FACT-INFO.AZ » AKTUAL » Ermənistan Azərbaycanla arasındakı problemə daha çox tərəf cəlb etmək niyyətindədir - Türk general
26-03-2023, 10:10 | AKTUAL
Ermənistan Azərbaycanla arasındakı problemə daha çox tərəf cəlb etmək niyyətindədir - Türk general

İkinci məqsəd isə Ermənistanın Azərbaycanla problemə daha çox tərəf cəlb etməklə onu çoxtərəfli hala gətirməkdir. Yəni, məqsəd odur ki, bu problem iki ölkə arasında həllini tapmasın. Onlar bölgədə marağı olan müxtəlif ölkələri, qurumları, xüsusilə Fransanı, ABŞ-ni, İranı, həmçinin Avropa İttifaqını məsələyə cəlb edərək onu həllolunmaz səviyyəyə çatdırmaq istəyirlər. Yaxud da xülyalarına uyğun, köhnə statusa bənzər bir nəticəyə nail olmağa çalışırlar. Bunu etmələri üçün onların kiçik bir arqumentə ehtiyacı var. Odur ki, Ermənistan məğlub dövlət olaraq bəhanələr uydurur, bununla Azərbaycanı günahlandırmağa çalışır, təslimçilik aktına imza ataraq verdiyi sözlərdən yayınır, qanunsuz silahlı birləşmələri, diversantları və terrorçuları təmizləmək əvəzinə, onları və hərbi texnikaları Xankəndidə saxlamağa çalışır. Həmçinin Ermənistan hər cür vasitə və təhrik üsulları ilə Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında günahkar kimi göstərməyə və özünün imtiyazları ilə yaşamağa davam etməyə cəhd edir. Dünyada bir dövlətin başqa bir dövlətin torpağının 20 faizini 28 il işğalda saxlaması və beynəlxalq ictimaiyyətin kar, kor və lal kimi buna reaksiya verməməsi ikili standartlar və ayrı-seçkilikdən başqa bir şey deyil. Dünya ölkələri ermənilərin əməllərinə susduqca onların təxribatları davam edir. Ermənistan hakimiyyəti və revanşist qüvvələr sərhəddə, hazırda Azərbaycan torpaqları olan ərazilərdə yaşayan erməniləri qıcıqlandırır, onların Azərbaycana inteqrasiyasının qarşısını alır, Rusiya sülhməramlılarının köməyi ilə Xankəndiyə silah-sursat göndərir və bununla da öz çirkin planları üçün zaman qazanırlar. Bir sözlə, ermənilər təxribatlarını durmadan davam etdirirlər.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türk general Yücel Karauz söyləyib.

Generalın sözlərinə görə, burada ikinci önəmli məqam Ermənistanın hərbi hazırlıqlarınıın xoşniyyətli olmamasıdır. Yəni, həmin hazırlıqlar müdafiə və ölkə ərazisini qorumaqdan daha çox revanşizmə hesablanıb. Vətən müharibəsindən sonra məğlubiyyəti həzm edə bilməyən qüvvələr reallıqla, Azərbaycanın vəziyyətə diktə etməsi ilə barışa bilmirlər. Bu, bölgədə sabitliyi pozmağa yönələn, beynəlxalq hüquqa zidd olan, sülhə hesablanmayan bir davranışdır.

İranın Azərbaycana qarşı riyakar və anlaşılmaz münasibətinə də toxunan Y.Karauz deyib: "İran 1813-cü ildə imzalanan Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri zamanı və ondan sonra strateji üstünlüyünü ermənilər və Ermənistan üçün istifadə edib. İran ermənipərəst mövqeyini 1988-ci ildən etibarən bölgə qan gölünə dönərkən də, Vətən müharibəsindən əvvəl, müharibə zamanı və sonrakı mərhələlərdə açıq-aşkar bəlli edib və etməkdədir. Azərbaycan-İran sərhədinin təxminən 130-140 kilometrliyi 28 il işğal altında qalanda, Qarabağda Azərbaycan mədəniyyəti məhv ediləndə, məscidlərdən donuz axuru kimi istifadə olunanda səsini çıxarmayan İran Vətən müharibəsində Ermənistanın məğlub olaraq təslimçilik aktı imzalamağa məcbur olmasına, Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsinə görə narahatlıq keçirdi”.

“Zəngilan Beynəlxalq Hava Limanı açılan kimi İran Zəngəzurda konsulluq açdı, Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı. İran SEPAH-ın yaydığı videolarla Azərbaycanın ərazi bütövlüyünü təhdid edəcək davranış sərgiləyir. Zəngəzur dəhlizinin bu şəkildə ön plana gətirilməsi İranın o bölgəyə silah, narkotik və digər vasitələrin daşınması üçün istifadəsi ilə əlaqədardır. İranın addımları dostyana deyil və Azərbaycana göstərdiyi davranış, Naxçıvanla sərhədə hərbi qüvvə toplaması da sülhə xidmət etmir. Bütün bunların Ermənistanın və İranın bərabər düşündüyünü, koordinasiya etdiyini, Azərbaycana və Türkiyəyə qarşı həyata keçirildiyini söyləmək mümkündür”, - deyə Y.Karauz vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb ki, SEPAH tərəfindən yayımlanan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında söylədiyi "Arazı ayırdılar" bayatısının da yer aldığı videoçarxdan təkcə Azərbaycanın deyil, Türkiyənin də təhdid edildiyini anlamaq olar. Məlumdur ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri tarixin ən yüksək nöqtəsinə çatıb. Bəyannaməyə görə, Azərbaycan torpağının bir santimetrinə belə ediləcək təhdid və revanşist hərəkətlər Türkiyəyə də qarşı hesab olunur. Heç kim Türkiyədəki zəlzələni, seçkiləri ortaya ataraq yanlış addımlar atmamalıdır. Bu cür addım atanlar əməllərinin nə ilə nəticələnəcəyini görəcəklər. “Nə Türkiyə, nə də Azərbaycan əvvəlki ölkələr deyil. Hər kəs iyirmi doqquz ay əvvəl şanlı Qələbə ilə bitən müharibənin nəticələrini dərk etməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəsləməli, Azərbaycan-Türkiyə birliyinin nəyə qadir olduğunu düşünməli və buna uyğun davranmalıdır”, - deyə türk general fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 267
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30