FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasəti olub
5-03-2023, 18:25 | TƏDQİQATLAR-ANALITIKA
Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasəti olub

Facy-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

Bildirib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı ictimai qurumdur.

F.İsmayılov qeyd edib ki, Qərbi Azərbaycanda şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb: “Bu insanlar 1988-ci ildən və ondan da əvvəl müxtəlif ərazilərə səpələniblər. Ötən əsrdə azərbaycanlıların bu torpaqlardan deportasiyası və etnik təmizlənməsi baş verib. Bu rəqəm 2 milyondan çoxdur. Hazırda əsas məqsəd bu insanların öz doğma yurd-yuvalarına qayıdışıdır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının üzərinə böyük vəzifələr düşür. Bundan başqa, Qərbi Azərbaycanda toponimlərimiz və yer adlarımız demək olar ki, silinib. Həmin ərazilərdə tarixi-mədəni abidələrimiz, çoxsaylı qalalarımız var. Təqribən 7 karvansara, 391 məscid bizim tərəfimizdən qeydiyyata alınıb. Bütün bunlar Ermənistanın indiki və keçmiş rəhbərliyinin Azərbaycanın əleyhinə olan düşmənçilik siyasətinin nəticəsidir”.

AMEA əməkdaşı vurğulayıb ki, Qərbi Azərbaycanda yer-yurd adlarının, toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasəti olub və birbaşa dövlət cinayətidir. Ermənistan heç zaman bundan yaxa qurtara bilməz: “Azərbaycan dövlət səviyyəsində Ermənistandan vurulan zərərə görə kompensasiya tələb edir. Soydaşlarımız o ərazilərdə yaşayıb, öz əmlakı olub. Bu insanlar orada öz yaşayışlarını təmin edərək, torpaqlarından gəlir götürürdülər. Həmin gəlirdən onlar 30 ildir məhrum olublar. Hesab edirəm ki, soydaşlarımızın aylıq və ya illik gəlirləri də yaşadıqları evlərin üzərinə gəlməli, kompensasiya şəklində Ermənistan dövlətindən tələb edilməlidir. Çünki azərbaycanlılar oradan zor gücünə çıxarılıb, etnik təmizləməyə məruz qalıblar. Əgər Ermənistan bunu ödəyə bilmirsə, ərazi ilə mübadilə edə bilər.

Ümumilikdə isə beynəlxalq təşkilatlara bu həqiqətlər Qərbi Azərbaycan İcmasının dəstəyi ilə çatdırılmalı, soydaşlarımızın hüquqlarının bərpası məqsədilə beynəlxalq məhkəmələrə müraciət edilməlidir. Uzun illərdir ki, azərbaycanlıların haqları pozulur. Bunun son nəticəsi olmalıdır”.




Baxış sayı: 556
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30