FACT-INFO.AZ » AKTUAL » Anar Yusibov: "Zəfər tariximizə həkimlərimiz böyük töhfələr veriblər"
5-11-2022, 10:50 | AKTUAL
Anar Yusibov: "Zəfər tariximizə həkimlərimiz böyük töhfələr veriblər"

O, əməkdaşımızla söhbəti zamanı fikirlərini belə açıqlayıb: “Son iki yüz ildə Azərbaycan ilk dəfə möhtəşəm tarixi  qələbə qazandı. Torpaqlarımızı işğal edən, dinc insanlara qarşı hər zaman terror  aktı törədən düşmənin alınmaz sədləri, səngərləri qəhrəman oğullarımız tərəfindən darmadağın edildi. Azərbaycan əsgəri möhtəşəm qələbə qazandı. Bu gun şüküranlıqla, böyük ruh yüksəkliyi ilə Tarixi Zəfərimizi qeyd edirik. Bizə qələbə nəsib edən Şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə can sağlığı arzulayırıq”. 

Anar doktor daha sonra 44 günlük müharibə dövrünə nəzər salaraq qeyd edib:  “Mən müharibə başlayan kimi könüllü olaraq cəbhəyə getmişəm. Naftalan xəstəxanasında çalışdım. İlk günlər təchizatla bağlı problemlər olurdu. Amma sonradan bu məsələləri həll etdik. Peşəkar tibbi heyətlə birlikdə Naftalandakı xəstəxanada maksimum qüvvə ilə çalışdıq. Prezidentimizin dəstəyi bizi ruhlandırmışdı. Bizim də borcumuz əsgərlərimizin yanında olmaq idi. Həyata keçirdiyim cərrahi əməliyyatların sayı təxminən 50-dən artıq olub. Çünki hər gün, hətta gecələrdə əməliyyat blokunda çalışırdım. Vaxt tapan kimi bir az dincəlirdik ki, gecə gələn xəstələrimizi əməliyyat edə bilək. 4 əməliyyat bloku təşkil etmişdik. Elə olurdu gün ərzində xəstəxana dəfələrlə dolub boşalırdı. Biz gələn yaralıları əməliyyat edib arxa cəbhədə olan digər xəstəxanalara göndərirdik. Əməliyyat etdiyimiz xəstələrin demək olar ki, hər biri sonradan sağlamlıqlarına qovuşdu. Məhz fədakar həkimlərimizin səyi nəticəsində biz həm xəsarət almış, ağır yaralanmış hərbçilərimizi müalaciə etdik, həm də çox ciddi çalışmağımız nəticəsində ölüm saylarının maksimum azalmasına nail olduq. Naftalan xəstəxanasına gətirilmiş yalnız bir əsgərimizi həyata qaytara bilmədik. O, çox ağır durumda gətirilmişdi. Qalan bütün yaralılarımızı  əməliyyat edib sağlamlıqlarına qovuşmasına nail olurduq.Həkimlərimiz ali missiyanı axıra qədər davam edirirlər. Mənim qənaətimcə, həkimlərimiz, ümumilikdə, təbabət sahəmiz ən çətin əməliyyatlar yerinə yetirərək kifayət qədər təcrübə qazandı”. 


Anar doktor hərbi həkimlərin yetişməsi, onların bilik və bacarıqlarının artırılması məsələləri ilə toxunaraq bildirib ki,  Azərbaycan düşmənlə əhatə olunmuş ölkədir. Bu baxımdan Ordumuzun peşəkarlığı  ilə bərabər hərbi  həkimlərimizin peşəkar səviyyədə yetişməsi çox vacibdir.  Amma bir ümumi  cərrahın yetişməsi uzun illərin və böyük zəhnmətin hesabına başa gəlir. Bu baxımdan biz peşəkar kadr hazırlığı məsələlərinə çox həssaslıqla yanaşmalıyıq. Mən də bir cərrah olaraq hər zaman  əsgərlərimizin yanındayam. Hərbçilərimizin sağlamlığı üçün nə mümkündürsə etməyə hazıram. Tarixi Zəfərimiz mənim üçün ikiqat bayramdır. Ona görə ki, mənim öz doğma yurdum Kəlbəcər rayonu azadlığına qovuşub. Kəlbəcər işğal olunan zaman mənim 13 yaşım var idi. Bu gün şüküranlığımı bildirirəm ki, öz yurdumu azad görmək mənə nəsib oldu. Zəfərimiz mübarək olsun Azərbaycan!

Fact-info.az




Baxış sayı: 741
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30