Bunu ukraynalı politoloq, Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio bu gün keçirilən “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.
O bildirib ki, Azərbaycana qarşı törədilən müharibə cinayətlərinə o qədər də diqqət yetirilmir. "Qərb mediasında bu münaqişə ilə bağlı düzgün olmayan məlumatlar yayılıb, Qarabağ müharibəsində Azərbaycan günahkar tərəf hesab edilir, Ermənistan isə qurban kimi göstərilir. Bu erməni diasporunun həmin ərazilərdə çox olması ilə bağlıdır. Dinc Azərbaycan əhalisinin Qarabağ müharibəsi zamanı öldürülməsi, dinc sakinlərin atəşə tutulması məsələsinə diqqət yetirilməlidir", - ukraynalı politoloq deyib.
T.Kuzio bəyan edib ki, ikili standartların qarşısı alınmalı, birinci və ikinci Qarabağ müharibələrində Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə qiymət verilməlidir. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi, lakin hələ də Ermənistan işğalçı kimi tanınmayıb. Bu cür ayrıseçkiliyə son qoyulmalıdır ".
Baxış sayı: 409
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

