FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Siyasi ekspert: Hədəf daha güclü Azərbaycandır
2-05-2022, 09:25 | TƏDQİQATLAR-ANALITIKA
Siyasi ekspert: Hədəf daha güclü Azərbaycandır

Fact-info.az-ın  AZƏRTAC-a istinadən məlumatına görə. bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevin dünyanın aparıcı beyin mərkəzlərinin rəhbər və təmsilçilərinin suallarına cavabları dərin və hərtərəflidir: “Dövlətimizin başçısının səsləndirdiyi fikirlər müxtəlif istiqamətləri əhatə etsə də, mahiyyət etibarilə vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərə çarpırdı. Bu fikirlər ən müxtəlif siyasi nəzəriyyələrin, mövcud geosiyasi reallıqların ciddi və hərtərfli təhlili nəticəsində ortaya çıxan baxış bucağını əks etdirirdi. Qısa sözlə desək, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin, analitiklərinin suallarını regional və qlobal prosesləri çoxsaylı “institutların” süzgəcindən keçirən vahid beyin mərkəzi cavablandırırdı və o beyin mərkəzi məhz Azərbaycan Prezidenti idi”.

E.Mirzəbəyli vurğulayıb ki, dövlətimizin başçısının Azərbaycan-Ermənistan münasibətlərinin və bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı fikirləri xüsusi önəm kəsb edir. Burada önəmli olan məqam, ayrı-ayrılıqda həm Azərbaycan, həm Ermənistan, həm Cənubi Qafqaz, həm də, bütövlükdə dünyadakı reallıqlara ayrı-ayrılıqda və vahid bir prosesin tərkib hissəsi kimi yanaşılması, müharibə gündəliyinin həmişəlik olaraq sülh gündəliyi ilə əvəzlənməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlərin ardıcılıqla sıralanmasıdır. Bu xüsusda ölkəmiz öz qarşısına həlli mümkün olmayan hədəflər qoymur, fantastik ideyalarla çıxış etmir, real və mümkün olanı təşviq edir. Məsələn, Prezident İlham Əliyev İsveçdə fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru (İsveç) Svante Kornelin regional təsisatların, o cümlədən Regional İnkişaf Fondunun yaradılması ilə bağlı fikirlərinə münasibətdə, bu prosesin irəli aparılması üçün vacib olan məqamlara toxundu və Azərbaycanın, əslində bütün bu istiqamətlərdə çoxsaylı və çoxgedişli kombinasiyalara sahib olduğunu dolayısı ilə diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, indi ən müxtəlif ideyalarla çıxış etmək olar, amma bu ideyaların həyata keçirilməsi üçün ilk növbədə siyasi çərçivə və bu çərçivə daxilində əməkdaşlığın perspektivlərini irəliyə doğru apara bilən potensial imkanlar olmalıdır. Rəsmi İrəvanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamasına baxmayaraq, hələ də bir çox sualların cavabı tapılmayıb. Bu sualların cavabı da Ermənistan tərəfindən verilməlidir. Əks təqdirdə dayanıqlı sülhə nail olmaq mümkün deyil və siyasi çərçivə, iradə və sülhə, təhlükəsizliyə təminat olmadan yaradılan istənilən təsisatın fəaliyyəti forma xarakter daşıyacaq.

Siyasi ekspertin sözlərinə görə, Ermənistan cəmiyyətinin uzun illər boyu Azərbaycan torpaqlarının işğalı və onun legitimləşdirilməsi üzərində qurulan ideoloji təməlləri sıradan çıxıb və tarixi yalanların, miflərin, fantastik ideyaların yerində kütləvi depressiyanı, xaotik çırpıntıları stimullaşdıran nəhəng bir boşluq yaranıb. Yeni və real hədəflər yoxdur. Yeni və real hədəflərin meydana gəlməsi üçün isə əsasız iddialardan əl çəkib gələcəyə hədəflənmək lazımdır. Əslində, Azərbaycan bütün bölgə üçün yeni və real hədəflərin nədən ibarət ola biləcəyini öz təcrübəsi ilə uzun illərdir ki, nişan verməkdədir. Bütün problemlərin həlli yolu güclü iqtisadi, siyasi təmələ, xalqın iradəsinə söykənən real müstəqillikdən keçir. Öz daxili və xarici siyasətinin konturlarını müəyyənləşdirə, müstəqil siyasət yürüdə bilməyən dövlətin milli hədəfləri ola bilməz. Bunu tarix dəfələrlə sübuta yetirib.

“İndiki şəraitdə Ermənistanın yeganə çıxış yolu bölgənin bütün reallıqlarını, o cünlədən tarixi, siyasi, itqisadi, demoqrafik və digər bu kimi mühüm amilləri nəzərə almaqla qonşularına münasibətdə müstəqil, davamlı sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən siyasət yürütməsizdir.

Azərbaycan Prezidentinin regionun inkişafı, xalqların sülh və təhlükəsizlik şəraitində yaşaması, qarşılıqlı faydalı əməkdaşlığın dövlətlərarası münasibətlərin ali məqsədinə çevrilməsi üçün təqdim etdiyi “Yol xəritəsi”nin alternativi isə yoxdur. Bunu geridə qalan 30 illik zaman kəsiyi də təsdiqləyir”, - deyə E.Mirzəbəyli qeyd edib.

Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevin konfransdakı çıxışı və suallara cavabları ilə bugünümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi. Bəlli oldu ki, vaxtilə işğal altında olan Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün Ermənistana və onun separatçı tör-töküntülərinə qanunsuz olaraq ayrılan vəsaitlər minalanmış sahələrin sayının artırılması üçün istifadə edilib. Yəni bu o deməkdir ki, işğaldan azad etdiyimiz ərazilərimizdəki “mina tələləri”in qurbanına çevrilən günahsız insanların ölümündə bu vəsaitləri ayıranların da günahı var, və mövcud reallıqlar çərçivəsində yaşayış məntəqlərimizdəki minaların təmizlənməsi prosesinə lazımi və real dəstəyin verilməməsi də “minalar əleyhinə” ayrılan maliyyə vəsaitlərinin əslində minaların sayının artırılması üçün verildiyini sübuta yetirir. Əks təqdirdə, sözügedən “mina donorları” Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinin ön cərgəsində yer almalıydılar.

“Tarixə münasibətdə ədalətli və şəffaf bir mövqe ortaya qoymağı bacardığımız kimi, ölkəmizin və regionun gələcəyi ilə bağlı baxışlarımız da aydındır. Prezident İlham Əliyev 10 ildən sonra da Azərbaycanı güclü görür, amma indikindən daha güclü. Bu o deməkdir ki, Azərbaycan geosiyasi şəraitdən, regional və subregional dəyişikliklərdən, sülh və müharibə gündəliklərindən asılı olmayaraq, yaxud bütün bu ssenarilər nəzərə alınmaqla öz hədəflərini müəyyənləşdirib və bu hədəflərə doğru addımlamaq üçün bütün potensialını səfərbər etməyi bacarıb




Baxış sayı: 837
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031