FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Laçın yolunda etirazların səbəbi sülh müqaviləsinə qarşı çıxan ermənilərin gərginliyi artırmasıdır” - italiyalı professor
25-12-2022, 09:55 | TƏDQİQATLAR-ANALITIKA
“Laçın yolunda etirazların səbəbi sülh müqaviləsinə qarşı çıxan ermənilərin gərginliyi artırmasıdır” - italiyalı professor

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində narahatedici hadisələr baş verir. ABŞ Konqresinin sanksiya tətbiq etdiyi rus-erməni milyonçu Ruben Vardanyanın beynəlxalq sanksiyalardan qaçıb Qarabağa gəlməsi və buradakı təbii ehtiyatların erməni qüvvələri tərəfindən qanunsuz ələ keçirilməsi kimi. Azərbaycan ekofəallarının etirazlarının kökündə məhz bu mürəkkəb nüanslarla dolu proses dayanır.

Fact-info.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin İtaliyanın nüfuzlu “La Stampa” qəzetində dərc olunan məqaləsində yer alıb.

“Azərbaycan öz qanuni sərhədlərini geri alır: Rusiyanın müdaxiləsi vəziyyəti daha da pisləşdirir” adlı məqalədə müəllif bildirir ki, BMT Təhlükəsizlik Şurasının dekabrın 20-də Laçın yolunda vəziyyətlə bağlı müzakirələri zamanı Azərbaycan nümayəndəsi Ermənistanın hansı qanunsuz hərəkətlərinin azərbaycanlıların aksiyalarına səbəb olduğunu yaxşı izah edib: mineral ehtiyatların qanunsuz istismarından tutmuş, Azərbaycan ərazisinə çoxlu sayda piyada əleyhinə minalar yerləşdirilməsinin davam etdirilməsi kimi. Həmçinin mülki istifadə üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmaması, Azərbaycanın hər cür iradəsinin olması və bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə daimi əməkdaşlıq etdiyi bildirilib.

Tarixə nəzər salan professor qeyd edir ki, postsovet məkanındakı problemlərdən danışarkən etik-siyasi dəyər daşıyan tarixi müddəa irəli sürmək lazımdır. 1991-ci ildə 15 sovet respublikası ayrılaraq rəhbər prinsip əsasında ərazi bütövlüyü haqqında saziş imzaladı. Postsovet məkanında silahlı münaqişələr həmişə bu prinsipin pozulmasından qaynaqlanıb və sazişi şübhə altına alıb. Ermənistan bunu təkcə Qarabağ bölgəsini deyil, azərbaycanlıların məskunlaşdığı digər yeddi rayonu da Azərbaycandan qoparmaqla və buranın mülki əhalisini qovmaqla, XX əsrin texniki baxımdan ən böyük etnik təmizləmə əməliyyatını həyata keçirməklə edib.

Etik-siyasi dəyərə gəldikdə... Qərbdə hamısı olmasa da, çox ölkə Ukrayna tərəfdarıdır, Rusiyanın təcavüzünə qarşıdır və Ukrayna dövlətinin ərazi bütövlüyünü qoruyur. Bu səbəbdən Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti rəsmi Kiyevə silah göndərməyə, Moskvanı ciddi sanksiyalara məruz qoymağa çalışır. Bu qətiyyətli və bütün Qərbdə geniş yayılan mövqenin niyə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünə şamil edilməməsi aydın deyil. Axı, “Donbas respublikası” olmadığı kimi, “Artsax respublikası” da yoxdur. “Donbas respublikası” ən azı Rusiya tərəfindən tanınıb, “Artsax respublikası” isə hətta Ermənistan tərəfindən də tanınmayıb! Əgər bir prinsip tətbiq olunursa, yəni dövlətlərin ərazi bütövlüyünün qorunması, bu, hamıya şamil edilir. A və ya B seriyalı hücumlar olmamalıdır. Əks halda bu, ikili standartdır.

“İndiki böhrana gəldikdə, Azərbaycan 2020-ci ilin noyabrında diplomatik həll yolunu 30 ilə yaxın gözlədikdən sonra BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində öz ərazilərini hərbi yolla Ermənistanın işğalından azad etdi. 44 günlük müharibə BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ əsasında o qədər qanuni idi ki, rəsmi Bakıya bir dənə də olsun sanksiya tətbiq olunmadı. Bunun Azərbaycanın neft istehsalçısı kimi mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Əgər biz Rusiya neftinə sanksiya tətbiq ediriksə, bunu Azərbaycan neftinə də tətbiq edə bilərdik. Bunun baş verməməsi isə beynəlxalq ictimaiyyətin Azərbaycanın öz sərhədlərini bərpa etmək hüququna malik olduğunu dərk etməsidir.

Amma biz müharibədən sonrakı ilk gündə deyilik. Sülh müqaviləsi yaxınlaşır. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə artıq bir neçə dəfə görüşüblər. Aİ-nin missiyası davam edir. Azərbaycan sülh müqaviləsinin tez bir zamanda imzalanmasında maraqlı olsa da, Ermənistanda vəziyyət daha mürəkkəbdir və düşmən qüvvələr müqavilənin tərəfdarları ilə toqquşur”, - deyə müəllif bildirir.

Daniel Pommier vurğulayır ki, son günlərdə Laçın yolunda baş verənlərin kökündə məhz ermənilər arasında sülh müqaviləsinə qarşı çıxan və qərbdən daha çox rəsmi Moskva ilə bağlı qüvvələrin gərginliyi artırması dayanır. Bunun əvəzində isə rəsmi Bakı nəyin bahasına olursa-olsun regionun gələcəyinin təməl daşı sayılacaq sülh müqaviləsini imzalamaq istəyir.




Baxış sayı: 333
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30