FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan üçün tək yol sülh razılığının əldə olunmasıdır
12-09-2022, 07:20 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan üçün tək yol sülh razılığının əldə olunmasıdır


Azərbaycan Ordusunun isə böyük hərbi potensiala və yüksək döyüş qabiliyyətinə malik olmasının isbatı idi. Ermənistan ordusuna Koçaryanın və Sarkisyanın dövründən qalmış - köhnəlik qalığı hesab olunan generalların rəhbərlik etməsi, o cümlədən Paşinyanın erməni xalqını uçuruma doğru aparan siyasəti erməni ordusunun da deqradasiyasını sürətləndirdi. Digər bir tərəfdən məlumdur ki, Ermənistanda həm də korrupsiyanın səviyyəsi getdikcə artır. Şübhəsiz ki belə bir hal Ermənistanın ordusundan da yan keçmir. Ermənistanın müharibədə istifadə etdiyi silahlar onun döyüş səviyyəsinə və hazırlığına görə siyahıda ən axırıncı yerdə olduğunu göstərdi. Erməni millətçilərinin revanşist ideyaları, onların xəyallarından başqa bir şey deyildir. Reallıqda isə bu cür ideyalar fəlakətlə nəticələnə bilər. 

 Ermənistanın mətbuatında erməni ordusunun rüsvayedici vəziyyətə düşməsinə dair məqalələr yayımlanıb. Bu baxımdan misal olaraq, “Ermənistanın səsi” informasiya agentliyinin saytında erməni müəllifi Aşot Aramyanın dərc etdirdiyi “Silkələnən ordu” adlı [1] məqaləni göstərmək olar. Həmin məqaləyə əsasən aşağıdakı nəticələrə gəlmək olar:

  1. Ermənistanın milli təhlükəsizliyi qeyri-sabit vəziyyətdədir,
  2. Ermənistanda özbaşnalıq və ayrı-seçkilik hökm sürür,
  3. Erməni millətçilərinin “millət - ordu” birləşdirici konsepsiyası Ermənistan üçün eksiztensial təhlükə mənbəyidir. 
  4. Ermənistanın daxilində parçalanma müşahidə olunur. 

     Mövcud vəziyyəti tədqiq etdiyimiz zaman belə bir qənaətə gəlirik ki, Ermənistanın sülhə razılıq verməkdən başqa bir heç bir çıxış yolu qalmır. Ermənistan da öz-özlüyündə yaxşı başa düşür ki, bu gün Azərbaycan artıq olduqca böyük siyasi təcrübəyə və güclü hərbi potensiala malik bir dövlətdir. Ermənistan isə hər sahədə geridə qalmış zəif bir dövlətdir. Ona görə də, Ermənistan ordusu hazırkı bərbad vəziyyəti ilə daha bir müharibəyə tab gətirə biləcək halda deyildir. Belə bir sual yaranır ki, müharibə olarsa bu səfər Ermənistanın ordusunda kimlər vuruşacaq? Zənnimizcə heç kəs rüsvay olunmuş məğlub bir ordunun tərkibində vuruşmaq istəməz. Digər bir tərəfdən isə o da məlumdur ki, Ermənistanın ordusunun daxilində cinayət, fərarilik və intihar halları baş alıb gedir. Heç bir erməni gənci bu gün könüllü şəkildə Ermənistan ordusunda xidmət etmək istəmir, təzyiqlə məcburi şəkildə onlar orduya göndərilirlər. Müstəqil hüquq müdafiə təşkilatlarından alınan məlumata əsasən İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərinin sayı 5 min [2] nəfərdən çox olub ki, bu da 2 milyonluq bir erməni xalqı üçün çox böyük bir rəqəmdir. 

 2020-ci ilin noyabr ayının 10-da üçtərəfli bəyanatın imzalanması Ermənistanın məğlub dövlət olmasının təsdiqi idi. Bu qələbə Ali Baş Komandanın qətiyyətinin, dəmir yumruğunun sayəsində reallaşdı. İkinci Vətən müharibəsində düşmən hərtərəfli şəkildə böyük itkilər verdi. Azərbaycanın torpaqları işğaldan azad olundu. 

Hadisələrin məntiqi davamı olaraq, 2022-ci ilin avqust ayının 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə [3] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi daha bir əlamətdar hadisə idi. Bu görüş dövlətlərarası münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanmasına dair danışıqların aparılması baxımından önəmli bir addımdır. Qeyd etmək lazımdır ki, bu görüşdə sözügedən ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşən insanların həyatına dair məsələlər diqqət mərkəzində olub. Qeyd etmək lazımdır ki, Brüssel görüşündə də, Azərbaycan diplomatik üstünlüyə nail olub. Diqqət çəkən məqamlardan digər biri isə ondan ibarətdir ki, həmin görüşdə “Qarabağ”, “Minsk qrupu” və “status” kəlimələri istifdə olunmayıb. Belə bir hal isə rəsmi Bakının maraqlarının təmin olunmasının təsdiqidir. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənablarının da vurğuladığı kimi, Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu olmayıb. Sözügedən Brüssel görüşü isə bunun təsdiqi olub. 

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Ermənişünaslıq şöbəsinin baş mütəxəssisi 

Ədəbiyyat siyahısı:

  1. Армия трясогузки /26.08.22/ https://www.golosarmenii.am/article/156800/armiya-tryasoguzki
  2. Большая часть армян не хочет служить в армии: причина – позорное поражение /07.06.22/ https://aze.az/bolshaja-chast-armjan-ne-hochet-sluzhit-v-armii-prichina-pozornoe-porazhenie.html
  3. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verib / 31.08.2022 / https://azertag.az/xeber/2273297





Baxış sayı: 591
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30