FACT-INFO.AZ » AKTUAL » Anar Yusibov: “Xocalı soyqırımı insanlığın faciəsidir”
24-02-2023, 09:40 | AKTUAL
Anar Yusibov: “Xocalı soyqırımı insanlığın faciəsidir”

-31 əvvəl Azərbaycanın Xocalı şəhərində dinc insanlara qarşı baş verən  hadisələr də  soyqırımdır. Erməni yazıçısı, Xocalı soyqırımında iştirak edən Zori Balayan 1996-cı ildə Vadnazorda nəşr olunmuş “Dirilmə” adlı kitabında Xocalıda törədilən qətliamlardan pafosla bəhs edərək belə yazırdı: “Vətəndaşlıq və kişilik vəzifəsi kimi mən də türklərə (azərbaycanlı) işgəncə verdim. Mən Xacaturla onların saxlandığı zirzəmiyə girəndə bizim əsgərlər çox səs çıxarmaması üçün uşağın dırnaqlarından pəncərəyə mıxlandığını gördüm. Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən 13 yaşlı bir türkün sinəsini və qarnını yardım. Uşaq 7 dəqiqə sonra qan itkisindən öldü. Mənim ixtisasım doktor (humanist) olduğu üçün uşağa etdiyimdən xoşbəxt olmadım. Ancaq qəlbimdə bir böyük sevinc vardı. Xacatur itdən doğulmuşların (yəni türklərin) cəsədini parçalara böldü və itlərə atdı. Sonra biz eyni hərəkətləri daha üç türk dölünə tətbiq etdik. Bununla Xaçatur və mən ermənilik, vətənsevərlik və vətəndaşlıq borcumuzu yerinə yetirdik...” 

II Qarabağ müharibəsinin iştirakçısı, tanınmış cərrah Anar Yusibov Xocalı hadisələri və erməni doktorun ağlasığmaz vəhşiliyi haqqında fikirlərini Fact-info.az-açıqlayıb:

Xocalı soyqırımından  31 il ötür. Mən o zaman Kəlbəcərdə yaşayırdım. Uzun müddət o hadisələrin şokundan çıxa bilmədim. Mən inana bilmirəm dünyada belə xalq olar. Dinc insanlara qarşı belə vəhşilik törədən ikinci  xalq ola bilməz. Özünü həkim adlandıran həmin qatil Zori Balayan fikirləri ermənilərin əsl üzlərini açıb göstərir. Onların bu hərəkətləri heç bir insanlığa, hüquqa sığan məsələ deyil. Ümumiyyətlə, Xocalı faciəsi haqqında məlumatları eşidən, xocalıların ağır taleyini görən hər bir normal insan dəli olmaq həddinə çatır.  

Bu gün həmin hadisənin beynəlxalq aləmdə hüquqi qiyməti tam verilməyib. 31 il əvvəl bu hadisə baş verib.1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və birbaşa iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım aktı törətdilər. Xocalı soyqırımı zamanı yüzlərlə dinc, silahsız insana, yalnız azərbaycanlı olduqlarına görə, amansız divan tutulmuş, 613 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə yetirilərək məhv edilmişdir. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 nəfər uşaq yaralanaraq şikəst olmuşdur. Girov götürülən 1275 nəfər amansız işgəncələrə və qəddarlığa məruz qalmışdır. 150 nəfərin aqibətindən isə hələ də xəbər yoxdur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. 

Azərbaycanlılar 100 ildən artıqdır ki, erməni separatçılarının davamlı etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi yurd yerlərindən, doğma torpaqlarından qovulmuş, qaçqına və məcburi köçkünə çevrilmişlər.

Erməni vəhşiliyinə  heç kim susmamalıdır. Bütün dünya onların törətdiyi bu qanlı hadisələr haqqında xəbər tutmalıdır. Ermənilər tötətdikləri  bu soyqırıma görə bəzən qürur duyurlar. Buna görə, onlar  layiqli cəzalarını almalıdırlar. Həmçinin beynəlxalq hüququ müstəvidə bu soyqırım hadisələrinin iştirakçılarına layiqli cəza verilməlidir. Bizim hər birimiz bu istiqmətdə səylərimizi  artırmalıyıq. 

Fact-info.az







Baxış sayı: 419
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30