FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Zəngilandan verilən mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və ədalətə söykənir
31-05-2022, 07:50 | TƏDQİQATLAR-ANALITIKA
Zəngilandan verilən mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və ədalətə söykənir

Dövlətimizin başçısı hər şeydən əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik tariximizlə bağlı fikirlərini bildirərək, onu hazırkı reallıqlarla əlaqələndirdi. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, əsl müstəqillik məhz müstəqil siyasət apara bilməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat bildirib ki, Azərbaycan özünün əsl müstəqilliyinə böyük dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra qovuşub. Doğrudan da, əldə etdiyimiz tarixi Zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin oluruq ki, bu tarixi Zəfərə yalnız müstəqil siyasət yürütməklə nail olmaq mümkün idi. Tarixi təcrübəmizdə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin tam nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə əlaqələndirilməlidir.

Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, azad olunmuş torpaqlarımıza “Böyük Qayıdış” prosesinin başlandığını deyən H.Babaoğlu bildirib ki, 10 min kvadratkilometrdən çox ərazi nəhəng tikinti, yol nəqliyyat və enerji kommunikasiyalarının çəkilişi meydançasına çevrilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, Şuşa regionun və türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir.

“Ermənistan tarixdə bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum olunub. Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların memarı isə Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevdir. Zəngilandan verilən mesajlar da məhz yaradılmış bu reallığın açdığı imkanlara əsaslanır. Bu mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət ədalətə söykənir”, - deyə deputat vurğulayıb.

 




Baxış sayı: 570
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30