Gördüklərimə əsasən deyə bilərəm ki, Bakı həqiqətən çox gözəl şəhərdir, daim inkişaf edir, yenilənir. Paytaxtınız qədimliklə müasirliyi özündə birləşdirən nadir məkanlardandır. “Alov qüllələri” kompleksi, “Baku Crystal Hall” kimi müasir tikililərin olduğu bir şəhərdə İçərişəhər kimi nadir memarliq nümunəsinin qorunub saxlanması xalqınızın öz tarixinə, mədəniyyətinə, ənənələrinə hörmətindən irəli gəlir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Danimarka Astroseysmologiya Mərkəzinin rəhbəri, professor Yorqen Kristensen-Dalsqaard deyib. Danimarkalı qonaq Bakının qədim və müasir üslubda tikilmiş memarlıq abidələrinə, milli mətbəx nümunələrinə, insanların mehribanlığına valeh olduğunu bildirib.
Baxış sayı: 2 341
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

