FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Newtimes.az” analitik informasiya portalının yeni kitabları çapdan çıxıb
29-07-2015, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
“Newtimes.az” analitik informasiya portalının yeni kitabları çapdan çıxıb

Rusdilli və türkdilli oxucular üçün nəzərdə tutulmuş “Современная Система Международных Отношений: Сквозь Призму Newtimes.az” və “Günümüzün Jeosiyasi Süreçlerinin Perde Arkası” kitabları portalın məqalələri əsasında tərtib olunub. Qeyd edək ki, portalın daha əvvəl nəşr etdirdiyi biri rus dilində olmaqla, üç kitabı cəmiyyətdə kifayət qədər müsbət rəy doğurub. Nəşrlərin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüş zamanı bir sıra olduqca mühüm məsələlərə toxunub. Birinci Avropa Oyunları ərəfəsində və gedişində Azərbaycana qarşı Qərb mətbuatında aparılmış qarayaxma kampaniyası fonunda erməni lobbisinə qarşı mübarizənin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Azərbaycan mətbuatının xarici media məkanındakı fəaliyyətinin iki əsas istiqamətini müəyyən edib: Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırırlması. Bu məqsədlə xarici dillərdə elektron kütləvi informasiya vasitələrinin sayının artırılmasının və fəaliyyətinin genişləndirilməsinin zərurəti də Azərbaycan Prezidenti tərəfindən xüsusilə vurğulanıb.

Bu baxımdan hesab etmək olar ki, üç ildən artıqdır fəaliyyət göstərən və beynəlxalq aləmdə aktual olan geosiyasi, siyasi və geoiqtisadi proseslərin və hadisələrin təhlili üzrə ixtisaslaşan “Newtimes.az” analitik informasiya portalı Azərbaycanın milli və dövlətçilik maraqları ilə bağlı məsələləri özündə kifayət qədər dolğun şəkildə əks etdirir. Azərbaycan, rus, ingilis və türk dillərində internet səhifəsi olan portalın əsas məqsədi öz əhatə dairəsini genişləndirməklə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan haqda həqiqətləri daha geniş oxucu kütləsinə çatdırmağa nail olmaqdır.

Hazırda “Newtimes.az” Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Litva, Qazaxıstan, Braziliya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri kimi 15-dən artıq ölkədə 60-dan çox “beyin mərkəzi”, analitik-informasiya qurumu, KİV-lər ilə əməkdaşlıq edir. Portalın tərəfdaşları arasında Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya Araşdırmalar Mərkəzi (AVİM), ABŞ-ın “İrs” və “Ceymstaun” fondları, Strateji Düşüncə İnstitutu, Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzi, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Ukraynanın Qlobal Transformasiyalar İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutu kimi araşdırma mərkəzlərini, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Forbes”, “Newsweek”, “Международные процессы” jurnallarını, İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com, Centrasia.ru, Respublika-kz.info, Fergananews.com kimi internet saytlarını və digərlərini göstərmək olar. Portalın xarici dillərə tərcümə edilmiş məqalələri həmin mərkəzlərin internet saytlarında mütəmadi qaydada yerləşdirilir. Bu məqalələrin sayı 1100-dən artıqdır. Eyni zamanda, 50 ölkədən 60 mindən artıq istifadəçi portalın sosial şəbəkələrdəki səhifəsinə üzvdür. Bütün bunlar “Newtimes.az”ın gördüyü işlərin miqyasının əyani sübutudur.

Əminliklə demək olar ki, “Newtimes.az” analitik informasiya portalı Azərbaycanın milli və strateji maraqlarının müdafiəsində dayanan, Azərbaycan dövlətini beynəlxalq media məkanında təbliğ edən, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursunun mahiyyətini izah edən media resursuna çevrilib.

Rus və türk dillərində nəşr olunmuş növbəti məqalə topluları da məhz bu tendensiyanın təzahürüdür. Portalla əməkdaşlıq edən azərbaycanlı və xarici mütəxəssislərin məqalələrindən ibarət toplularda Azərbaycanın milli maraqları baxımından əhəmiyyət kəsb edən qlobal və regional geosiyasi proseslərə, müasir beynəlxalq münasibətlər sistemi üçün aktual olan tendensiyalara xüsusi diqqət yetirilir.

Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət hər iki kitabda ayrıca fəsildə təqdim olunur. Burada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətrafında mövcud olan vəziyyət təhlil edilir, münaqişəyə münasibətdə tətbiq edilən ikili standartlar faktlarla göstərilir. Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti göstərilməklə yanaşı, Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq modelləri də nəzərdən keçirilir.

Beynəlxalq münasibətlərdə ədalət prinsipinin pozulması və ikili standartlar “Newtimes.az” portalında yayılan məqalələrdə ən çox vurğulanan məqamlardan biridir. Bu ideya artıq daha geniş çərçivədə müzakirə olunmaqda və tərəfdar qazanmaqdadır. Rusdilli və türkdilli oxucuların mühakiməsinə təqdim edilən hazırkı kitablarda da beynəlxalq aləmdə mövcud olan problemlərin əsas səbəbi kimi bu amillər önə sürülür. Soyuq müharibənin başa çatmasından sonra yeganə qütb kimi qalmış Qərbin geosiyasi maraqlarını təmin etmək cəhdi onun ayrı-ayrı regionlarda həyata keçirdiyi siyasətdə, digər böyük dövlətlərlə rəqabətində özünü açıq şəkildə büruzə verir. Sivilizasiyalar arasında mövcud olan gərginliklərin, multikulturalizm ideyalarının iflasının, iqtisadi problemlərin, Qərbin öz daxilində üzləşdiyi çətinliklərin əsasında bu amillər dayanır. Toplulardakı məqalələrdə qeyd olunan aspektlər obyektiv şəkildə təhlil olunur.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır. Ədalət prinsipinin pozulmasının və ikili standartların təsirini ən çox hiss edən ölkələrdən biri də Azərbaycandır. Ölkə daxilində müəyyən dövr ərzində bir çoxlarının heç bir əsası olmadan Qərb strukturlarına inteqrasiya, üzvlük, qeyri-mütənasib güzəştlər kimi məsələlərdən məsuliyyətsiz şəkildə danışdığı zaman “Newtimes.az” Azərbaycanın milli maraqlarını önə sürərək qəti şəkildə bunun əksini sübut etməyə çalışırdı. Şübhəsiz ki, yarandığı gündən indiyədək portal Azərbaycanın Qərblə əməkdaşlığının mahiyyətini, mövcud problemləri, müəyyən dairələrin məkrli siyasətini ilk qabardan və göstərən kütləvi informasiya vasitələrindən biri olub. Bu baxımdan, “Newtimes.az”ın əksər proqnozlarının özünü doğrultduğunu demək mümkündür.

Son dövrlərdə beynəlxalq aləmdə, xüsusilə də Yaxın Şərq regionunda böyük narahatlıq doğuran və özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın fəaliyyəti, onun mahiyyəti, ərəb inqilabları və onlardan sonra yaranmış vəziyyətin görünməyən tərəfləri də toplularda ətraflı şəkildə araşdırılır.

 

Qeyd etmək lazımdır ki, “Современная Система Международных Отношений: Сквозь Призму Newtimes.az” və “Günümüzün Jeosiyasi Süreçlerinin Perde Arkası” məqalə topluları “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis poliqrafik tərtibatla çap edilib.

 



Baxış sayı: 2 766
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30