APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Akko şəhərinin meri Şimon Lankri deyib.
O bildirib ki, Akko şəhərində tez-tez Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir: “Ermənilər dəfələrlə mənə yazıblar və bu tədbirlərin keçirilməsinə etiraz ediblər. Lakin mən birmənalı şəkildə bəyan etmişəm ki, Azərbaycana dəstək verməkdə davam edəcəyəm. Ermənilər tərəfindən heç bir təhdid və ya məktub mənim mövqeyimi dəyişə bilməz”.
O həmçinin qeyd edib ki, Akko azərbaycanlı icmanın ən çox yaşadığı şəhərlərdən biridir: "Yəhudilər Azərbaycanın müdafiəsi uğrunda qan töküblər. Bizim Albert Aqarunov adlı Milli Qəhrəmanımız da var. Onun qardaşı hazırda burada yaşayır. Anası burada dəfn olunub”.
Ş. Lankri Azərbaycana 2015-ci ildə səfər etdiyini deyib, Quba şəhərindəki "Krasnoya Slaboda" qəsəbəsinə getdiyini bildirib.
Mer Akko ilə Qubanın qardaşlaşmış şəhərlər olmaq barədə razılaşma əldə etdiklərini də diqqətə çatdırıb: “2017-ci ildə bu razılaşmanın imzalanmasına hazırlıq gedir. Gələn ilin may-iyun aylarında Azərbaycan prezidentinin müşaviri Kamal Abdullanın dəvəti ilə Bakıya səfər edəcəyik”.
Mer hazırda Akko şəhərində “Azərbaycan evi”nin inşa edildiyini də bildirib
Baxış sayı: 1 845
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

