FACT-INFO.AZ » AKTUAL » Quram Marxulia: Ermənistan üçün yeganə nicat yolu Azərbaycanın təklif etdiyi sülh yoludur
12-04-2023, 11:30 | AKTUAL
Quram Marxulia: Ermənistan üçün yeganə nicat yolu Azərbaycanın təklif etdiyi sülh yoludur

Fact-info.az-ın məlumatına görə, gürcü politoloq, tarixçi alim Quram Marxuliya AZƏRTAC-a müsahibəsində deyib ki, 44 günlük müharibə zamanı erməni hərbçiləri aldıqları zərbədən ciddi psixoloji sarsıntı keçiriblər və bu sarsıntı onların tarixlərində ən çox rast gəlinən hadisələrdən biridir.

Onun sözlərinə görə, bir vaxtlar Rusiyanın dəstəyindən ruhlanaraq özlərini Qafqazın “ariləri” adlandıran ermənilər Azərbaycan torpaqlarını işğal etdilər. Lakin, zaman keçdikcə geosiyasi vəziyyət dəyişdi və Azərbaycan öz qanuni ərazilərini geri qaytardı. Ermənistan tərəfi isə müvafiq olaraq heç nəsiz qaldı. Öz ölkəsinin başqalarından üstün olması ideologiyası sabun köpüyü kimi partladı.

Politoloq deyir ki, 44 günlük müharibədə ciddi məğlubiyyətdən sonra elə təsəvvür yaranmışdı ki, erməni xalqının liderlərinin ağlı başına gəlib və nəhayət onlar, öz qonşuları ilə sülh münasibətləri quracaqlar. Lakin bu gün baş verənlər bir daha göstərir ki, erməni anlayışının öz fəlsəfi və antropoloji ölçüsü var və görünür, bu, onların prioritetidir.

Politoloq hesab edir ki, bu gün Fransa geosiyasi hiyləgərliklə Cənubi Qafqazı almağa çalışır. Yalançı səlibçilər, “xristian dünyası”nın çempionları Ermənistanı yalandan dəstəkləyirlər. Əslində onlar Ermənistanı qızışdırmaqla regionda yenidən ciddi münaqişə ocağı yaratmağa çalışırlar. Ermənistan isə geosiyasi minalı ərazidir. Onun partlayışının nəticələrinin necə olacağını proqnozlaşdırmaq isə elə də çətin deyil. Bu partlayış sonunda Ermənistanın tamamilə yox olmasına səbəb olacaq.

Azərbaycan düşmənə layiqli cavab verməyə qadirdir və bunu da edir. Lakin bununla belə, möhtəşəm gücə sahib olan Azərbaycan yenə də sülh siyasətinə sadiq qalaraq erməni tərəfini bütün mövcud məsələləri sülh yolu ilə həll etməyə çağırır.

“Erməni xalqı başa düşməlidir ki, Azərbaycanın təklif etdiyi sülh variantı yeganə çıxış yoludur. Onlar nə qədər bunu tez başa düşsələr, bir o qədərə də onlar üçün yaxşı olar” – deyə, Marxuliya vurğulayıb.




Baxış sayı: 252
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30