FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Avropa Parlamenti açıq şəkildə göstərdi ki, erməni lobbisinin təsiri altındadır - siyasi ekspert
14-03-2023, 20:30 | TƏDQİQATLAR-ANALITIKA
Avropa Parlamenti açıq şəkildə göstərdi ki, erməni lobbisinin təsiri altındadır - siyasi ekspert

 Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də gorbagor olmuş “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər əksini tapıb. Əlbəttə, bizim üçün təəccüblü heç nə yoxdur. Çünki bu qurumun ölkəmizə qarşı qərəzli mövqe tutması ilk dəfə deyil. Bundan öncə də dəfələrlə birtərəfli, araşdırılmamış qeyri-obyektiv qərarların şahidi olmuşuq.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri siyasi ekspert Züriyə Qarayeva AZƏRTAC-a açıqlamasında deyib.

Avropa Parlamentinin erməni təəssübkeşliyini artıq gizlədə bilmədiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu kimi təşkilatların məqsədi ölkəmizi haqlı mövqeyindən çəkindirərək, Azərbaycan qarşısında zəifləmiş Ermənistanın mövqelərini nisbətən ölkəmizlə eyniləşdirməkdir. Bu qurum əgər insan haqlarından dəm vurursa, nəyə görə ölkəmizin tapdalanan haqlarını bir dəfə də olsun dilə gətirməyib? Otuz illik işğal dövründə hansı qərarları qəbul edib və tətbiqinə nail olub? İşğal zamanı məhv edilən tarixi-mədəni irsimizə qarşı hansı həssaslıq nümayiş olunub? Bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi Avropa Parlamenti üçün hüquq pozuntusu deyilmi? Avropa Parlamentinin dəstəklədiyi Ermənistan işğal dövründə minalanmış ərazilərin xəritələrini hələ də təqdim etməyib. Keçmiş məcburi köçkünlər məhz bu mina səbəbindən hələ də doğma yurdlarına qayıda bilmirlər. Taleyi bilinməyən əsirlərimizin hüquqları Avropa Parlamenti üçün niyə önəm daşımır? Biz artıq susmamalıyıq. Obyektiv mövqe sərgiləməyən heç bir qurum nəzərə alınmamalı, qərarların icrasını ciddiyə almalıdır. Bu qurum açıq şəkildə göstərdi ki, erməni lobbisinin təsiri altındadır”.

Politoloq açıqlamasında Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin işğaldan azad edilən ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarının monitorinqinin aparılması məqsədilə əraziyə girişinə maneçilik törədilməsi ilə əlaqədar vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasına da münasibət bildirib. Qeyd edib ki, Avropa Parlamentinin məlum qətnaməsində iddia edilənlərin əksinə olaraq, Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, həmçinin uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə göstərilən, guya Azərbaycanın Qarabağ ərazisinə təbii qazın verilməsinə əngəl olmasıyla bağlı iddialar isə ağ yalandır. Bunu gözləri ilə görməsi üçün Azərbaycan tərəfindən hər cür şərait yaradılıb. Qeyri-real məsələlərlə bağlı qətnamə qəbul edən Avropa Parlamenti üçün daha real səbəblər təqdim edə bilərik.

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi qətnamə predmeti ola bilməz? 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmamasına niyə göz yumulur? Bizim üçün artıq Avropa Parlamenti da daxil olmaqla beynəlxalq təşkilatların qeyri-obyektiv mövqeyi heç bir əhəmiyyət daşımır. Bunu biz torpaqlarımızı işğaldan azad edərkən təsdiqlədik. Lakin Avropa Parlamenti unutmasın ki, Azərbaycan Avropa İttifaqı üçün olduqca önəmli ölkədir. Enerji layihələrindən tutmuş kommunikasiya əlaqələrinə, qitə ölkələrinin Rusiya asılılığından azad olunmasına, ölkələrin yaşıl enerji tələbatının ödənilməsinə qədər Avropa ölkələrinin Azərbaycana ehtiyacı var. Örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçəcək. Avropa ikili standartları tətbiq edərkən ən azından öz maraqlarını hərtərəfli düşünməlidir”, - deyə siyasi ekspert vurğulayıb.




Baxış sayı: 315
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30