FACT-INFO.AZ » AKTUAL » Ölkəmizin Mərkəzi Asiya respublikaları ilə əlaqələri yeni müstəviyə qədəm qoyub
6-04-2023, 11:10 | AKTUAL
Ölkəmizin Mərkəzi Asiya respublikaları ilə əlaqələri yeni müstəviyə qədəm qoyub

Son illər Azərbaycanın fəal iştirakçısı və etibarlı tərəfdaş olduğu platformalardan biri olan Mərkəzi Asiya respublikaları ilə münasibətlərin genişləndirilməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri də eyni prosesin tərkib hissəsi kimi əhəmiyyət kəsb edirdi. İki ölkə münasibətlərinə nəzər salanda aydın şəkildə görünür ki, Azərbaycanla Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar çərçivəsində sağlam əməkdaşlıq şəraitində mövcud olub. Bu baxımdan iki ölkə arasında uğurla inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələr indi də diqqəti cəlb edir.

Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermiş olacaq. Azərbaycanlı həmkarı ilə görüşdə Prezident Emoməli Rəhmonun “ilk növbədə, BMT-də bir-birimizin namizədliyimizi və təşəbbüslərimizi qarşılıqlı dəstəkləmək praktikasını davam etdirmək barədə razılığa gəldik" bəyanatı, hesab edirəm, xoş ümid və niyyətin ifadəsi idi. Bundan başqa, ölkələr arasındakı diplomatik münasibətlərə toxunan Emoməli Rəhmon otuz il ərzində Tacikistan və Azərbaycan arasında səmərəli nəticələr əldə olunduğunu vurğulayaraq, bunun xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli və qarşılıqlı etimada əsaslanan siyasətin fonunda yarandığını bildirdi. Gələn ay xalqımızın görkəmli övladı Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd olunacağını bildirən Emoməli Rəhmon Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətini hər zaman səmimiyyətlə xatırladığını söylədi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkür edən ölkəmizin başçısı Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev dost Tacikistanın sabitlik hökm sürən ölkə kimi həm də xarici investisiyaların dövlət tərəfindən qorunduğunu müsbət amil kimi dəyərləndirdi. Ölkəmizin başçısı hökumətlərarası komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirilməsi ilə bağlı əldə olunan razılıqdan söhbət açaraq iclasa qədər nəqliyyat-logistika, qarşılıqlı əlaqələri, investisiya, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilən bütün tapşırıqların da yerinə yetiriləcəyinə əminliyini və nəticələrin sevindirici olacağını qeyd etdi.

Rəşad Mahmudov sonda qeyd edib ki, Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaqla yanaşı, həm də bu günə qədər olan nəticələri bir qədər də yüksəltmiş oldu. Azərbaycanın regionun lider olmasını nəzərə alsaq, o zaman ölkəmizin Tacikistan üçün də böyük maraq kəsb etdiyi şübhəsizdir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanan sənədlər və səsləndirilən bəyanatlar onu göstərdi ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan münasibətlər daha da yüksələn xətt üzrə inkişaf edəcək. Çünki Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında dünya siyasi düzənində müttəfiqlik və qarşılıqlı münasibətlərin qorunması üçün götürdüyü öhdəliklərə sadiqliyi ilə ən etibarlı ölkə imicini qazanıb.




Baxış sayı: 244
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30