FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Heydər Əliyev müasir Azərbaycanın banisidir - Leonid Slutski
11-12-2022, 21:45 | TƏDQİQATLAR-ANALITIKA
Heydər Əliyev müasir Azərbaycanın banisidir - Leonid Slutski

Fact-info.az  AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski söyləyib.

 

O deyib: “Bu gün Azərbaycan insanların yaşamaq istədiyi ölkədir, biz qəlbən bu ölkəyə bağlıyıq. Azərbaycan xalqı əməksevər, bizə qardaş xalqdır. Bu gün həyata keçirilən ideyaların, təşəbbüs və proqramların əsası Heydər Əliyev tərəfindən qoyulub. Yoxsulluğa qarşı mübarizə proqramının əsası Heydər Əliyev tərəfindən qoyulub. Enerji təchizatı baxımından müstəqil dövlət olan Azərbaycan dünyanın bir çox ölkələrinə enerji daşıyıcıları tədarük edir”.

 

Duma komitəsinin rəhbəri vurğulayıb ki, Qarabağ münaqişəsi Cənubi Qafqazda ən dəhşətli münaqişə olub. O deyib: “Qarabağ öz sahiblərinə qaytarıldı. Cənubi Qafqazın qanlı, ən dəhşətli münaqişəsi dahi Heydər Əliyevin nəzərdə tutduğu kimi həll edildi. O, öz oğlu, mənim dostum, Azərbaycanın Prezidenti İlham Heydər oğlu ilə fəxr edə bilərdi. İlham Heydər oğlu öz dahi atasının işlərini davam etdirir, öz ölkəsini və xalqını tərəqqi yolu ilə inamla irəli aparır. Bizim uşaqlarımız Heydər Əliyevi tanımasalar da, bu gün Heydər Əliyevin prinsipləri və vəsiyyətləri əsasında yaşayan müasir Azərbaycanı görəndə bizimlə bərabər onlar da bu böyük insanın xatirəsinə ehtiramlarını bildirirlər. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan bu gün postsovet məkanının hüdudlarından uzaqlarda da ən uğurlu və firavan ölkədir”.

 

Rusiyalı siyasətçi qeyd edib ki, Azərbaycanda ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sanballı beynəlxalq tədbirlər həyata keçirilir.

 

L. Slutski sonda deyib: “Heydər Əliyevin anım günündə biz harada olsaq, həmin gün üçün proqramımızdan asılı olmayaraq Azərbaycan səfirliyinə gəlirik. Ötən illər ərzində Polad Bülbüloğlu Azərbaycanın davamlı, çoxminlik dostları dairəsini yaradıb. Bu insanlar Azərbaycan adlı ölkəni yaxşı başa düşür, Azərbaycanı qəlblərində yaşadır, bu ölkəni dəstəkləyirlər. Azərbaycan Prezidenti İlham Əliyev postsovet məkanında və daha geniş dairədə Rusiyanın ən etibarlı tərəfdaşıdır. O, öz dahi atasının işinin layiqli davamçısıdır. Bunu ilk növbədə Azərbaycan xalqı və İlham Əliyevlə müxtəlif sahələrdə təmasda olanların hamısı qeyd edir. Bu gün biz kədərlənirik, lakin Heydər Əliyev nurlu insan olduğu kimi, bu kədər də nurludur. Bizim hamımızı bu böyük ölkə ilə, Rusiyanı tanıyan, onu anlayan və sevən insanlara nurlu hisslər bağlayır. Bu gün dahi Heydər Əliyevi xatırlayaraq Azərbaycanda hər bir ailəyə cansağlığı və uğurlar arzu edirəm”.




Baxış sayı: 416
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30