FACT-INFO.AZ » AKTUAL » Zamanın yeni çağırışları…
29-03-2023, 16:30 | AKTUAL
Zamanın yeni çağırışları…

Deputat bildirib ki, yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin həyata keçirilməsi müasir çağırışlar əsasında siyasi sistemin yenidən təşkili baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hazırkı mərhələdə ictimai-siyasi münasibətlərdə siyasi əxlaq və siyasi mədəniyyətin əsas götürüldüyü, qarşılıqlı hörmətə və konstruktiv yanaşmaya əsaslanan yeni davranış qaydaları müəyyənləşir. İslahatlar isə davamlı xarakter daşıyır. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə uyğun olaraq Milli Məclisin yeni tərkibdə formalaşması çoxpartiyalı sistemin inkişafına yeni töhfədir. Bu seçkilər, həmçinin siyasi palitranın rəngarəng olduğunu nümayiş etdirdi.

S.Fətəliyevanın fikrincə, siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir. Eyni zamanda, siyasi dialoq genişmiqyaslı və dərinməzmunlu prosesdir. Burada iki başlıca məqsəd müəyyənləşdirilib: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır. Azərbaycan iqtidarı bu prosesə dövlətçilik maraqlarının qorunması naminə start verib. Bununla yanaşı, siyasi inkişaf təkcə iqtidar ilə müxalifət partiyaları arasında təmasların, dialoqun səmərəliliyindən asılı deyil. Hər bir partiya siyasi proseslərin subyektidir, ona görə də müxalifət partiyaları arasında əlaqələr, partiyadaxili münasibətlər də siyasi sistemin inkişafında vacib rol oynayır. Yəni siyasi inkişaf təkcə iqtidarın məsuliyyətində deyil, bu istiqamətdə hər bir siyasi proses iştirakçısının üzərinə mühüm vəzifələr, öhdəliklər düşür.

Bütövlükdə, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu sahədə öz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. İrəli sürülən təkliflər, atılan addımlar - görülən işlər çərçivəsində uzun fasilədən sonra yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, vaxtı ötürülmüş qurultayların keçirilməsi məqsədilə bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi, siyasi partiyaların qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislər ayrılması, “Siyasi partiyalar” haqqında yeni qanun layihəsinin siyasi partiya rəhbərləri ilə müzakirəsinin aparılması və digər addımlar bu baxımdan xüsusi qeyd edilməlidir.

“Prezident İlham Əliyevin dediyi kimi, uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir. “Siyasi partiyalar haqqında” yeni qanun isə siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, “Siyasi partiyalar haqqında” yeni qanun dialoq məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir. Yeni qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”. Çünki bu sənəd siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır”, -deyə deputat vurğulayıb.




Baxış sayı: 227
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031