FACT-INFO.AZ » AKTUAL » İran Ermənistanın İsraildə səfirlik açmasına niyə reaksiya vermədi?
8-04-2023, 14:35 | AKTUAL
İran Ermənistanın İsraildə səfirlik açmasına niyə reaksiya vermədi?

Əvvəla, onu deməliyik ki, Azərbaycan müstəqil dövlət kimi milli maraqlarının təmini üçün istənilən ölkə ilə, o cümlədən İsrail dövləti ilə diplomatik əlaqələrin qurulmasında və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində sərbəstdir. Heç kim, xüsusilə, İran bizim suveren hüququmuzu məhdudlaşdırmağa çağırış edə bilməz.

Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib .

"Birincisi, bu çağırış Azərbaycanın daxili işinə kobud müdaxilədir və belə müdaxiləni BMT Nizamnaməsi və beynəlxalq hüquq birmənalı şəkildə rədd edir. İkincisi, İsraillə əlaqələr heç bir halda üçüncü dövlətə qarşı yönəlməyib və İran parlamentinin bu bəyanatı sadəcə Azərbaycanı şantaj etməklə bərabər daxildə baş verən siyasi və sosial təlatümləri, xalqın molla rejiminə olan qəzəb və nifrətini başqa səmtə yönəltmək cəhdidir. Üçüncüsü, İranın səsləndirdiyi yalan və böhtanın əksinə olaraq, Azərbaycan hər zaman Fələstin xalqının hüquqlarının və qanuni maraqlarının qorunmasında özünün prinsipial mövqeyi ilə seçilib. Həmçinin bütün beynəlxalq təşkilatlarda, xüsusilə, BMT Baş Assambleyasında Fələstinin xeyrinə olan qətnamələri, o cümlədən Fələstinin UNESCO-ya üzv olmasını dəstəkləyib. Azərbaycan Fələstinə mümkün olan hər cür maddi və mənəvi dəstəyi verib və bu siyasət bundan sonra da davam edəcək", - deyə deputat vurğulayıb.

O əlavə edib ki, İrandan fərqli olaraq Azərbaycan İslam dünyasının birliyi və həmrəyliyi üçün ən böyük töhfələr verən ölkələrdəndir. Azərbaycan hər zaman müsəlman kimliyini qoruyub və onunla fəxr edib. İran isə əksinə, hər zaman müsəlman ölkələri arasında nifaq salmaqda, İslam dövlətlərində qeyri-qanuni silahlı birləşmələri və terror təşkilatlarını dəstəkləməkdə ad çıxarıb.

İslam dünyasının maraqlarından dəm vuran İran Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal olunmasına nəinki göz yumub, həm də işğal zamanı ermənilərlə birləşərək rayon və şəhərlərimizin tar-mar olunmasında, evlərin sökülüb inşaat materialı kimi satılmasında iştirak edib. İran Ermənistan tərəfindən İslam abidələrinin və müqəddəs yerlərin, məscidlərin dağıdılmasına və təhqir olunmasına da göz yumub. Molla rejimi Ermənistanın bəşəriyyət əleyhinə olan çoxsaylı cinayətini heç zaman pisləməyib.

Ermənistan rəsmiləri dəfələrlə etiraf ediblər ki, İran onlara qardaş dəstəyi göstərib. Belə ki, ərzaq təchizatının 70-80 faizini İran təmin etməsəydi, Ermənistan özünütəcrid siyasətinə tab gətirə və torpaqları uzun müddət işğalda saxlaya bilməyəcəkdi.

Nəhayət, İran islam dəyərlərini və milli maraqlarımızı heçə sayaraq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalət və haqq uğrunda apardığı müqəddəs savaşdakı Qələbəsinə mane olmağa, Ordumuzun Cəbrayıl istiqamətində irəliləməsinin qarşısını almağa çalışdı. İranın bu addımı daha çox şəhid verməyimizə səbəb oldu.

A.Quliyev vurğulayıb ki, İran Azərbaycana qarşı nifrət və düşmənçiliyini nümayiş etdirmək üçün Qərbi Zəngəzurda, Qafanda konsulluq açdı, sərhədlərimiz boyu təhrikedici hərbi təlimlər və hərbi uçuşlar həyata keçirdi. Bundan əlavə, “Ermənistanın ərazi bütövlüyü qırmızı xətimizdir” dedi, ölkəmiz əleyhinə yalan və iftira dolu bəyanatlar səsləndirdi, Tehrandakı səfirliyimizə və həmkarımız Fazil Mustafaya qarşı qanlı terror aktı törətdi.

Bakıdakı İran səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildi.

"İndi, Azərbaycana qarşı belə bir bədnam bəyanata səs verənlərdən soruşmaq lazımdır, kim islam dəyərlərinə, İslam dünyasının birliyinə qarşı çıxır? Deyin görək, İslam dininin müqəddəs dəyərlərini və məscidlərini dağıdan, təhqir edən və bir milyon müsəlmanı evlərindən didərgin salan, onlara qarşı etnik təmizləmə və soyqırımı cinayəti törədən Ermənistana qucaq açmaq İslam dünyasının maraqlarına uyğundurmu? Müsəlmanlara qarşı bütün bu cinayətləri törədən Ermənistanın üç il öncə İsraildə səfirlik açmasına niyə reaksiya göstərmədiniz? Çünki qardaş dediyiniz Ermənistanın Azərbaycana qarşı etdiyi pisliklər sizi maraqlandırır və işinizə yarayır, başqa heç nəyin sizin üçün dəyəri yoxdur. Sual olunur, bu cür çoxüzlü və riyakar siyasətə, İslam dünyasına qarşı etdiyiniz haqsızlığa nə vaxt son qoyacaqsınız?

Hamı bilməlidir ki, İran hakimiyyətinin bu cür yersiz və bədnam bəyanatları və ya təhdidləri Azərbaycanı qətiyyən qorxuda bilməz. Azərbaycan dövləti və xalqı molla rejiminin istənilən təcavüzünün və təxribatının qarşısını almağa qadirdir. İnanıram ki, Cənubda yaşayan 40 milyonluq soydaşımız da fars-molla rejiminin ölkəmizə qarşı sərgilədiyi düşmənçilik siyasətinə səssiz qalmayacaq və dünya azərbaycanlılarının yeganə milli dövləti olan Azərbaycana qarşı İran rejiminin hazırladığı çirkli planların ifşa olunmasında yaxından iştirak edəcəklər", - deyə deputat əlavə edib.




Baxış sayı: 254
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30