Fact-info.az "Report"a istinadən xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.
İnstitutunun hesabatına görə, Putinin hərbi qüvvələrinin Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyi üçün ifrat ideoloji müharibəmeyilli seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir.
Vladimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər.
Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.
Analitiklər Putinin tənqid dalğasını “demək olar ki, misli görünməmiş” adlandırırlar. Yəqin ki, televiziyada senzuranın artması da bununla əlaqədardır, çünki bir çox təbliğatçılar geri çəkilmənin fəsadlarını ya gözardı edir ya da yüngül formada təqdim etməyə çalışır.
Eyni zamanda nizami qoşunların və Putinin Xersonda məğlubiyyəti “vaqnerçilər”in və onların lideri Priqojinin təsirini daha da gücləndirir.
Baxış sayı: 418
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

