FACT-INFO.AZ » AKTUAL » Azərbaycanın sülh və təhlükəsizlik şəraitində yaşamaq təklifinin dəstəklənməsi böyük tarixi nailiyyətdir
7-03-2023, 10:35 | AKTUAL
Azərbaycanın sülh və təhlükəsizlik şəraitində yaşamaq təklifinin dəstəklənməsi böyük tarixi nailiyyətdir

Fact-info.az-ın  məlumatına görə. bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç söyləyib.

Komitə sədri eyni zamanda, fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında və zəlzələdən əziyyət çəkən insanlara yardım göstərilməsindəki fədakarlığa görə, Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəhbərlərinə minnətdarlıq edib. Bildirib ki, Azərbaycan və Gürcüstan Türkiyədə baş vermiş son 100 ilin ən güclü fəlakətini öz dərdləri kimi hiss edərək qardaş köməyini əsirgəmədilər. Bu, eyni zamanda, bizim üçtərəfli əməkdaşlığımızın, dostluğumuzun və qadaşlığımızın nümunəsidir.

Türkiyəli komitə sədri deyib ki, Tbilisidə keçirilən 8-ci görüşdə üç ölkə arasındakı iş birliyinin və gələcək planların koordinasiyası müəyyən olundu. Bizim ölkələrin regionda çox böyük yatırımları var. Biz enerji, nəqliyyat və logistika sahələrinə böyük investisiyalar qoymuşuq. Gördüyümüz bu işlər həm bölgənin inkişafında, həm də dünyanın marağında olan məsələlərdi. Bu gün Ukraynada gedən müharibə dünyada enerji çatışmazlığı yaradıb. Yəni bizim ölkələrimiz həm bölgədə, həm də dünyadakı təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu üç ölkə ortaya vahid bir mövqe qoydu və bununla da biz dünyaya möhkəm birliyimizi göstərmiş olduq.

Akif Çağatay Kılıç deyib: “Keçən dövr ərzində Azərbaycanın ortaya qoyduğu sülh iradəsi və birlikdə sülh və sabitlik şəraitində yaşamaq təklifi hər üç ölkə tərəfindən dəstəklənib. Lakin burada dördünücü ölkənin də olması lazımdır. Gürcüstan bu məsələdə vasitəçilik və hamını bir araya gətirmək məsələsində səmimi olaraq öz mövqeyini ortaya qoyub. Biz də həm Azərbaycan, həm də Türkiyə olaraq normallaşma prosesini dəstəkləyirik. Ümid edirəm ki, Ermənistan tərəfi də bu önəmli addımları görürlər və xalqlarımızın rifahı üçün bir araya gələcəklər. Çünki bu, onların yeganə çıxış yoludur”.




Baxış sayı: 260
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30