FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İki ölkə arasında qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə və yol xəritəsi var
24-06-2022, 09:05 | TƏDQİQATLAR-ANALITIKA
İki ölkə arasında qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə və yol xəritəsi var

Azərbaycanda Özbəkistanı çox sevirlər, bəlkə də qardaş ölkədə təsəvvür edildiyindən daha çox. Hətta regional və qlobal proseslərə tamamilə əks baxış bucağından yanaşan, ölkənin, bölgənin və dünyanın gələcəyini fərqli görən insanlar da, Özbəkistana və qardaş özbək xalqına az qala eyni sevgi, eyni hörmətlə yanaşırlar. Şübhə etmirəm ki, bu, Özbəkistanda da belədir. Bütün bunlar, dostluq, qardaşlıq bağlarımızın, ortaq dəyərlərimizin, mədəniyyətimizin, tariximizin köklərinin nə qədər dərində olduğunun sübutudur. Biz azərbaycanlılar pisliyi bağışlaya bilirik, amma yaxşılığı, gerçək dostluğu, qardaşlığı, səmimi, təmənnasız sevgidən doğan dəstəyi heç vaxt unutmuruq. Azərbaycan torpaqlarının işğal altında olduğu və işğaldan azad edildiyi dönəmdə özbək xalqının mərd, ləyaqətli, ağayana duruşu, kədərimizə də, sevincimizə də eyni dərəcədə şərik olması heç vaxt unudulmayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

Onun fikrincə, Azərbaycan və Özbəkistan mərkəzi hakimiyyətin bütün təqib və təzyiqlərinə baxmayaraq, sovet dövründə də dostluq, qardaşlıq münasibətlərini qoruyub saxlamağı, haqsızlığa, ədalətsizliyə qarşı birgə mübarizə aparmağı bacarıblar. Azərbaycana, ümummilli lider Heydər Əliyevə, eləcə də özbək xalqının böyük oğlu Şərəf Rəşidova qarşı erməni millətçilərinin və onlarla eyni düşüncəni paylaşan Mixail Qorbaçovun atdığı saysız-hesabsız cinayət xarakterli addımları, SSRİ-nin türk və müsəlman respublikalarının gerçək liderlərini nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxmaları və bütün bunların Azərbaycan və Özbəkistanın müstəqil inkişaf etmək perspektivinə qarşı, eləcə də hər iki xalqın bu perspektivi gerçəkliyə çevirə biləcək liderlərə sahib olduqları üçün həyata keçirildiyi heç vaxt yaddan çıxmayacaq.

“Ümummilli lideri Heydər Əliyevi Özbəkistanda, həm də qardaş respublikanın ən çətin günlərində nümayiş etdirdiyi ədalətli, qətiyyətli mövqeyə görə sevirlər. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasiminin keçirilməsi də bu sevginin bariz nümunəsi hesab oluna bilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz nitqində qeyd etdi ki, Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışı ondan ötrü böyük şərəfdir və bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın əlamətidir.

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında imzalanan sənədlərin əhatə etdiyi istiqamətlər də sübuta yetirir ki, ortaqlıda qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə, potensial və yol xəritəsi var.

Azərbaycan və Özbəkistan qarşıdakı illərdə, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən bir sıra strateji layihələri gerçəkləşdirməyi planlaşdırırlar və hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacaqlar. Həm Prezident İlham Əliyevin, həm də Şavkat Mirziyoyevin mətbuata bəyanatlarında yer alan fikirlərdən də bəlli oldu ki, nəqliyyat kommunikasiyalarının inkişafı qarşılıqlı münasibətlərdə əsas strateji istiqamətlərdən biridir. Qeyd edim ki, həm Azərbaycan, həm də Özbəkistan ərazisindən çoxsaylı beynəlxalq və regional nəqliyyat dəhlizləri keçir”, - deyə siyasi ekspert bildirib.

Özbəkistanın 2018-ci ildən etibarən nəqliyyat infrastrukturunun yenilənməsinə, ölkənin logistik imkanlarının genişlənməsinə böyük önəm verdiyini diqqətə çatdıran E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan bu istiqamətdə, artıq uzun illərdir ki, mühüm layihələr həyata keçirir və proses davam etməkdədir. Dünyada baş verən dəyişikliklər və yaranan yeni reallıqlar nəticəsində nəqliyyat dəhlizlərinin diversifikasiyası və təhlükəsizliyinin mühüm faktora çevrildiyini nəzərə alsaq, həm Azərbaycan, həm də Özbəkistanın olduqca mühüm və strateji əhəmiyyət kəsb edən geostrateji mövqelərə sahib olduqlarını müəyyənləşdirə bilərik. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin yaxın perspektivdə subregion üçün həyati əhəmiyyət kəsb edən istiqamətə çevrilə biləcəyi perspektivinin də yüksək olduğunu söyləmək mümkündür. Özbəkistanın Transxəzər nəqliyyat dəhlizinə marağının artması və sözügedən istiqamətdə yeni layihələrin həyata keçirilməsində maraqlı görünməsi də mövcud reallıqlardan qaynaqlanmaqla yanaşı gələcəyə yönəlmiş strateji addımlardır. Ortaq layihələr və nəqliyyat dəhlizlərinin inteqrasiyası, şübhəsiz ki, Azərbaycanla Özbəkistanı bir-birinə daha sıx şəkildə bağlayacaq.

Azərbaycanın uzun illərdən bəri yürütdüyü, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən siyasətin real nəticələrə gətirib çıxarması və nəhayət, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, türk xalqlarının dövlətçilik tarixində mühüm yerə malik olan qardaş Özbəkistanda da rəğbətlə qarşılanıb və eyni zamanda, qarşılıqlı münasibətlərin inkişafına, ortaq və təhlükəsiz gələcəyin perspektivinə olan inamı daha da artırıb. Prezident Şavkat Mirziyoyevin öz çıxışında “biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun” sözlərini dilə gətirməsi də, şübhə etmirəm ki, İlham Əliyevin “güclü olmaq” düsturunun və ortaqlıda olan real nəticələrin qardaş ölkə tərəfindən yüksək dəyərləndirildiyinin və qarşılıqlı münasibətlərdə əsas götürüldüyünün sübutudur.

“Prezident İlham Əliyevin “bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var” deməsi isə dövlətimizin başçısının subregionun gələcəyinə yönəlik strateji baxış bucağından xəbər verir və bu baxış bucağının güclülərin ittifaqı üçün əsas siyasi-ideoloji amilə çevriləcəyinə şübhə etmirəm. Çağdaş dünyanın reallıqları belədir: Güclü olmasan, sənə hörmət bəsləməyəcəklər. Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində yaşadıqlarımızdan çıxardığımız nəticəni xalqımız və dövlətimiz üçün əsas hədəf kimi müəyyənləşdirməyimiz bizə qalib gəlməyin yeganə yolunu öyrətdi. Çox xoşdur ki, qardaş dövlətin başçısı da məhz bu amili nəzərə alaraq, güclü olmağın zərurətindən söz açır və müasir dünyada bunun alternativinin olmadığını bildirir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində əldə olunan razılaşmaların, atılan addımların, deyilən sözlərin hər biri, qarşılıqlı əməkdaşlığın təməl faktorlarına və gələcəyinə işarə etməklə yanaşı, bütövlükdə Türk Dünyasının ortaq hədəfləri üçün də mühüm əhəmiyyətə malikdir.

Son olaraq, Prezident İlham Əliyevin nitqindən iki iqtibas gətirməklə, səfərin və imzalanan sənədlərin nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkmək istəyirəm. Sitat: “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib”.

“...Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur”.

Düşünürəm ki, təqdim etdiyim iqtibaslarda Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivini və bu perspektiv üçün möhkəm təməl formalaşdıran məqamları aydın şəkildə görmək mümkündür. Hədəf güclülərin ittifaqıdır. Ədalətin qılıncı güclülərin əlində olanda daha kəsərli olur”, - deyən Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 528
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031