FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Siyasi ekspert: Azərbaycan-İtaliya münasibətləri müttəfiqlik xarakteri daşıyır
14-02-2023, 09:55 | TƏDQİQATLAR-ANALITIKA
Siyasi ekspert: Azərbaycan-İtaliya münasibətləri müttəfiqlik xarakteri daşıyır

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert bildirib ki, İtaliya istər torpaqlarımızın işğal altında olduğu vaxtda, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə ölkəmizə qarşı ədalətli mövqe sərgiləyən, dövlətlərarası münasibətlərdə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik kimi beynəlxalq hüququn fundamental norma və prinsiplərini əsas götürən, bu xüsusda manipulyasiyaya yol verməyən bir ölkə olaraq Azərbaycanın xarici siyasətində önəmli yerlərdən birini tutur.

İtaliya parlamentarilərinin 44 günlük müharibədən qısa müddət sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmələri, İtaliya mediasının müharibə və onun nəticələri, eləcə də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri, vandalizm aktları barədə obyektiv və ədalətli mövqe sərgiləməsi iki ölkə arasındakı bağların möhkəmliyindən, qarşılıqlı əlaqələrin intensivliyi və dayanıqlılığından, kənar təsirlərə məruz qalmadığından xəbər verir.

E.Mirzəbəylinin sözlərinə görə, hər iki ölkənin Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi istiqamətində atdığı addımların Avropanın enerji təhlükəsizliyində oynadığı rol bu gün dünyada baş verən geosiyasi proseslər fonunda daha aydın görünür.

Son bir ay ərzində İtaliya hökumətinin üç nazirinin Azərbaycana səfər etməsi ölkələrimiz arasında əlaqələrin nə qədər dinamik olduğunu göstərir. Təsadüfi deyil ki, bu əlaqələr neft, qaz, yaşıl enerji sektorlarından başlayaraq, təhsil, tikinti və digər istiqamətləri əhatə edir. Zaman keçdikcə bu əməkdaşlıq sahələrinin dairəsi daha da genişlənir, Azərbaycan və İtaliya ilə yanaşı, hər iki ölkəyə qonşu dövlətlərin iqtisadiyyatına, enerji təhlükəsizliyinə də öz müsbət təsirini göstərir.

"Bu münasibətlər Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq müstəvisindən də yüksək olduğunu, mahiyyətcə müttəfiqlik xarakteri daşıdığını bir daha sübuta yetirir", - deyə Elçin Mirzəbəyli vurğulayıb.




Baxış sayı: 265
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30