FACT-INFO.AZ » AKTUAL » Polad Bülbüloğlu: "Biz də qarşılıqlı hörmət tələb edirik"
24-07-2015, 09:20 | AKTUAL
Polad Bülbüloğlu: "Biz də qarşılıqlı hörmət tələb edirik"

Həmin materialı təqdim edirik.

“Bu günlərdə Rusiya KİV-lərində Cənubi Qafqaz və xüsusən Azərbaycan kontekstində toxunulan mövzulardan biri German Sterliqovun Dağlıq Qarabağa gözlənilməz səfərinin işıqlandırılması olub. 
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu faktı “Moskovski komsomolets”ə şərh edərək deyib: Bu, biabırçı faktdır. German Sterliqov nümayişkaranə şəkildə fitnəkar hərəkət edib. O, əlbəttə ki, hara getdiyini bilirdi və Azərbaycanın rəsmi mövqeyi, həmçinin belə bir addımın nəticələri ona məlum idi. Bununla belə, Sterliqov “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 12-ci maddələrinin, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin, habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 15-ci maddəsinin tələblərini kobud şəkildə pozub.

Hələ üstəlik Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt edilmiş Şuşa şəhərində - Qarabağ xanlığının tarixi mərkəzində German Sterliqov qeyri-qanuni rejimin “müstəqilliyini” dəstəkləyən – Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına və onun torpaqlarının işğalının davam etdirilməsinə yönəldilmiş bəyanatlar verib.

- Yəni, German Sterliqovun Azərbaycan Xaric İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi məsələsi həll olunub?

- Şübhəsiz. Amma sizi əmin edirəm ki, bununla iş bitmir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz soxulduğuna görə və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş açıq çağırışlarına görə German Lvoviç Sterliqov barəsində cinayət işi qaldırıb.

Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına və dövlət sərhədinin qanunsuz keçilməsinə yönəldilmiş çağırış faktları ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri üzrə cinayət işinin icraatına başlayıb.

Azərbaycan Respublikası onun ərazi bütövlüyü əleyhinə yönələn qeyri-qanuni səfər və çağırış cəhdlərinə qarşı bundan sonra da bütün qanuni yollarla müqavimət göstərəcək. Bu müqavimət çərçivəsində Azərbaycan tərəfi həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq mexanizmlərə, o cümlədən qanunu pozanların İnterpol xətti ilə axtarışda olan şəxslərin siyahısına daxil edilməsi barədə vəsatətə də əl atacaq.

Məsələn, Rusiyada oxşar təcrübə var və dövlət sərəncamında olan bütün qanuni vasitələrdən istifadə edərək hər kəsin, o cümlədən əcnəbilərin mövcud qayda və normalara əməl etməsi üçün ciddi tədbirlər görülür. Bu immiqrasiya qanunvericiliyinə də aiddir və onun tələblərinin sərtləşdirilməsi ölkənin suveren hüququ kimi qəbul edilir. Biz bu hüquqa hörmətlə yanaşırıq. Lakin öz tərəfimizdən biz də qarşılıqlı hörmət tələb edirik. Xüsusən, ona görə ki, Sterliqovla bağlı hadisədə söhbət “sadəcə” inzibati məsuliyyət daşıyan miqrasiya qaydalarının pozulmasından deyil, cinayət əməlindən –sərhədin qanunsuz keçilməsindən və Azərbaycan dövləti əleyhinə açıq çıxışlar edilməsindən gedir.

Vurğulamaq istəyirəm ki, Azərbaycan ilə Rusiya arasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” müqavilə imzalanıb. Biz qanunu pozanları nizam-intizama dəvət etmək üçün bu müqavilənin və digər ikitərəfli hüquqi aktların müddəalarına müraciət edəcəyik”.  (AzərTAc)

 

 

 



Baxış sayı: 2 273
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30