FACT-INFO.AZ » AKTUAL » Riçardas Lapaytis: Xocalıya ədalət Haaqa tribunalına müraciət olunması yolu ilə təmin edilə bilər
27-02-2023, 10:45 | AKTUAL
Riçardas Lapaytis: Xocalıya ədalət Haaqa tribunalına müraciət olunması yolu ilə təmin edilə bilər

Fact-info.az-ın  məlumatına görə, Litvalı tanınmış ekspert, hərbi jurnalist, Birinci Qarabağ müharibəsinin şahidi Riçardas Lapaytis bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Müsahibimiz xatırlayır: “Təəssüf ki, bu məsələdə ədalətlilik hələ də təmin olunmayıb. Mənim fikrimcə, bir gecədə həm evlərini, həm də yaxınlarını, doğmalarını itirmiş dinc Xocalı sakinlərinin dəhşətli taleyi barədə informasiyanın yayılması çox vacibdir. Bir mənzərəni heç vaxt unutmaram: ayağı amputasiya edilmiş gənc ana, onun yanında da uşaqları əyləşib, uşaqlardan birinin əli amputasiya edilib. Ana ümidsiz halda göz yaşı tökür, çünki bundan başqa əlindən heç nə gəlmir. Yaxınlıqda heç bir beynəlxalq təşkilat, heç bir humanitar kömək yoxdur, istər Qərbdən, istər başqa bir yerdən heç bir həkim gəlməyib. Yəni bu insanlar hər şeyi öz qüvvələri ilə həll etməli olurdu”.

Onun sözlərinə görə, başlanmış cinayət işləri çərçivəsində bu faciənin təqsirkarlarının, o cümlədən 366-cı motoatıcı alayın əsgər və zabitlərinin soyadları müəyyən olunduğunu nəzərə alsaq, Xocalıya ədalətin təmin edilməsinin yeganə yolu beynəlxalq məhkəmələrə, o cümlədən Haaqa tribunalına müraciət etməkdir.

Litvalı jurnalist əmindir: “Bu məsələdə ləngimək olmaz. Bu yaxınlarda məşhur ukraynalı pilot, çox dürüst adam olan Leonid Kravets vəfat edib. Jurnalist Çingiz Mustafayevlə eyni helikopterdə göydən aşağı baxanda Xocalı sakinlərinin, o cümlədən uşaqların, qadınların, qocaların cəsədləri ilə dolu böyük bir sahə görmüş Kravets müsahibələrinin birində vəd etmişdi ki, məhkəmə baş tutarsa canlı şahid kimi Haaqa tribunalına getməyə hazırdır. Lakin artıq o, aramızda yoxdur. Mən də eyni sözləri deyirəm, lakin vaxt gözləmir. Əgər canlı şahidlər qalmasa nə barədə danışacağıq, kim şahidlik edəcək? Adi materiallar kafi sayılmayacaq. Faciədən sonra sağ qalmış Xocalı sakinləri də get-gedə azalır. Vaxtı itirmədən beynəlxalq məhkəmələrə, o cümlədən Haaqa tribunalına müraciət etmək lazımdır. Onda məsələ həll ediləcək”.




Baxış sayı: 355
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30