FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Milli inkişaf modelinin müəllifi
9-05-2022, 09:35 | TƏDQİQATLAR-ANALITIKA
Milli inkişaf modelinin müəllifi

Bu fikirlər Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlunun “Azərbaycanın inkişafının adı Heydər Əliyev strategiyasıdır” başlıqlı məqaləsində yer alıb.

Fact-info.az məqaləni təqdim edir: “Tarixə, siyasi proseslərə, parlaq şəxsiyyətlərin həyatına nəzər saldıqda, liderlik fenomeninə dair universal yanaşmanın olmadığını yəqinləşdirirsən. Müəyyən tarixi şərtlər daxilində proseslərə bu və ya digər dərəcədə təsir edə bilən, cəmiyyəti yönləndirə bilən çoxsaylı liderlər mövcud olub və olmaqdadırlar. Lakin belə liderliyin ömrü əksər hallarda həmin tarixi şərtlərin mövcudluğu dövrü qədər olur. Ona görə də liderlik növlərindən danışarkən keçici və əbədi liderlik anlayışlarını da ayrıca nəzərdən keçirmək lazımdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən proseslər həm də aydın göstərdi ki, liderin üzə çıxması və ya formalaşması üçün heç də həmişə dərin siyasi böhranın, sosial-iqtisadi fəlakət dövrünün olması şərt deyil. Düzdür, həmin dövrdə Azərbaycanda qeyd olunan vəziyyət mövcud idi. Amma Heydər Əliyev liderliyi təkcə bu fonda parlamadı. Ondan əvvəlki dövrdə də onun lider obrazı ictimai şüurda özünə möhkəm yer tutmuşdu. Ölkədə xaos, dərin sosial-iqtisadi böhran dövründə xalqın yalnız Ulu Öndərə müraciət etməsi bir daha göstərdi ki, xalq öz milli liderini yaxşı tanıyıb və əvvəldən müəyyənləşdirib. Sadəcə olaraq, həmin dövrdə Heydər Əliyevin davranışları onun ictimai təsəvvürdə olduğundan daha nəhəng, iradəli, xalqına çox bağlı olduğunu göstərdi. İllər öncə “Siyasət nəhəngi” ifadəsi mənə mücərrəd gələ bilərdi. Lakin sonrakı mərhələdə məhz Heydər Əliyevin obrazında “siyasət nəhəngi” ifadəsi ilə bağlı təsəvvürlərim tam formalaşdı. O, dünyanın çox nadir liderlərindən olmaqla, bütün tarixi dövrlər və şərtlər daxilində ölkəsinin, xalqının inkişafı üçün inkişaf konsepsiyasına malik idi.

Heydər Əliyev Azərbaycan xalqının müraciətinə böyük ehtiramla yanaşaraq, xilaskarlıq missiyasını öz üzərinə götürdü və ali siyasi hakimiyyətə qayıtdı. Bu zaman o, yalnız siyasi prosesləri idarə etməklə, dövlət idarəçiliyi funksiyasını həyata keçirməklə kifayətlənmədi. Heydər Əliyev hadisələrin gedişini köklü şəkildə dəyişdi. Bu dərin transformasiya ölkə daxilində olduğu kimi, regional müstəvidə də aydın müşahidə olundu. Bütövlükdə, regiondakı proseslər Azərbaycanın milli maraqlarına, strateji hədəflərinə uyğunlaşdırıldı. Milli inkişaf modelinin müəllifi Heydər Əliyevin uzaqvuran strategiyası Azərbaycanı ayağa qaldırdı, ilbəil gücləndirdi və söz sahibi etdi. Yalnız Heydər Əliyev kimi siyasət dahisinin ideyaları, baxışları və təcrübəsi olduqca sərt tarixi sınaq qarşısında qalan ölkənin hərtərəfli inkişafının drayveri ola bilərdi. Onun siyasi düşüncə tərzi Azərbaycan xalqını və dövlətini gələcək hədəflərinə doğru zərgər dəqiqliyi ilə yönləndirdi. Sadəcə olaraq, “Heydər Əliyev” ifadəsi heç bir xüsusi siyasi-ideoloji iş aparmadan Azərbaycan xaqının milli birliyini təmin etdi.

Başlanğıcda ən vacib platforma məhz milli birlik olmalı idi. Azərbaycan xalqı Heydər Əliyev adı ətrafında sıx birləşərək bütün maneələri aşdı, müstəqilliyini qorudu və özünü təsdiq etdi. Heydər Əliyev cəmiyyət üçün zəruri dəyişiklikləri dəqiqliklə müəyyənləşdirməyi bacaran tək şəxsiyyət idi. Tarixən nadir hallarda ölkələrin inkişafının xüsusi adı olur. Belə ölkələrdən biri də Azərbaycandır.

Azərbaycanın inkişafının adı Heydər Əliyev strategiyasıdır. Bu gün isə, bu strategiya özünü Zəfər strategiyası kimi təqdim edir. Çünki Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya baxacağımız başqa bir rakursda meydana gəldi. Biz çox aydın gördük və təsəvvürlərimizi daha da möhkəmləndirdik ki, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası əslində ölkənin ərazi bütövlüyünün təmin olunmasına hesablanmışdı. Onun strategiyasının həyata keçirilməsi ərazi bütövlüyünün təmin olunması üçün həlledici, zəruri olan bütün şərtlərin təmin olunmasını nəzərdə tuturdu. Hakimiyyətə qayıtdıqdan sonra ilkin olaraq effektiv dövlət idarəçiliyi mexanizmlərinin müəyyənləşdirilməsi və tətbiq olunması sonrakı addımların əsasını təşkil etdi. Heydər Əliyevin özünün də əsaslandırdığı kimi, daxili sabitlik olmadan heç bir məqsədə çatmaq mümkün deyil. Azərbaycandakı xaos, gərginlik o qədər təhlükəli idi ki, həmin dövrdə siyasi eksperimentlərə yer yox idi. Yalnız hadisələrə düzgün qiymət verməklə, hədəfə yönəlik çox dəqiq addımlar atmaqla, xaosu dəf etmək, dövlət idarəetmə sistemini işə salmaq və ölkənin inkişaf elementlərini müəyyənləşdirməklə vəziyyətdən çıxmaq mümkün idi.

Bu tarixi missiyanın öhdəsindən ancaq və ancaq ümummilli lider Heydər Əliyev gələ bilərdi! O, müxtəlif xarakterli proseslərə təsir edərkən heç vaxt situativ yanaşmırdı, mütləq şəkildə onların mümkün inkişaf perspektivlərini də dəqiqliklə hesablayırdı. Bir daha vurğulamaq lazımdır ki, bunu Vətən müharibəsi tam sübut etdi. Dünya erməniliyinin Azərbaycana qarşı total hərbi, siyasi, ideoloji müharibə apardığı bir dövrdə, hakimiyyət uğrunda qeyri-sivil mübarizə də, ölkə üçün ölüm hökmünə bənzəyirdi. Heydər Əliyev olmasaydı bu, baş verərdi. Daxili siyasi sabitliyi çox qısa zamanda təmin edən Ulu Öndər hərbi qarşıdurma vəziyyətində siyasi tənəffüs götürməyin vacibliyini aydın görürdü.

1994-cü ilin may ayının 5-də Bişkek protokolunu imzalamaqla, həm xilasa, həm də gələcək inkişafa hesablanmış mühüm addım atıldı. Bişkek protokolu imzalanan zaman Azərbaycanın maraqlarına uyğun olmayan bütün məqamlar Heydər Əliyev tərəfindən çıxarıldı. Heydər Əliyevin iradəsi ilə Ermənistanın işğalçı dövlət olduğu ilk dəfə məhz Bişkek protokolunda öz ifadəsini tapdı. Belə ki, protokolda “tutulan ərazilər” ifadəsinə qarşı çıxan Heydər Əliyev onun “işğal olunmuş ərazilər” ifadəsilə əvəzlənməsinə nail oldu. Bundan sonrakı mərhələdə ölkənin milli iqtisadi sisteminin formalaşdırılması imkanı yarandı və qısa zaman kəsiyində çox təsirli addımlar atıldı. Bazar iqtisadiyyatının elementləri əsasında milli iqtisadi sistem quruldu və funksional hala gətirildi. Milli Ordu quruculuğu böyük sürətlə həyata keçirilməyə başladı.

Bütün bunlarla yanaşı, beynəlxalq informasiya məkanında münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin yerinin göstərilməsi, ümumiyyətlə, milli maraqlarımızın qorunması missiyası da ümummilli lider Heydər Əliyevin üzərində idi. Xarici səfərləri zamanı xəritə üzərində Azərbaycan sərhədlərini dünyaya tanıdırdı, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında məlumatlandırırdı. Bunun özü artıq bizim gələcək hərbi qələbəmizin siyasi elementlərinin formalaşdırılması prosesi idi. Güclü Azərbaycanı qurmağı bacaran ümummilli lider Heydər Əliyev müvafiq olaraq, onu gələcək qələbəyə siyasi, iqtisadi və hərbi cəhətdən tam hazırladı. Heydər Əliyev ideyalarından bəhrələnərək yeni reallıqlar şəraitində Azərbaycanı daha da gücləndirən Prezident İlham Əliyev 2020-ci ildə milli tariximizin ən parlaq səhifəsini yazdı və xalqımızı qürurlandırdı. Tarixi Zəfərimiz Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin müasirləşdirərək inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.




Baxış sayı: 764
Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb Bu gün, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi Bu gün, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb Bu gün, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir Bu gün, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub Bu gün, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib Bu gün, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər Bu gün, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Dünən, 21:00 Tibb sahəsində mühüm islahat Dünən, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Dünən, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib Dünən, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” Dünən, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Dünən, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib Dünən, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb Dünən, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb Dünən, 08:30 Şamaxıda zəlzələ baş verib Dünən, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir 1-09-2026, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib 1-09-2026, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək 1-09-2026, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb 1-09-2026, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib 1-09-2026, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir 1-09-2026, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək 1-09-2026, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb 1-09-2026, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub 31-08-2026, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib 31-08-2026, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib 31-08-2026, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib 31-08-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930