Bu sözləri Ağdamda və Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçısı, Latviyanın Yekabpils şəhərinin meri Rayvis Raqaynis söyləyib.
O, Ağdama səfərindən aldığı təəssüratlarını bölüşərək deyib: “Biz yer üzündən silinən Ağdam şəhərini gördük. Bu mənzərə məni dərindən sarsıtdı. Buna baxmayaraq, mən işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin şahidi oldum. Azərbaycan Milli Şəhərsalma Forumuna gəlincə, bu tədbir çox yüksək səviyyədə təşkil olunub. Forumda xeyli maraqlı çıxışlar oldu, təkliflər irəli sürüldü, müxtəlif layihələr müzakirə edildi”.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanovun bu yaxınlarda Yekabpils şəhərinə səfərini qeyd edən Rayvis Raqaynis vurğulayıb ki, azərbaycanlı diplomat bir neçə müəssisə ilə tanış olub, eləcə də ölkələrimiz arasında iqtisadi əlaqələr müzakirə edilib.
Baxış sayı: 447
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

