FACT-INFO.AZ » AKTUAL » Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionun inkişafına geniş imkanlar yaradacaq
17-03-2023, 09:50 | AKTUAL
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionun inkişafına geniş imkanlar yaradacaq

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Teona Akubardia söyləyib.

Onun sözlərinə görə, ölkələrimiz müdafiə, energetika, nəqliyyat, turizm və digər sahələrdə çox yaxşı əməkdaşlıq edir. Bizim həmçinin, Qara dənizin altından optik kabel xəttinin çəkilməsi, “yaşıl enerji” sahəsində, Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan ərazisindən daşınması sahələrində də səmərəli əməkdaşlığımız var.

Regionda sülhün bərqərar olması məsələsini şərh edən ekspert deyib: “Biz sülh məsələsində də birgə əməkdaşlıq edirik. Gürcüstan Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üçün platforma rolunu oynamağa hazırdır və bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Düşünürəm ki, sülhün əldə olunması təkcə Azərbaycanın və Ermənistanın deyil, Gürcüstanın və bütövlükdə regionun inkişafı üçün geniş imkanlar yaradacaq. Bunu hamı başa düşməli və vaxtında qətiyyətli addımlar atılmalıdır”.

“Davamlı sülhə nail olmaq üçün təkcə rəsmi qurumlar arasında deyil, ekspertlər arasında da görüşlərin keçirilməsi müsbət nəticələr verə bilər. Hər bir halda vətəndaş cəmiyyətləri, xalq diplomatiyası vacibdir”, - deyə T.Akubardia vurğulayıb.

 




Baxış sayı: 204
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30