FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "Keçmişin böyük yalanları - Armeniya və Hayastan"
11-04-2023, 16:00 | TƏDQİQATLAR-ANALITIKA
"Keçmişin böyük yalanları - Armeniya və Hayastan"

Professor Kamran İmanovun rəhbərliyi ilə Əqli Mülkiyyət Agentliyinin nəşr etdiyi "Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir" əsəri əsasında hazırlanmış və bu yaxınlarda Azərbaycan Televiziyasında "Tarixin izi ilə" silsiləsindən efirə getmiş "Keçmişin böyük yalanları - Armeniya və Hayastan" verilişində saxta erməni tarixi, "Armeniya" və "Ermənistan" anlayışlarının yaranması, onun inkişaf mərhələləri mənbələr və elmi əsaslarla ətraflı şərh olundu. Zəngin mənbələrə, dərin elmi dəlillərə istinadən "Armeniya" və "Ermənistan" anlayışlarının etnik anlam deyil, coğrafi məkan ifadə etdiyi, "Armeniya" və "Ermənistan" anlayışlarının bu coğrafiyaya gəlmə olan haylarla heç bir əlaqəsinin olmadığı əsaslandırıldı. Tarixi "Armeniya" coğrafi məkanın müasir Ermənistan Respublikasının ərazisində deyil, Şərqi Anadoluda yerləşdiyi və müxtəlif etnosların, o cümlədən, xatti, xettlər, xurrilər, alarodi-urartular, sonradan qəmərlilər və saklar, eləcə də digər turan mənşəli xalqların yaşayış məskəni olduğu mənbələr əsasında tutarlı faktlarla göstərildi. Hayların bölgənin avtoxton, yəni yerli sakinləri olmadığı, bölgəyə gəlmə olmaqla heç zaman burada çoxluğu təşkil etmədiyi və kiçik koloniya şəklində məskunlaşdığı elmi həqiqətlər işığında ifadə edildi.

ABŞ-ın Kolumbiya universitetinin professoru, tanınmış ermənişünas Nino Qarsoyana görə, Moisey Xorenlinin "Erməni xalqının tarixi" adlı əsəri, onların xristianlığı qəbul etməsi tarixi başdan-ayağa uydurmadır. Çünki V əsrdə hər hansı bir xalqın formalaşması barədə irəli sürülən fikiflər bütünlüklə cəfəngiyyatdan ibarətdir.

Tarixi həqiqətlərin geniş tamaşaçı kütləsinə, xüsusilə yeniyetmələrə və gənclərə çatdırılmasının təqdirəlayiq olduğunu nəzərə alaraq, bu istiqamətdə addımların davam etdirilməsi məqsədəuyğun sayırıq. Bununla yanaşı, kitabda əksini tapmış məlumatlardan, eləcə də adı çəkilən televiziya verilişindəki materiallardan həm orta məktəblərin tarix dərslərində, həm də ali məktəblərdə tarix fənni üzrə təhsil alan tələbələr üçün məşğələlərdə istifadə edilməsi böyük fayda verə bilər. Hesab edirik ki, Azərbaycan Televiziyasının hazırladığı bu verilişin xarici dillərə (ingilis, fransız, alman, rus, ərəb və s.) tərcümə edilməsi də vacibdir və bu verilişin xarici dillərdə yayımlanması, eləcə də xaricdə fəaliyyət göstərən səfirliklərimizə, beynəlxalq təşkilatlara, həmçinin, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin mərkəzi ofislərinə, Azərbaycanın ali məktəblərilə əməkdaşlıq edən xarici universitetlərə, elmi tədqiqat mərkəzlərinə göndərilməsi məqsədəuyğun olardı.

Böyük alimlər, elm adamları haqqında nəsə yazılanda adətən, onların bir neçə əsas işi önə çəkilir. Bu anlamda Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, əqli mülkiyyət üzrə beynəlxalq ekspert, professor Kamran İmanovun  "Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir" əsərinin geniş təbliği böyük əhəmiyyət kəsb edə bilər.

Hafiz CABBAROV

Bakı şəhəri Heydər Əliyev adına liseyin tarix müəllimi




Baxış sayı: 224
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30