılmır.

Beynəlxalq təşkilatlar  "dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiya"ları siyahısına 5 stansiya daxil ediblər ki bu siyahıya Ermənistandakı Metsamor Atom Elektirik Stansiyası başçılıq edir. Dünyanın təhlükəli atom stansiyaları bunlardır:  

1.         Metsamor AES. Ermənistan.

2.         Leninqrad AES. Rusiya, Sankt-Peterburq 

3.         Chernovode AES. Rumıniya

4.         Jranavere AES. İngiltərə

5.         Michigan Enrico Fermi AES.  ABŞ  

Təbii ki, o qədər də etibarlı işləməyən Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir. Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Metsamor Atom Stansiyası İrəvan şəhərindən 28 km, Türkiyə və İrandan 16 – 60 km, Gürcüstan və Azərbaycandan 120 – 150 km məsafədə yerləşir. 

Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti mövcud olduğu bütün illərdə mütəxəssislər tərəfindən daim həyəcanla izlənib. Stansiyanın seysmik zonada yerləşməsi və stansiyanın tikintisində ciddi qüsurlara yol verilməsi və bu səbəbdən də stansiyanın birinci blokunun inşasından bir neçə il sonra sıradan çıxması, bu baxımdan stansiyanın mühafizəsinin etibarsızlığı mütəxəsislərin narahatlığına səbəb olan amillərdir. 

İstismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti təkcə Cənubi Qafqaz xalqlarını deyil, eləcə də Ermənistan vətəndaşlarını və ziyalılarını narahat etməyə başlayıb. Artıq sözügedən AES-in Ermənistan xalqı  üçün təhlükə olduğunu anlayan bir çox erməni vətəndaşları və tanınmış şəxsləri həyəcan təbili çalır. Çünki Ermənistanda yüzlərlə insan Metsamor AES-in yaratdığı radiasiyadan əziyyət çəkir, onların bir çoxu dünyalarını dəyişib, bir çoxu isə yataq xəstəsidir. Radiasiyadan əziyyət çəkən xəstələrin çoxu müalicə üçün pul tapa bilmirlər. Bundan daha təhlükəlisi odur ki, dünya ictimaiyyətinin bu olaylardan xəbəri yoxdur. Ermənistanın krimnal hakimiyyəti bu fəlakəti dünya ictimaiyyətindən gizlətməyə cəhd edir. Metsamor  AES Erməni xalqının ölüm kabusuna çevrilib. Stansiya Ermənistanı ciddi sonu bilinməyən fəlakətlərə sürükləyir.

Ermənistanın “Armeniya Now.com” saytının 28.04.06 sayında “Narahatlıqlar: Metsamor atom elektrik stansiyası işçiləri təhlükə qarşısındadırlar” (https://www.armenianow.com/hy/special_issues/ecology/6360/healthy_concerns_metsamor_employee) məqaləsində stansiyada çalışan fəhlələrin və ərazidə yaşayan digər vətəndaşların necə radisiyaya məruz qaldıqlarını, sadə vətəndaşların radiasiya nəticəsində necə ömürlük əməkqabiliyyətlərini itirmələrindən əlil olmalarından  yazırlar: 

Metsamor AES-də fəhlə kimi çalışan Sergey Qriqoryan deyir ki “pilləkənləri qalxa bilmirəm, çıxanda tənginəfəs oluram. Hava soyuq olsa da bədənimdə tələbat olmadan soyuq su içirəm”.

Maqda Qriqoryan adlı bir qadın deyir: - Mənim ərim stansiyada işləyirdi, indi nəfəs ala bilmir, boğulur, daim boğazının göynəməsindən şikayət edir.

1986-cı ildən Metsamor AES-də fəhlə işləyən Maqda Qriqoryan, A. Qasparyan, Surik Şirvanyan radioktiv metal tozundan zəhərləndikləri bildirilir. Onlar uranı sərinlədən su trubalarını çilalayırmışlar, bu fəaliyyət nəticəsində onların ciyərlərinə ağır metal daxil olub. Hadisədən 6 il sonra onlar Moskvada 6 saylı ixtisaslaşmış klinikaya müayinəyə göndərilirlər, onların xəstəlikləri “Kobalt- 60, radioaktiv elementlərin təsiri” dioqnozu müəyyənləşdirilib. Bu xəstəlikdən Surik Şirvanyan 34 yaşında dünyasını dəyişib.  M.Qriqoryan və A.Qasparyan 1992-ci ildən əlildirlər. Metsamor AES-in törətdiyi fəsadlar barədə Yüzlərlə buna bənzər misallar çəkmək olar.     Həkim toksikoloq Lev Petroşeviç Arteşev şüalanmanın insan orqanizminə təsiri  haqqında belə deyir: yüksək şüalanmaya məruz qalan insan bədəni böyük həcmdə enerji qəbuluna məruz qalır ki bu da bədəndə biokimyəvi proseslərin pozulmasına səbəb olur. İnsanda baş ağrıları, öskürək, boğaz ağrıları və toxumalarda dəyişikliklər başlayır. Şüalanma xəstəliyi kompleks kimyəvi proseslərlə davam edir. 

Stansiya rəhbərliyi Metsamor AES-in 7 kilometrlik ərazisində yetişən çiyələk və tut meyvəsinin vətəndaşlar tərəfindən istifadə olunmasına qadağa qoyub. Guman edilir ki, adları çəkilən bostan bitkiləri şüalanmaya daha həssas olduqlarından onların istifadəsi insan bədənində şüalanmanın miqdarını artırar bu isə insan həyatı üçün təhlükə yarada bilər.   

 Gürcüstanın “Yaşıllar” partiyasının lideri Georgi Qançeladze bəyan edir ki, Türkiyə və Ermənistan aktiv seysmik zonada yaerləşir. Bu zonada baş verən hansısa güclü zəlzələ Metsamor AES – nın ərazisində böyük fəlakətlərə səbəb ola bilər. O sözlərinə davam edərək deyir: 

“1976-cı ildə Türkiyədə baş verən zəlzələdə 4000 nəfər, 80-ci illərin sonlarında Ermənistanın Spitak şəhərində baş verən zəlzələdə isə 20 000 nəfər dünyasını dəyişdi. 1999-cu ildə Türkiyədə zəlzələ yenidən təkrar oldu. Bu zonada zəlzələlər hər 10 ildə bir dəfə təkrar olunur, gözləməkolar ki növbəti zəlzələ AES-in yaxınlığında baş versin. Stansiya Sovet texnologiyası ilə tikilib və heç vaxt təmir edilməmişdir. Əgər stansiyanın ərazisində zəlzələ baş verərsə onda fəlakət Gürcüstanı, Türkiyəni, Azərbaycanı və İranı əhatə edəcək. Radiasiya cəmi 8 saata Tibilisi şəhərinə çatıb burada 2 milyonluq əhalinin həyatını iflic edəcəkdir.” 

15 oktyabr 1982-ci ildə gecə saat 21.55-də Metsamor AES-də yanğın baş verdiyi barədə həyəcan siqnalı verildi. Elektirik xəttində başlayan yanğını  xoşbəxtlikdən gün ərzində söndürmək mümkün oldu.

Hadisəyə şahidlik edən rusiyalı ekspert Kulmatskin xatirələrində yazırdı. “Ən böyük dağıdıcı səhnəni mən Çernobıl AES-də gördüm. Bu bir fəlakət idi. Ermənistan isə bizim yaddaşımızda parlaq iz qoydu.”

O illərdə SSRİ Nazirlər Sovetinin sədri işləyən Fadey Sarkisyan isə hadisəni belə xatırlayır: “Metsamor AES çox təhlükəli idi. Mən bunu 1982-ci ildə stansiyanın kabeli yananda gördüm. O zaman biz fəlakətə çox yaxın idik. Bizi fəlakətdən möcüzə xilas etdi.”

Lakin Ermənistan Hökuməti Metsamor AES-i Ermənistanın enerji qalxanı hesab edir. Stansiyanın baş mütəxəsisi Aşot Manaskanyan hesab edir ki bu stansiyanı hələ 50 il istismar etmək olar. Bu zaman belə bir haqlı sual yaranır: Ermənistanın Metsamor Atom Elektrik Stansiyası, erməni xalqının ölüm kabusudur yoxsa, enerji qalxanı?   

Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı 

ictimai birliyinin sədri




Baxış sayı: 1 850
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30